Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 10.29MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » İyun » 20 » Qan Azligi ve Zeiflik
Qan Azligi ve Zeiflik
10.39

Baş gicələnməsi, zəiflik, yorğunluq, yuxusuzluq, həzmin pozulması amilləri ilə müşahidə olunan qan azlığı üzüm və üzüm şirəsi işlətməklə müalicə olunur. Üzüm mövsümü olmadıqda onun şirəsindən və ya kişmişdən istifadə etmək olar. Qanazlığı olan şəxslər bədəninə (xüsusilə bel, qarın nahiyəsi, böyrək və ayaqlar) abqora sürtməli, sonra günəş vannası qəbul etməlidirlər. Banan belə adamlar üçün yaxşı qida maddəsi hesab olunur. Bir həftə müddətində hər gün günortadan qabaq 1 ədəd banan əzib 2 qaşıq bal və qaymaqla qarışdırıb yeyirlər. Qanazlığı olan uşaqların bədənini zeytun yağı ilə sürtmək məsləhətdir.
Qanazlığı olanlar çiyələk vaxtı hər gün 300-500q çiyələk yeməlidirlər. Bir müddətən sonra onlar bədənlərin qüvvətləndiyini və üzlərinin rənginin yaxşılaşdığını hiss edəcəklər. Belə şəxslərə bir müddət qovulmuş qarğıdalı yemək də yaxşıdır. Qarğıdalı xörəyi qan azlığı olan xəstəlikdən təzə duran adamlar üçün faydalıdır. Hər hörəkdən sonra 5–6 ədəd təzə və ya qovurulmuş fındıq yemək də xeyirlidir.
Qanazlığına düçar olanlar 20–30q qurudulmuş gicitkəni 0.5L soyuq suda mülayim od üzərində 3–5 dəq qaynadır, 10 dəq dəm çəkməyə qoyduqdan sonra süzüb, ondan hər gün 3–4 fincan içirlər. Bu zaman ərik yemək də tövsiyə olunur. Lakin ağır yeməklərdən sonra ərik yemək, bundan sonra isə soyuq su içmək məsləhət deyil. Portağal, yaxşı bişirilmiş çörək və təzə pendir, şirin alma yemək qan azlığı zamanı faydalıdır. Vəzəri, cə”fəri, keşniş, cuğundur, ispanaq işlətmək yaxşı nəticə verir. Hətta qozun yarpaq və ya qərzəyinin dəmləməsini də qanazlığı zamanı tövsiya etmişlər. Gündə acqarına 2 fincan yerkökü şirəsi içmək və ya xurma yemək qan azlığında məsləhət görülür. Ümumi bədən zəifliyi olanlar kəklikotu vannası qəbul etməlidirlər. Həmçinin bel fəqərələrini sarımsaqdan düzəldilmiş məlhəmlə sürtmək yorğunluğu çıxarır və rahatlıq gətirir. Kasnı şərbəti də zəif bədəni gücləndirir. bu şərbəti 500 q şəkəri həmin miqdarda kasnı kökünün təmiz şirəsinə qatıb, mülayim od üzərində qaynadaraq hazırlayır, ağzı bağlı şüşə qabda saxlayırlar. Zəif uşaqlara hər səhər acqarına ondan 3 çay qaşığı vermək tövsiyə olunur. Həmçinin onların qarnını və sinəsini balıq yağı ilə massaj edib, azca balıq yağı və bal yedirtmək masləhət görülür.
Arpa, buğda və rəzyana da zəif adamlar üçün tövsiya edilir. Zehni fəaliyyətlə məşğul olan şəhslər zəifləməyə qarşı soğan və mərəcüyüd işlətməlidirlər. Ümumiyyətlə bədən zəifliyi, qan azlığı zamanı qüvvətli yeməklər və çoxlu meyvə-tərəvəz işlətmək məsləhət görülür.

Category: Tibb-Təbabət/Münəccim | Views: 3123 | Added by: Vuska | Rating: 0.0/0
Total comments: 5
2008-09-07
5. ayhan (Born_with_Love) [Giriş ]

ne bilim vallah axiracan oxumaga sebrim catmadi ona gorede saglam olmayacam biggrin

2008-07-25
4. ayten (daye) [Giriş ]

bir tibb mutexxessisi kimi deye bilerem ki,qan azligi olanlar eyni zamanda temiz havada da cox gezmelidiler... smile

2008-06-21
3. Vusale (Vuska) [Giriş ]

mende 90/60 men onda ne gundeyem biggrin

2008-06-20
2. Sago (Langdon) [Giriş ]

mende 4-5 il bunan qabag 50% idi biggrin

2008-06-20
1. xancan (admin) [Giriş ]

mende yuzde 75di yeni azdı crazy

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024