Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 13.05MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 15 » VERGİLƏR NAZİRLİYİ NƏZARƏTƏ GÖTÜRDÜYÜ 14 MÜĞƏNNİNİN ADINI AÇIQLADI .
VERGİLƏR NAZİRLİYİ NƏZARƏTƏ GÖTÜRDÜYÜ 14 MÜĞƏNNİNİN ADINI AÇIQLADI .
22.06

Sənətçilərin qarşısında gəlirlərini düzgün göstərmək tələbi qoyuldu.

 

Vergilər Nazirliyi (VN) musiqi xidməti göstərən 365 fiziki şəxsin vergi orqanlarında uçota alınmasını təmin edib. Məlumat “Media forum”a VN-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Vergi orqanlarında uçota alınanlardan 14-nün populyar müğənni olduğu bildirilir: Rüfət Axundov, Nadir Bayramlı, Aynurə Dadaşova, Almaz Ələsgərova, Xatirə Əzizova, Natəvan Həbibova, Xuraman Hüseynova, Mətanət İsgəndərli, Xumar Qədimova, Aygün Kazımova, Rüfət Mehdiyev, Vasif Məhərrəmov, Lalə Məmmədova, Gülyanaq Məmmədova.
Müğənnilərin vergiyə cəlb olunması istiqamətində bu ilin əvvəlindən aparılan maarifləndirmə və nəzarət tədbirlərinin bu sahədə köklü dəyişikliklərlə nəticələndiyini bildirən VN bunları sadalayır: musiqiçilərin fəaliyyəti tam nəzarətə götürülüb; həm şadlıq evləri, həm də musiqiçilərlə izahat işləri aparılıb; vergidən yayınan müğənnilərə xəbərdarlıq göndərilib; qanunun pozulması faktları barədə akt tərtib edilib; bütün şadlıq evləri və digər iri obyektlərin siyahısı VN tərəfindən təsdiq olunub; onlar Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirilmiş xüsusi qeydiyyat kitabları ilə təmin edilib.
2007-ci ildə musiqiçilərin orta rüblük dövriyyəsi 50,6 min manat idisə, 2008-ci ilin təkcə I rübü ərzində bu göstərici 7,4 dəfə artaraq 374,3 min manat təşkil edib. Artım tanınmış müğənnilər üzrə daha çox olub. Görülən işlər nəticəsində onların 2008-ci ilin I rübü ərzində dövriyyəsi 197 min manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 dəfə çoxdur.
Daha bir məqam müğənnilərin qeydiyyat kitablarında göstərdiyi və imzaları ilə təsdiq etdiyi gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir arasında yaranan ziddiyyətlə bağlıdır. Şadlıq evlərinə paylanmış kitablarda aparılmış qeydlərə görə, müğənnilərin bir şənlik mərasimindən gəlirinin onların bəyan etdiyi rüblük gəlirdən çox olması öz rəsmi təsdiqini tapıb.
VN bildirir ki, əldə olunan ciddi irəliləyişlərə baxmayaraq musiqiçilər bundan sonra da daim nəzarətdə saxlanacaq. Müğənnilərdən bir daha tələb olunur ki, 2008-ci ilin I rübü üzrə təqdim edəcəkləri bəyannamələrdə gəlirlər dürüst göstərilməli və şadlıq evlərindəki xüsusi kitablarda qeyd edilmiş məbləğlərlə bütün fərqlər aradan qaldırılmalıdır.
Sevdimali_Pervin.

Category: Yeni Xəbərlər | Views: 744 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 1
2008-04-16
1. akber_boy (BOY) [Giriş ]

SALAMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMM wacko wacko wacko

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024