Həmişə xoşbəxt olmaq üçün pozitiv düşünün. - 21 November 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2016-12-08, 13.48MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Noyabr » 21 » Həmişə xoşbəxt olmaq üçün pozitiv düşünün.
Həmişə xoşbəxt olmaq üçün pozitiv düşünün.
00.36
 



ÖZÜNƏ İNAMSIZLIĞIN MEYDANA GƏLMƏSİNƏ SƏBƏB OLAN AMİLLƏR:
1. Çox dəyərli bir yaxınınızı itirmək
2. Valideynlərinizin boşanması
3. Uğursuzluq,xəyallarınızın boşa çıxmasına səbəb olan hadisələri həddindən artıq şişirtmək
4. Özünüzün hər kəsdən pis olduğunu düşünmək
5. Hadisələrin nəticələrini olduqlarından daha pis şəkildə dəyərləndirmək
6. Ailənizin sizinlə bağlı ümüdlərini boşa çıxardığınız üçün bunu çox uzun müddətli özünüzə dərd etmək
7. Real olmayan hədəflər seçərək uğursuzluğunuza şans yaratmaq
8. Bir birinin ardınca bir neçə hadisədə yanılmaq
9. Ətrafınızdakılar tərəfindən həyatınızdakı bəzi uğursuzluqlara görə pis fikir yaratdığınızı düşünmək
10. Dostlarınızın sizdən daha uğurlu işlərə imza atdığına həsəd aparmaq

Etməniz lazım olanlar:
Bir vərəq hazırlayın:Təcili olaraq həyatınızda önəmli olduğuna inandığınız problemləri vərəqə qeyd edin. Daha sonra bunların həllini və necə dəyişdirə biləcəyiniz haqqında fikirlərinizi yazın. Bütün problemləriniz təbiiki, asan və sürətli bir şəkildə həllini tapa bilməz. Amma həll variantları arasında günü sabah düzəldə biləcəyiniz bir variant mütləq olacaqdır.
Hadisələrdən nəticə çıxarın:
Üzücü hadisələrlə hər an qarşılaşa bilərsiniz. Pis və ya üzücü bir hadisə olduğunda hisslərinizə qapılmağı birdəfəlik unudun. Hisslərinizlə hərəkət etmək yerinə başınıza gələn hadisə və ondan çıxış yolları haqqında düşüncəni və yekun qərarları sadəcə aglınızın ixtiyarına verin. Problemlərinizi həll etdikdən sonra bu hadisənin nədən baş verdiyini araşdırıb, nəticə çıxarın və ən önəmlisi bu nəticəni heç vaxt unutmayın.
Haqqlarınızı qoruyun:
Haqqlarınıza sahib çıxmağı öyrənin və sizə sərf etməyən istəklərinizi qəbul etməməyə çalışın.
Hər şey şans deyil:
Uğurlarınızın şans olduğunu düşünməyin.Bunun yerinə qazandıqlarınız üçün öözünüzlə fəxr edin.

Fikirlərinizi ifadə etməyi bacarın:
Başqalarının fikirlərinə hörmət edərək,öz duyğularınızı, düşüncələrinizi, inamlarınızı,ehtiyaclarınızı dürüst və səlis bir şəkildə ifadə etməyi bacarın.
Kiçik bir uğura olsa belə imza atdığınız zaman özünüzü mütləq qiymətləndirin:
Hər kəsin içində deyil, öz fikirlərinizlə baş başa qaldığınızda bu uğurun əldə edilməsində də hansısa gücün, istəyin, arzunun olduğunu nəzərə alın. Və düşünün ki, bu güc, arzu, istək sizdə olmasaydı siz bu uğuru əldə edə bilməzdiniz.

Güclü tərəflərinizi öyrənməyə çalışın:
Bir neçə şeydə digərlərinə görə daha bacarıqlı və daha istedadlı olduğunuzu unutmayın.
Reallaşması mümkün olan arzuları hədəfə alın:
Gözlədiyinizi az da olsa sizə verə biləcək arzularınızı diləməyə və həyata keçirməyə çalışın.Niyyətinizə çatdığınız zaman özünüzü qiymətləndirin.

Statistik araşdırmalardan məlum olub ki, bu vərəqəqi oxuyan insanların 97%-ində müşahidə edilən özünə inamsızlıq halları tamamilə aradan qaldırılıb.
Category: Ordan-burdan | Views: 451 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 2
2009-01-30 Spam
2. Ellada (omide23) ]

super................................. Men ele beleyem.Ozumle fexr edirem.Maashallah problemim yoxdu tongue bu barede

2008-12-04 Spam
1. syama (fayna) ]

marağlıdı,təki sən diyəni hər zaman etmək olsaydı

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016