Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 18.15MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Oktyabr » 18 » Bu gün Azərbaycanın Müstəqillik günüdür
Bu gün Azərbaycanın Müstəqillik günüdür
15.11

Bu gün Azərbaycanın Müstəqillik günüdür. 1991-ci ilin bu günündə Ali Sovet Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktını qəbul edib. O vaxtdan Azərbaycan öz müstəqilliyinə qovuşub.
Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Ali Sovetin növbədənkənar sessiyasında Dövlət İstiqlaliyyəti haqqında bəyannamə qəbul olunub. Bunun ardınca oktyabrın 18-də Ali Sovet Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktını qəbul etdi, Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının davamçısı, varisi elan olundu. Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsipləri- bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi. Azərbaycanın siyasi-hüquqi həyatında mühüm rol oynayan «Siyasi partiyalar haqqında» qanun hazırlandı. İnsan hüquqları sahəsində də əhəmiyyətli addımlar atıldı, Azərbaycan «Vətəndaş və siyasi hüquqlar haqqında», «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» beynəlxalq paktlara, elcə də «Qadınların siyasi hüquqları haqqında», «Qadınların statusu haqqında» beynəlxalq konvensiyalara qoşuldu.
Şərqdə ilk müstəqil dövlət sayılan Azərbaycan Demokratik Respublikasını süquta yetirən təbii və süni əngəllər çağdaş dövlətimizin də qarşısına çıxdı. Müstəqillikdən dərhal sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü daha da genişləndi, Cənubi Qafqazı, xüsusilə, Azərbaycanı itirməklə barışmayan imperiya təcavüzə dəstəyi artırdı, Azərbaycan ərazilərinin beşdə biri işğal olundu, Azərbaycanın bölgələrə parçalanması təhlükəsi reallaşdı, hərbi qarşıdurma və vətəndaş müharibəsi üçün şərait yarandı. Azərbaycan bu vəziyyətdən 1993-cü ildən sonra çıxmağa başladı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qiyamları yatırıldı, Əsrin müqaviləsi sayılan neft müqavilələri imzalandı və bununla da dövlətçiliyimiz üçün əsas təhlükələr aradan qalxdı. Müstəqillik qazanan Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmaq istiqamətində real addımları da bundan sonraya təsadüf etdi və bir sıra beynəlxalq təşkilatlara üzv seçilən ölkəmiz 2001-ci ildə «Avropa dövlətlərinin ailəsi» sayılan Avropa Şurasına qəbul edildi.
Amma təəssüflə bir şeyi qeyd etməyə ehtiyac var ki, müstəqilliyimizdən 17 il ötsə də, Azərbaycan ərazilərinin 20 faizi hələ də müstəqil deyil. 14 ildir ki, Ermənistan-Azərbaycan cəbhəsində rəsmən atəşkəs elan olunsa da, ölkəmizin işğal altındakı əraziləri azad etmək uğrunda yeni savaşa başlayacağını hər an gözləməyə dəyər.

Category: Yeni Xəbərlər | Views: 684 | Added by: psiko_turanci | Rating: 5.0/1
Total comments: 1
2008-10-20
1. M.Xudaverdi (psiko_turanci) [Giriş ]

*azer

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024