Zamiq evlənmək istəyir. - 14 April 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2016-12-08, 11.54MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 14 » Zamiq evlənmək istəyir.
Zamiq evlənmək istəyir.
16.49

Müğənni Zamiq: «Həyata ikinci dəfə gəlsəydim futbolçu olmaq istərdim»

 

- Yeni yaradıcılıq planlarınız?
- Bir neçə mahnı üzərində işləyirəm. Amma hələ ki, mahnıların heç biri işıq üzü görməyib. Bu mahnıları sentyabrın 12-si, ad günümə planlaşdırdığım alboma daxil edəcəyəm. Sözləri və musiqisi «Şeron» qrupunun solisti Elçin İlkinə aid «Yellənə-yellənə» adlı mahnıya rejissor Şahin Zəkizadə klip lentə alıb. Hal-hazırda klipin montaj işləri başa çatmaq üzrədir. Yəqin ki, bir neçə gündən sonra klip tamaşaçılara təqdim olunacaq.

- Ailə qurmaq barədə düşünmürsünüz ki?
- Hələ düşünmürəm. Amma hərdən evlənmək, ailə sahibi olmaq istəyirəm. Ola bilsin, qarşıma elə bir qız çıxsın ki, qısa müddətdə evlənim.

- «Nömrə 1» yarışmasında kifayət qədər sizdən az tanınmış müğənni sizə qalib gəldi. Sizcə, səbəbləri nədir?

- Xəyyam mənim yaxın dostumdur. İfasını bəyənirəm və çox gözəl insandır. Əvvəldən bilirdim ki, Moskvadan onu dəstəkləyənlər çoxdur. İlk gündən qalib olmayacağıma inanırdım. Uduzmağıma pis olmadım. Çünki buna hazır idim. Həm də qalib gəlib müsabiqədə iştirakımı davam etdirmək istəmirdim. Çünki növbəti duetə kimi çağıracağıma qərar verə bilməzdim.

- Sizcə, bu tip müsabiqələr şou-biznesin inkişafı üçün hansı müsbət rolu oynayır?

- Əsas canlı ifadır. Bu zaman kimin «qabında nə olduğu» ortaya çıxır. Efirdən insanın iç üzü görünür və o, daha yaxından tanınır.

- Qızların sevimlisi olmaq çətin deyil ki?

- Yox. Çox xoşdur. Bir müğənninin səhnəyə çıxışında onun qarşılanmağı böyük şərtdir. Mən də səhnəyə çıxanda yaxşı qarşılanıram. Əsasən dinləyici kütləm qızlardır. Amma bəzən zənglər çox olur və bu məni hardasa yorur.

- Sənətdən başqa nə işlə məşğulsunuz?

- Ümumiyyətlə, sənətdə ola-ola ən çox idmana həvəs göstərirəm. Çox vaxt «həyata ikinci dəfə gəlsəydiniz, hansı peşəni seçərdiniz?» sualına «futbolçu olardım» cavabını verirəm. Çünki vaxtımın çoxu şəhərdə, dostlarımla keçir. Evdə televizorun qarşısında oturanda ancaq futbol ilə bağlı verilişlər axtarıram. Təəssüf ki, çoxdandır futbolla məşğul olmuram. Amma idman növlərinin çoxundan istifadə edirəm. Bilyard, boulinq, stolüstü tennisi çox gözəl oynayıram.

- El şənliyində yadınızda qalan məzəli bir hadisə.
- Çox yüksək vəzifəli bir şəxsin məclisində idik. Bir nəfər sərxoş yaxınlaşdı və mahnını dayandırdı. Bir mahnı sifariş verdi və Brilliant Dadaşovanın mahnısını oxumağı rica etdi. Özünü isə rəis müavini kimi təqdim etdi. Brilliant xanıma xahiş etdim və mahnını ifa etdi. Bir az keçdikdən sonra o şəxs bir də yaxınlaşdı və başqa bir mahnı sifariş etdi. Mən yenə onun sifarişini Brilliant xanıma çatdırdım. Brilliant xanım mahnını saxlayıb mikrofon vasitəsilə həmin şəxsin kim olduğunu soruşdu. O, rəisin müavini yox, rəisin sürücüsü imiş.

Category: Məşhurlar | Views: 583 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 1
2008-04-15 Spam
1. Pervin (Pervion) ]

allah xoshbext olsun .evlen.

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016