Qadinlar harada sehv edir - 9 July 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2017-03-24, 18.04MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » İyul » 9 » Qadinlar harada sehv edir
Qadinlar harada sehv edir
16.46
Qadınlar özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər.
* Qadınlar özlərini sevdikləri şəxsə qurban verirlər; özlərini ondan sonra ikinci hesab edirlər.
* Qadınlar kişinin potensial imkanlarına aşiq olurlar.
* Qadınlar öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər.
* Qadınlar könüllü olaraq, kişilərə tabe olurlar.
* Qadınlar kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.
Bu sətirləri oxuyun kimi çoxunuzun "düzdür" deyəcəyinə əminəm. Çünki bu, qadınlar arasında ən çox yayılmış haldır.
* Qadinlar güman edirlər ki, kişilər unutqandırlar və buna görə özləri xatırlamalı olduqları şeyləri də onların yadlarına salmaq lazımdır..
* Onların nəyisə düzgün edə bilməyəcəyini düşünərək məsuliyyəti öz üzərlərinə götürürlər.
* Onların səhvlərini tutur və istiqamətləndirməyə çalışırlar.
Qadınlar əmindirlər ki, kişinin qayğısını nə qədər çox çəksələr o, bir o qədər tənbəlləşəcək və asılı olacaq. Buna səbəb isə atılmaq qorxusudur. </B></SPAN></SPAN>

<SPAN style="FONT-SIZE: 10pt"><B>Özünü kişidən sonra ikinci yerə qoyan qadın, bütün fərdi keyfiyyətlərini itirib sırf onun istədiyi adama çevrilir. Onun arzularının qadını olmağa çalışaraq özünüzə xəyanət edirsiniz. İmkanların geniş olduğu çağdaş dövrdə isə qadınlar bu yolda hətta xarici görünüşlərini belə tamamilə dəyişə bilirlər. Verdiyiniz bütün qurbanlardan sonra onun bir gün sizi atacağını təsəvvür edin. Əmin olun ki, bu baş verərsə, yaşayacağınız peşmançılıq sizi dəli edə bilər.
Sevdiyiniz şəxsin arzularını həyata keçirməsi üçün siz öz arzularımızdan imtina etməyə qadirsiniz. Yoldaşının arzu etdiyi işi qurmaq üçün illərlə can atdığı arzusundan vaz keçən qadınlarla heç rastlaşmamısınız? Yoldaşının biznesində ona kömək etmək üçün iri şirkətdə prespektivli işini itirən qadın yalnız ondan ayrıldıqdan sonra səhv etdiyini anlayır, onda isə çox gec olur. Siz özünüz bu qadınlardan olmaya bilərsiniz, lakin əminəm ki, ətrafınızda onlarla belə qadın var. Bunu qəbul etmək isə çox çətindir.
Öz istək və arzularınızı qurban verərkən, qəlbinizin dərinliyində onun sevgisinin artmasını gözləyirsiniz. Doğrudur, bundan sonra onun sevgisi arta bilər, ancaq əksinə olmayacağına da kimsə təminat verə bilməz. Axı siz qurban verə-verə özünüzü sevməyi də yaddan çıxarırsınız. Vaz keçdiyiniz hər arzunun, hər yoldaşın, hər məşğuliyyətin sizin bir parçanız olduğunu düşünün. Hər itirilən arzu ilə şəxsiyyətiniz də itir və bir gün ayılıb özünüzü bomboş bir aləmdə görürsünüz. Sizdən heç nə qalmayacaq. Arzuolunan olmaq üçün siz hər şeyinizi vermisiniz, bu yolda isə öz varlığınızı, qadın qəlbinizi itirmisiniz. Bu itki adətən qəddarlıq və depressiya ilə nəticələnir. Özünüzdən narazı olursunuz, özünə inamı və özünəhörməti itirirsiniz. Bax bu zaman sizdə səbəbkar saydığınız kişiyə qarşı qəzəb və inciklik hissi baş qaldırır. Bunun baş verməməsi üçün əvvəlcədən qurban olmaqdan əl çəkin!


Sizinçün, sadəcə olaraq, əyləncə yox, ciddi iş olan məşğuliyyətləri atmayın. Sevdiyiniz insanları, sizinçün vacib olan məşğuliyyətləri heç nəyə qurban verməyin. Öz arzularınıza sadiq olun, həyatınızı özünüz doldurun. Əsl qadın, güclü şəxsiyyət olun. Siz bunu edə bilərsiniz!

Category: Qadın dünyasi | Views: 866 | Added by: Vuska | Rating: 0.0/0
Total comments: 8
2009-06-25 Spam
8. FERID (FERID) ]

bilirsen qizlarimizin esas zeifliyi sevdiyine ozu qeder inanmasidi,guvenmesidi sad sohbet agilli qizdan gedir...eh belkede dediklerinde heqiqet var.....bilmirem

2008-12-28 Spam
7. feride (angel_1) ]

ela fikirlerdi

2008-09-09 Spam
6. lale (sabriella) ]

men razi deyilem

2008-08-01 Spam
5. Vusale (_VUSK@_) ]

dupdeduzdu

2008-07-24 Spam
4. vusale (vusale) ]

aferin sene. smile

2008-07-17 Spam
3. fioletka (fioletka) ]

zordu yeri var hands

2008-07-11 Spam
2. xancan (admin) ]

hr evlenecem deyene inanirlar..

2008-07-09 Spam
1. Nigar (Afrodita) ]

duzdu raziyam bu fikirlerle

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017