 |
| Our poll |
Hansi ideologiyanı üstün tutursunuz?
Tam səslər: 118
|

Cəmi online: 5 Qonaq: 5 İstifadəçi: 0
|
|
| Cümə axşamı, 2009-11-26, 11.00 |      |
|
| Qeribler.com |
| Welcome Qonaq | RSS |
Main » 2008 » Avqust » 12 » Azərbaycanın iki güləşçisi Pekin Olimpiadasının finalına yüksəlib
Azərbaycanın iki güləşçisi Pekin Olimpiadasının finalına yüksəlib | 12.07 |
Azərbaycanın iki güləşçisi Pekin Olimpiadasının finalına yüksəlib
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının iki üzvü XXIX Yay Olimpiya Oyunlarının finalına yüksəlib. “APA-SPORT”
agentliyinin məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan Rövşən
Bayramov ilkin mərhələdə Misir və Kuba pəhləvanlarını məğlub edərək
yarımfinala vəsiqə qazanıb.
21
yaşlı təmsilçimizin bu mərhələdəki rəqibi isə Roman Amoyan (Ermənistan)
olub. 2007-ci ildə Bakıda təşkil olunan lisenziya xarakterli dünya
çempionatında rəqibindən üstün olan R. Bayramov bu dəfə də ona aman
verməyib. Görüş pəhləvanımızın 11:3 hesablı qələbəsi ilə başa çatıb. R.
Bayramov finalda rusiyalı Nazir Mankiyevlə qarşılaşacaq. 60 kq çəki
dərəcəsində mübarizə aparan Vitali Rəhimov isə yarımfinaladək Çin,
Rumıniya və Bolqarıstan güləşçilərinə qalib gəlib. Təmsilçimizin
xüsusilə bolqarıstanlı ikiqat olimpiya çempionu Armen Nazaryan üzərində
qələbəsi parlaq alınıb. V. Rəhimov milliyyətcə erməni olan Bolqarıstan
təmsilçisini 10:2 hesabı ilə məğlub edib. Yarımfinalda isə o,
qazaxıstanlı Nurbakıt Tengizbayevdən güclü olub – 8:1. V. Rəhimovun da
finalda rəqibi rusiyalı İslambek Albiyev olacaq. |
|
Category: Spor-idman |
Views: 251 |
Added by: journalist
| Rating: 0.0/0 |
| Total comments: 3 | |
|
2008-10-09
tebrikler azerbaycan[size=17][color=yellow] |
|
2008-08-12
gumush medal qazandilar buda pis deyil |
|
|
|
|
|  |