Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 04.20MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Sentyabr » 22 » Islamın müqəddəs kitabı Qurani Kərim
Islamın müqəddəs kitabı Qurani Kərim
11.27




Quran - Qurani Kərim, (Ərəbcə: القُرآن əl-quran) İslam dinin müqəddəs və ən əsas kitabı. İslam dinində Quran Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə onları Hz. Məhəmmədə vəhy eyləyib.

Quranın 114 surəsi və 6236 ayəsi vardir. Hər surənin özünə məxsus adı vardır.

Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə).

Quranı digər səmavi kitablardan ayıran əsas cəhət onun uzun zaman müddətində-23 il müddətində hissə-hissə vəhy olunmasıdır. Quran Allah tərəfindən birbaşa deyil mələk-Cəbrayıl vasitəsi ilə nəql olunmuşdur. Yalnız Bəqərə sürəsinin sonuncu 2 ayəsi Allah tərəfindən birbaşa Peyğəmbərə vəhy edilmişdir.

Qurani kərimdə Allah Təala həmçinin Əhli Beyti sevməyi müsəlmanlara vacib buyurmuşdur. Beləki Şura sürəsinin 23-cü ayəsi buna sübutdur. Bəzi şəxslər tarix boyu əhli beyt Məhəbbətini aradan aparmaq istəyiblər ama bu mümkün olmayıb. Çünki Əhli Beyti sevməyi ulu tanrı özü vacib buyurub və izn verməzki hansısa fasiqlər onların məhəbbətin arada apara.

ƏHLİ-BEYT (Ə) QURANDA Qurani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Quranda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zəruridir. Quran müxtəlif şəkillərdə Əhli-beyt (ə) haqqında bəhs etmişdir:

1. Bəzən xüsusi ifadələrlə onlardan söhbət açır və Əhli-beytin (ə) ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Buna misal olaraq «Vilayət» (Maidə/55) ayəsini qeyd etmək olar. Necə ki, Qurani-kərimdə buyurulur:

«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.»

Bu ayə qarşıda deyiləcəyi kimi, həzrət Əli (ə) haqqında nazil olmuşdur.

2. Bəzən də Əhli-beytə (ə) aid olan hadisələri zikr edir və bu barədə nazil olan ayələrlə onların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini onlara cəlb edir. Məsələn, «Ali-İmran» sürəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində olan «İtam» ayəsini buna misal göstərmək olar.

Əhli-beyt (ə) haqqında çox ayələr nazil olmuşdur, lakin biz burada onların bəziləri haqda söhbət edəcəyik:

1- XÜSUSİ AYƏLƏR:

Quranda bir çox ayələr vardır ki, Peyğəmbərin (s) qardaşı və O həzrtin (s) Əhli-beytinin (ə) ilkini hesab olunan imam Əli ibn Əbi Talibin (ə) haqqında nazil olmuşdur. Əli (ə) uşaqlıq vaxtından həzrət Peyğəmbərin (s) tərbiyəsi altında böyümüş və o həzrətin (s) ecazkar əxlaqını mənimsəmişdir. On yaşında ikən iman gətirərək Peyğəmbərin (s) dəvətini qəbul etmiş, döyüşlərdə İslam bayraqdarı, qəhrəman sərkərdə və lazım gəldikdə adi əsgər kimi İslam aləminə misilsiz xidmətlər göstərmişdir. İslam tarixində məşhur olan müharibələrdə, o cümlədən Ühüd, Bədr, Hüneyn, Əhzab, Xeybər və Zatus-səlasil kimi ağır döyüşlərdə o həzrətin qazandığı zəfərlər hamıya məlumdur. Peyğəmbərimizin (s) o müqəddəs vücud barədə buyurduğu sözləri tarix səhifələrini bəzəmiş və Əlinin (ə) yüksəkliyinə dəlalət edən əbədi nişanələrə çevrilmişdir. Əgər Quran ayələrinin nazil olma səbəbləri ilə maraqlansaq görərik ki, bir çox ayələr də vardır ki, həzrət Əmirəl-möminin Əli (ə) haqqında nazil olmuşdur. Bu ayələr:

1. O həzrətin (ə) şücaət, qəhrəmanlıq və Allah yolunda fədakarlığını;

2. Düşmənlərin əziyyət və məsxərələri qarşısında səbr və mətanətini;

3.Təqvasi, pərhizkarlığı, başqalarına etdiyi bəxşiş və ehsan, nəhayət, möminlərin üzərində olan ilahi rəhbərlik və vilayətini əhatə edir.

Həmin ayələrdən nümunə üçün burada bəzilərini qeyd edirik.

VİLAYƏT AYƏSİ

Müqəddəs Quranda oxuyuruq:

«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir. Allahı, Peyğəmbəri (s) və iman gətirən şəxsləri özlərinə vəli seçən şəxslər, şübhəsiz Allahın dəstəsi qalib gələnlərdir.»[1]

Zəməxşəri Kəşşaf təfsirində yazır: Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün o həzrət (ə) məsciddə namaz qılıb ruku halında olduğu zaman, bir yoxsul ondan kömək istədi. Əli (ə) öz üzüyünü çıxardıb ona verdi.

Əgər soruşsalar ki, bu ayədə şəxs əvəzliyi cəm formasında işlənib və onda necə olur ki, həzrət Əli (ə) bir nəfər olduğu halda, bu cəm əvəzliyi ona aid olur? Cavabında deməliyik ki, bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Amma, əvəzliyin cəm formasında işlənməsindən məqsəd başqalarını da hər cür şəraitdə zəkat verməyə rəğbətləndirərək, onun kimi savab qazanmağa nail etməkdir. Həmçinin möminlər üçün bir növ əxlaq dərsidir ki, hətta namaz qılınan halda da kasıblara kömək etməyi və yoxsullara əl tutmağı gecikdirməsinlər.[2]

Digər tərəfdən unutmamalıyıq ki, müqəddəs Quran bu kimi misallarla (bir nəfər üçün cəm şəkilçisi işlətməklə) doludur.

Vahidi öz «Əsbabün-nuzul» kitabında bu ayənin nazil olma səbəbini belə izah edir:

Bu ayənin sonuncu hissəsi Əli ibn Əbi Talib (ə) haqqındadır. Çünki, yalnız o həzrət namazın rüku halında öz üzüyünü yoxsula vermişdir.[3]

Bu ayənin həzrət Əli (ə) haqqında nazil olmasını təsdiq edən çoxlu təfsir və hədis kitabları da vardır. Lakin bunların hamısının adını qeyd etmək və yazılarını təqdim etmək, söhbətin uzanmasına səbəb olduğu üçün ixtisar edilir. Ətraflı məlumat əldə etmək istəyənlər Əhli-beyt və Əhli-sünnə məzhəblərinin müxtəlif hədis və təfsir kitablarına müraciət edə bilərlər.

miraclesofthequran.exe - 1.0 Mb

Category: Ordan-burdan | Views: 793 | Added by: Salik | Rating: 0.0/0
Total comments: 1
2009-01-29
1. Refat (Refat) [Giriş ]

ela xeber

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024