Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 06.54MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Avqust » 12 » Azərbaycan tərəfinə keçmiş erməni əsgər Qarabağın Azərbaycan ərazisi olduğunu deyir !!!
Azərbaycan tərəfinə keçmiş erməni əsgər Qarabağın Azərbaycan ərazisi olduğunu deyir !!!
17.42
УменьшитьAzərbaycan tərəfinə keçmiş erməni əsgər Qarabağın Azərbaycan ərazisi olduğunu deyir:
Paruyr Stepanyan: "Ermənistan vətəndaşı olmaq istəmirəm. Ən əsası, mən vətəndaşlıqdan imtina edirəm"

Ermənistan ordusunun könüllü olaraq Azərbaycan tərəfinə keçmiş əsgəri Paruyr Stepanyan Ermənistan vətəndaşlığından imtina edir. O, ANS-in əməkdaşına verdiyi müsahibədə bildirib ki, Azərbaycana üz tutmasının əsas səbəblərindən biri Ermənistan ordusundakı özbaşınalıqdır.

İrəvanda anadan olmuş 19 yaşlı Paruyr Stepanyanın vətəndaşı olduğu ölkə ilə müharibə vəziyyətində olan Azərbaycana üz tutmasının bir neçə səbəbi var. O müsahibəsində orduda özbaşınalıqdan tutmuş Ermənistanda insan haqlarının pozulmasına qədər bir çox mətləblərə toxunub. O, ali təhsil almamasını Ermənistandakı korrupsiya ilə izah edib, bildirib ki, orada rüşvət verməsən ali məktəbə daxil olmaq müşkül məsələdir.

Stepanyan Qarabağın tarixini də, hətta bununla bağlı bəzi beynəlxalq konvensiyaları da öyrəndiyni deyir. Gəldiyi nəticəni isə kifayət qədər obyektiv hesab etmək olar:
«Müharibənin nəyə görə başlandığını da öyrənmişəm və özümə düzgün cavab tapmışam. Mən bilirəm ki, belə kodekslər var və orada yazılıb ki, hansı ölkələrin sərhədləri necədirsə elə də qalmalıdır. Bunu 1976-cı il Helsinki sənədi, eləcə də müharibədən əvvəl Arsaxda ermənilərin Qarabağda olmasının 150 illiyinə qoyulmuş heykəl də sübüt edir. Əgər onlar azərbaycanlılardan əvvəl orada yaşayıblarsa, onda niyə elə heykəl qoyublar? Bunun bir məntiqi cavabı var ki, Qarabağ Azərbaycan ərazisidir».

Paruyrun vətənindən üz çevirməsinin səbəblərindən biri də bu ölkədə insan azadlıqların pozulması, antideokratik rejimdir:
«Mən öz vətəndaşlarına seçim hüququnu verməyən ölkədə yaşamaq istəmirəm. Mən xidmət edərkən hətta seçim edə bilmirdim. Postda olarkən artıq mənim adımdan Serj Sarkisyanın xeyrinə işarə qoyulmuşdu. Orada diktaturadır. Buna görə də mən Azərbaycan hökumətinə müraciət edib bildirdim ki, Ermənistan vətəndaşı olmaq istəmirəm. Ən əsası, mən vətəndaşlıqdan imtina edirəm. Mən başa düşə bilmirəm ki, Ermənistan tərəfi nəyə görə sülh danışıqlarına getmir. Qarabağ məsələsini hər dəfə təxirə salırlar. Mən bilmirəm nəyə nail olmaq istəyirlər».

Paruyr deyir imkanım olsaydı orduya getməzdim: «Çünki bilirdim ki, Qarabağa göndərəcəklər». Onun sözlərinə görə, heç bir intizam olmayan orduda ermənistanlılarla qarabağlılara xüsusi ayrı-seçkilik var: «Onlar hər addımda təhqir olunur, ən çirkli işlərə də məhz Ermənistan erməniləri göndərilir. Zabitlər ermənistan ermənilərini ələ salırdılar, təqir edirdilər, zabitlər ölümcül döyürdülər. Elə dərəcədə döyürdilər ki məsələn elə olurdu ki, mən özümlə bacara bilmirdim. Elə situasiya olub ki, mən avtomatı götürüb onları öldürə də bilərdim».

O bildirir кi, döyüldüyü günlərin birində risk edərək sərhədi keçib:
«Bir gün məni ölümcül döydülər və dedim ki, ora gedəcəm. Mənim xidmət etdiyim yer sərhədə çox yaxın idi. Həyatımı riskə ataraq sərhəddi keçdim və Azərbaycan hökumətinə təslim oldum».

Bu gün Ermənistanda sosial vəziyyətin son dərəcə ağır olduğunu deyən Paruyr, bir daha bu ölkəyə qayıtmaq istəmir. Onun sözlərinə görə, bu gün Ermənistandakı əksər ailələr xaricdki yaxınlarının göndərdikləri vəsaitlər hesabına dolana bilirlər. Paruyrun vətənindən imtina etməsinin səbəblərindən biri də budur: «Azərbaycan hökumətindən xahiş ediərəm ki, mümkünsə bu ölkədə, yaxud Avropa Birliyinin hər hansı ölkəsində mənə qaçqın statusu versinlər. Bircə Rusiya olmasın. Çünki Rusiyanın Ermənistanla əlaqələri var, mən bu ölkəyə getmək istəmirəm. /ANS TV/

Category: Yeni Xəbərlər | Views: 735 | Added by: admin | Rating: 0.0/0
Total comments: 5
2008-09-15
5. Farid (F@RID) [Giriş ]

onu gonderin americaya qacqin kimi

2008-09-08
4. Senan (Real_Master) [Giriş ]

bunlarda lap ag eleyibler eeeeeeeee

2008-08-13
3. SENINLE (DuYqU) [Giriş ]

YERI YOXDU BIZIM TORPAQLARDA ESIR OLARAQ QALSIN

2008-08-13
2. SENINLE (DuYqU) [Giriş ]

INANMIRAM SEMIMIYYETINE.

2008-08-12
1. Strange (Strange) [Giriş ]

bir dene ermenimiz catmirdi angry

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024