Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2017-08-17, 07.44MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Sentyabr » 11 » AVTOMOBİL REKORDLARI: ƏN YAXŞILARIN YAXŞISI
AVTOMOBİL REKORDLARI: ƏN YAXŞILARIN YAXŞISI
12.25
AVTOMOBİL REKORDLARI: ƏN YAXŞILARIN YAXŞISI AVTOMOBİL REKORDLARI: ƏN YAXŞILARIN YAXŞISI
Başa çatan Pekin Olimpiadası sürət, dözüm, ustalıqda bir çox rekordların şahidi oldu.


Amma avtomobil dünyasının da öz rekordçuları var: üzgüçülər, ağırlıq qaldıranlar, alpinistlər... Lent.az avtomobil rekordlarını təqdim edir.


Ən uzağa tüllanma – Chrysler VH Valiant

Rekord – 72 metr

Bəzi avtomobillər təkcə sürətlə hərəkət etməyə deyil, eləcə də uzağa tullanmağa qadirdirlər. Məsələn, dünya rekordçusu sayılan - Chrysler VH Valiant. Məşhur kaskadyor Rey Bauman 1998-ci ildə Avstraliyanın Pert şəhərindəki yarış trassında idarə etdiyi avtomobillə 72 metr uzunluğa tullanıb və uğurla yerə enib. Chrysler VH Valiant idman rekordundan əlavə, güclü mühərriki, yüngül gövdəsi və s. göstəricilərinə görə sürücülərin sevimlisinə çevrilib.


Ən yaxşı konki sürmə - Bentley Continental GT

Buz üzərində maksimal sürət - 321,65 km/saat

Avtomobillər arasında buz üzərində dünya rekordu Bentley Continental GT “nəhənginə” məxsusdur. Ralli yarışçısı Yuxa Kankkunen Finlandiya sahilində buzlamış dəniz üzərində 321,65 km/saata qədər sürət yığıb. Bu zaman havanın tempraturu –30 dərəcə olub. Bundan əvvəlki rekord 1995-ci ildə Bugatti EB110 avtomobilnə məxsus olub – 296,34 km/saat.


Ən yaxşı sprinter - SSC Ultimate Aero TT

Maksimal sürət – 441 km/saat

Seriya ilə buraxılan avtomobillər arasında maksimal sürət rekordu SSC Ultimate Aero TT-yə məxsusdur. 1183 at gücündə 6,2 litrlik 8 silindirli avtomobil 2007-ci ildə 411 km/saat sürət yığıb. Bu zaman Bugatti Veyron və Koenigsegg CC 8S kimi avtomobillər geridə qalıb. Yeri gəlmişkən, mütləq rekord Thrust SSC-yə məxsusdur. Böyük Britaniya Hərbi Hava Qüvvələrinin pilotu Endi Qrinin idarə etdiyi iki turbomühərrikli Thrust SSC səs sürətini ötərək 1227,99 km/saata qədər sürət yığıb.


Ən yaxşı ağırlıq qaldıran - Liebherr T 282B

Makismal yük qaldırmaq qabiliyyəti – 365 ton

Bəzi yük avtomobilləri nəhəng ölçüləri və heyrətamiz yük qaldırmaq qabiliyyətinə malikdirlər. Ağırlıq qaldırma üzrə rekord isə Liebherr T 282B-yə məxsusdur. Bu yük avtomobilinin 3600 at qüvvəsi var. Özünün ölçüləri isə aşağıdakı kimidir – 570 ton və 3 mərtəbəli ev hündürlüyü.


Ən yaxşı üzgüçü - Rinspeed Splash

Rekord – La-Manş boğazını 1 saat 33 dəqiqə 47 saniyəyə keçib

İsveçrənin istehsalı etdiyi Rinspeed Splash avtomobil-amfibiyası La-Manş boğazını 1 saat 33 dəqiqə 47 saniyəyə keçərək rekord vurub. Bu zaman onun daha yaxşı rekord əldə etməsinə boğazda üzən yük gəmiləri mane olub. Avtomobil 142 at gücündə 2 silindirli mühərriklə və sualtı qanadlarla təchiz edilib. Bu göstəricilər ona suda 80 km/saat sürət yığmağa imkan verir.


Ən yaxşı alpinist - Jeep Wrangler

Rekord – 6646 metr

Dünyanın ən yüksək vulkanı olan 6646 metrlik Ojos del Salado məşhur Jeep Wrangler avtomobilinin növbəti “qurbanına” çevrilib. 3,8 litrlik altı silindirli avtomobil vulkanın zirvəsini bir həftəyə fəth edib. Almaniyanın “Extrem Events” komandasının sürücüləri dünya rekordunu Ojos del Saladonun insan tərəfindən fəth edilməsinin 70 illiyinə həsr ediblər. LENT.AZ
Category: Avto dünya | Views: 681 | Added by: admin | Rating: 0.0/0
Total comments: 2
2009-01-27 Spam
2. Refat (Refat) ]

yaxsidi

2008-09-11 Spam
1. gulnar (clumsy) ]

maraqlidi.bes en yaxsi "normal" masin hansidi happy

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017