Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 10.36MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » İyul » 1 » Dünyanın maraqlı icadları
Dünyanın maraqlı icadları
22.51
Dünyanın maraqlı icadları

“VienViever” - damar tapan vasitə: bəzi insanların damarları görünmür, ya da çox zəif görünür. Bu isə həmin şəxslərə iynə vurulmasını çətinləşdirir. Sözügedən ixtira həkimləri bu çətinlikdən qurtaracaq.


Gizli rozetka: əslində gizli olan rozetka deyil, rozetkanın içində gizlətdiyiniz əşyalardır. Rozetka şəklində hazırlanmış bu gizli “seyf” dəyərli əşyaların saxlanması üçün ideal yerdir.


Parıldayan qolf topları: bu icad daha çox qolf həvəskarlarının işinə yarayır. Qolfu həyat tərzinə çevirənləri nəzərə alan mütəxəssislər onlar üçün gecələr də görünən qolf topu ixtira ediblər. Bu toplar işıq saçır və çox uzaq məsafələrdən rahatlıqla görünür.


Səs keçirməyən pəncərələr: bu pəncərələr səs keçirməməklə yanaşı, istiliyi normal pəncərələrdən daha yaxşı qoruyur. Bu şüşələrə xüsusi maddələr əlavə olunub və onlar elastikliyi sayəsində səsləri geri qaytarır. Sözügedən şüşələrin yaxın 5 il ərzində satışa çıxarılması gözlənilir.


Özünü təmizləyən geyimlər: Bu ixtira yəqin ki, ən çox qadınları sevindirəcək. Hər halda paltar yumaq evdar qadınların bir nömrəli problemlərindən sayılır. Sözügedən geyimlər Amerika ordusu üçün nəzərdə tutulub. Xüsusi parçadan hazırlanmış bu paltarları həftələrlə yumağa ehtiyac yoxdur. Bu təkcə əsgərlər üçün deyil, subay kişilər üçün də gözəl xəbərdir.


Güllə keçirməyən paltar: Güllə keçirməyən geyim dedikdə, insanın ağlına həmişə polislərin geyindiyi qalın jiletlər gəlir. Ancaq artıq bu qədər qalın, ağır və kobud geyimlərə ehtiyac yoxdur. Heç kinorejissorlar belə, sözügedən geyimlərin belə sürətlə inkişaf edəcəyini düşünməmişdilər. Bu geyimlər güllə keçirmir, bıçaqlanmanın qarşısını alır, çəkisi isə cəmi 3 kiloqramdır.


Zəng edə bilən bitkilər: Nyu-York Universitetinin ərsəyə gətirdiyi sözügedən ixtira bitkilərin sahiblərinə zəng etməsinə imkan verir. Bitki susuz qaldığı vaxt yaddaşa qeyd edilmiş nömrəyə zəng vuraraq sahibini bundan xəbərdar edir. Əvvəlcədən hazırlanmış audio-yazı vasitəsilə bitkinin susuz olduğu bildirilir. Olduqca sadə görünən bu icad danışa bilməyən bitkiləri “başa düşməkdə” böyük rol oynayır.


Yuxunu hiss edən avtomobil: Araşdırmalar göstərir ki, avtomobil qəzalarının başlıca səbəblərindən biri də sükan arxasında yatmaqdır. Bunu nəzərə alan “Mercedes-Benz” firması sürücünün yuxusunu hiss edən avtomobillər istehsal etməyi planlaşdırır. Hələ təcrübə mərhələsində olan bu avtomobillərin yuxunu hiss etdikdən sonra sürücünü oyandırması qəzaların azalmasında böyük rol oynayacaq.
Views: 881 | Added by: Freak | Rating: 5.0/1
Total comments: 4
2008-07-03
4. Sago (Langdon) [Giriş ]

Zəng edə bilən bitkilər ....Bu ne yaxsi seydi biggrin

2008-07-03
3. nurlan (student) [Giriş ]

ozunu temizleyen geyim bir de yuxunu hiss eden avto ela xeberdi.satiwa 4ixan kimi xeber ele alim. respect

2008-07-02
2. Asef (G_o_o_g_l_e) [Giriş ]

Səs keçirməyən pəncərələr, Güllə keçirməyən paltar,
Yuxunu hiss edən avtomobil, Özünü təmizləyən geyimlər

Bunlar Azerbaycanda olsa pis olmaz ...


2008-07-02
1. miss lawyer mrs.Veten qızı (leman) [Giriş ]

vay vay dunya batir e..insanin qarishmadigi ish yoxdur da, gunde bir shey cixir.....

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024