Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-27, 09.56MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Sentyabr » 15 » "ELƏ BİL XADİMƏÇİLİK KURSUNA GƏLMİŞƏM..."
"ELƏ BİL XADİMƏÇİLİK KURSUNA GƏLMİŞƏM..."
16.16

Birinci sinifə gedən Aygün Abdullayevanın qeydləri

Səhər saat 8.00. Atam televizoru açır. Aparıcı nəfəs dərmədən üyüdür: "Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Ölkənin ümumtəhsil orta məktəblərində 1 milyon 700 mindən çox şagird təhsil alacaq..." - deyir. Dilucu şablon, darıxdırıcı sözləri eşidib, qaçıram məktəbə. Təzə tədris ilinə köhnə müəllimlərimlə, köhnə məktəbimdə başlayacam. Hər şey köhnədir. Təhsil naziri də. Paltarlarım da köhnədir: ayaqqabımın sağ dabanı da yeyilib, kitablarım da köhnədir. Axı məktəb kitabxanasından veriblər, kitablarımı. Məndən əvvəl tarix kitabını kimsə döşək sapı ilə tikib. Hələ utanmayıb, kitabda Mahatma Qandiyə (şəkilinə) saqqal da çəkiblər.

Məktəb qarşısında şən valideynləri görəndə birtəhər oldum. Elə sevinirdilər ki elə bil Elnur Məmmədli yenidən çempion olub. Daha düşünən yoxdur ki, yenə məktəbdə başlayacaqlar: "1 manat fond pulu, 1 manat süpürgə pulu, 2 manat pərdə pulu, aftafa pulu..." Mənim anam, atam sevinmir başqa valideynlər kimi. Çünki pul-filan verəsi deyilik. "Krisalıq" etmirik. Sadəcə pulumuz yoxdur. Olsa da vermərik... Mən məktəbə pərdə almağa gedirəm (?), yoxsa oxumağa? Hələ süpürgə pulunu demirəm. Elə bil xadiməçilik kursuna gəlmişəm... Amma anam xadimədir, buna görə utanmıram da, amma mən böyüyüb Universitet bitirmək istəyirəm.

Bizim məktəbin işıqları sönmüşdü... Heç ilk zəngi də eşitmədik... Qismət olsa "son" zəngi eşidərik: "Atestat pulu 2 min göy..." Adama deyərlər sənə ilk zəng lazımdır? Milçək vızıldamasa, səhər açılmazmı?
İlin sonunda təhsil aldığımız siniflərin partaları bizə təhsilin səviyyəsini göstərəcək: "Elşad Xose, Ayka, səni sevirəm, 7A-YEK"...
Hələ çoxları qurbağa kimi çabalayıb, direktorlara deyəcək: "Sən Allah, bu pulu götür... Vedrədəki də üzümdür, Goranboydan gətirmişik... Üz vurma! Götür... Uşaqda da gözün olsun. Sən Allah, o uşağı birinci partada otuzdur. Müəlliməsini eşitsin..."

Metroda -qatarda gedən savadsız kənd oğlanları sallaqxana əti kimi sallanacaqlar tutacaqlardan. Rusdilli qızlara baxıb, sataşacaqlar...

"Valideynlər, zəhmət olmasa uşaqlarınızı -birinciləri- sinifdə tək qoyun. Məktəbin həyətində uşaqlarınızı gözləyin. Uşaqlarla tanış olum. Mən onlarla danışmalıyam. Hər həftə də kişiləriniz yox, özünüz -analar- gəlin valideyn iclaslarına..." - deyir 60 yaşlı qoca müəllimə.
Sinifdəki basa-basda orta cərgədən bir qız durub uca, xırıltılı səslə deyir: "Müəllimə, mənim anam gələ bilməyəcək!!! Mən uşaq olanda anam ölüb..."
Bu acı həqiqət idi. Təhsilimiz kimi...

Saat 12.00

Bütün məktəblilər evə qayıbıb. Mən də. Televizoru açıram. Diktor deyir: "Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Ölkənin ümumtəhsil orta məktəblərində 1 milyon 700 mindən çox şagird təhsil alacaq..."
Bu da mənim məktəb qeydlərim...

Real_Master 
Bunu oxuyanda ağlamağım gəldi...Özümü güclə saxladım:-(

Category: Yeni Xəbərlər | Views: 709 | Added by: Real_Master | Rating: 0.0/0
Total comments: 1
2008-09-18
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Nə deyəsən?

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024