Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 10.13MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Noyabr » 8 » Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsirin qayıtmaq istəmədiyini iddia edir.
Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsirin qayıtmaq istəmədiyini iddia edir.
00.17
 
 

 

«Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov vətəninə qayıtmaq istəmir». Bunu jurnalistlərə Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ilə bu il mayın 25-də Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Paruyr Simonyanla dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, əsirlərin dəyişdirilməsi müvafiq tədbirlər həyata keçirildikdən sonra mümkün olacaq.
Xatırladaq ki, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə ANS PRESS-ə bildirib ki, Əsir Rafiq Həsənovun geri qayıtmaq istəməməsi barədə məlumatlar rəsmi İrəvanın növbəti yalançı təbliğatıdır: «Əgər o həqiqətən geri qayıtmaq istəmədiyini bildiribsə, bu, Əsir əsgərimizə Ermənistanda verilən işgəncələrin nəticəsidir». O ki qaldı əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlara, Eldar Sabiroğlu belə təmasların mövcudluğundan xəbərsiz olduğunu deyib.

Əsirin qardaşı Afiq Həsənov da ANS PRESS-ə müsahibəsində Seyran Oyanyanın bəyanatının yalan olduğunu bildirib: "Qardaşımın geri qayıtmaq istəməməsi mümkün deyil. İnsan o qədər ağılsız olmalıdır ki, əsirlikdən öz Vətəninə, evinə qayıtmaq istəməsin". Afiq Həsənov da qardaşının məruz qaldığı işgəncələrdən sonra qayıtmaq istəmədiyini deməsini istisna etmir. O, məlumat verib ki, Rafiq Həsənova oktyabrın 23-də yazdıqları məktuba hələ cavab almayıblar.

Category: Yeni Xəbərlər | Views: 717 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2008-11-11
1. Sənan (Real_Master) [Giriş ]

Allah komeyi olsun.Amin

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024