Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 16.43MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Noyabr » 7 » "Ümidvarıq ki, gələn aylarda Qafqazda sabitlik uğrunda Türkiyə tərəfdən yeni siyasi addımların şahidi olacağıq"!
"Ümidvarıq ki, gələn aylarda Qafqazda sabitlik uğrunda Türkiyə tərəfdən yeni siyasi addımların şahidi olacağıq"!
18.53

Bir qədər əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə parlamentində çıxışı başa çatıb. Yüzlərlə parlamentari qarşısında nitq söyləyən Azərbaycanın dövlət başçısı əsas vurğunu Bakı-Ankara dost və qardaş münasibətlərinin daha da dərinləşməsi perspektivlərinə yönəldib. Daha sonra İ.Əliyev Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi iqtisadi layihələrdən, o cümlədən Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinin uğurla həyata keçirilməsini, qara qızılın bu boru xəttilə nəqli, Bakı-Tiflis-Ərzrum qaz kəməri layihəsinin uğurla həyata keçirilməsi, Bakı-Qars dəmiryolu layihəsinin yaxın vaxtlarda müvəffəqiyyətlə həyata keçiriləcəyinin hər iki ölkə və bütövlükdə region üçün əhəmiyyətindən söhbət açıb.

Qafqaz regionundakı sabitlik uğrunda təşəbbüs göstərən rəsmi Ankaranın bu mövqeyini dəstəklədiyini vurğulayan Azərbaycan prezidenti deyib: «Biz mürəkkəb bölgədə və mürəkkəb tarixi dövrdə yaşayırıq. Cənubi Qafqazdakı hadisələr onu göstərir ki, sülh -çox həssas amildir. Bölgədə sülh bərqərar olmayıb, atəşkəs rejimi mövcuddur və bu, imkan vermir ki, tam əminliklə Qafqazda vəziyyətin sabitlişdiyini deyək. Terror - əsas problemlərdən biri olaraq qalır. Dağlıq Qarabağ münaqişəsi həllini tapa bilməyib. Ermənistanın işğalçı, etnik təmizləmə siyasəti Azərbaycanın 20% torpaqlarının işğalı ilə, 1 mln insanın qaçqın-köçkün vəziyyətinə düşməsi, Azərbaycanın ərazi bütövüyünün pozulması ilə nəticələnib».

Ermənistanın bütün hüquq normalarını pozduğunu qeyd edən Azərbaycan prezidenti bildirib ki, rəsmi İrəvan beyənlxalq davranış qaydalarına, habelə bu günədək BMT-nin Dağlıq Qarabağ probleminə dair dörd qətnaməsinə riayət etmir: «Bu yaxınlarda BMT Baş Məclisində Türkiyənin dəstəyilə qəbul edilmiş qərar Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxmasını tələb etsə də, buna da icra olunmur. Biz İrəvanın beynəlxalq normalara laqeyd münasibətini görürük. Ümidvarıq ki, bölgədə münaqişənin həllilə məşğul olan tərəflər bu vəziyyətə təsir göstərəcək. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi vəziyyəti düzgün təhlil edəcək və bunun nəticəsində Dağlıq Qarabağ problemi sonda öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və qaçqınlar doğma yurd-yuvalarına qayıda biləcək». Azərbaycan Prezidentinin sözlərinə görə, bunun üçün Ermənistan siyasi iradə göstərməli və beynəlxalq hüquq normalarına riayət etməlidir.

Daha sonra İlham Əliyev Qafqaz regionunda sülh və sabitliyin əldə olunması istiqamətində rəsmi Ankara və Moskvanın atdığı addımları yüksək qiymətləndirib. Onun sözlərinə görə, Türkiyənin irəli sürdüyü təşəbbüs, habelə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin baş tutmuş görüşü və bu görüşün nəticəsində qəbul edilmiş Prezidentlərin birgə bəyannaməsi Azərbaycanın nikbinliyini bir qədər artırıb: «Çünki həmin bəyannamədə ilk növbədə məsələnin beynəlxalq hüquq çərçivəsinə həlli qeyd olunur, mərhələli yollarla həllinin vacibliyi təsdiq olunur. Bu, Azərbaycanın mövqeyini əks etdirir. Biz demişik ki, münaqişə mərhələli yolla həll olunmalı - torpaqlar işğaldan azad edilməli, qaçqınlar doğma yurd-yuvalarına qayıtmalı, ondan sonra isə Dağlıq Qarabağın statusu haqda söhbət aparıla bilər. Ancaq bu status da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir».

İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ probleminin indiyədək həll edilməməsi əlavə gərginliyə gətirib çıxarıb. Amma rəsmi Bakı hesab edir ki, atılan və atılacaq addımlar əvvəl-axır münaqişənin nizamlanmasına gətirib çıxara bilər: «Bu istiqamətdə Türkiyənin obyektiv yanaşması bizi sevindirir, ruhlandırır. Ankaranın mövqeyini bəyənirik, dəstəkləyirik, ümidvarıq ki, gələn aylarda yeni siyasi addımların şahidi olacağıq».

Azərbaycanın dövlət başçısı habelə qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə fəaliyyəti təkcə bölgədəki problemlərin həllilə məhdudlaşmır. Həm də beynəlxalq təşkilatlarda Ankara və Bakı bir mövqedən çıxış edir. İlham Əliyev söyəlyib ki, Türkiyə və Azərbaycanın birliyindən böləgədki vəziyyət, gələcək əməkdaşlıq asılıdır.

Category: Yeni Xəbərlər | Views: 657 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2008-11-08
1. Rahib (RHB) [Giriş ]

[[/b]b]Insallah Dilde deyilenler emeldee yerini tapar..Sayqilar

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024