Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-30, 18.14MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Oktyabr » 29 » Zəngilanın işğalından 15 il keçir.
Zəngilanın işğalından 15 il keçir.
14.43
Azərbaycanın cənub-qərbində yerləşən zəngilan Ermənistan və İranla həmsərhəddir. Rayonun coğrafi mövqeyi çox əlverişlidir. Belə ki, o, Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayının 33 mindən artıq olduğu bildirilir.

Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilan qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir. Zəngilan rayonu eyni adlı şəhərdən, Micivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı- üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. 1988-ci ildə Zəngilan rayonu 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Həm də heyvandarlıq rayonu olaraq, Zəngilanda 1989-cu ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı-Micivan-Qafan dəmiryolu xəttinin keçdiyi Micivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Zəngilan birinci Qarabağ müharibəsində 188 şəhid verib. Bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Beləliklə, rayon özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin onlar da erməni silahlı birləşmələrinin qarşısında aciz olublar. Nəhayət, erməni tankları 4 tərfdən rayona hücuma keçiblər. Ermənistanın Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Belə ki, əhali cəld tərpənərək özlərini Araz çayına ataraq İran ərazisinə keçib və bununla da gözlənilən növbəti soyqırımdan xilas olub

Category: Yeni Xəbərlər | Views: 640 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2008-11-03
1. Nicat (LENKERANLI) [Giriş ]

Teşekkür

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024