Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 14.31MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 14 » AVROPA MAFİYASINDA AZƏRBAYCANLILAR DA TƏMSİL OLUNUR
AVROPA MAFİYASINDA AZƏRBAYCANLILAR DA TƏMSİL OLUNUR
15.18

Köhnə qitənin cinayətkar qruplarının üzvləri arasında həmyerlilərimizin çəkisi artmaqdadır

Böyük Britaniyada mütəşəkkil cinayətkar qruplaşmalar arasında biznes modelləri tətbiq olunur. Kiçik qruplar böyüklərə, böyüklər də geniş şəbəkələrə birləşməyə başlayıb. Həmin cinayətkar şəbəkələri isə iri korporasiyalarda olduğu kimi, idarə heyəti, ”menecerlər", idarəçilər, “investisiya ekspertləri” və s. “peşəkarlar” idarə edir. Britaniyadakı bu mafioz sistemin ən qəddar, zəngin və qətiyyətli şəxsləri arasında Şərqi Avropa və postsovet məkanının nümayəndələri ilə yanaşı, türklərin də xüsusi çəkisi artır".
Şotlandiyanın nüfuzlu “The Skotsman” qəzetinin yazdığına görə, Britaniyadakı mafiyanın “xaç ataları” arasında 52 yaşlı türk Abdulla Baybasının əlahiddə yeri var. Skotland Yarddakı mənbələrin dediklərinə görə, hazırda ölkədəki mütəşəkkil cinayətkar qruplar arasında ciddi “əmək bölgüsü” var. Belə ki, ruslar çirkli pulların yuyulması, albanlar qadın alveri, türklər narkotik maddələr ticarəti, postsovet məkanı ölkələrindən gələnlər, xüsusən azərbaycanlılar və gürcülər isə avtomobil oğurluğundan tutmuş bank kartlarının saxtalaşdırılması və daşınmaz əmlak bazarındakı fırıldaqlara qədər çox geniş çeşiddə cinayətlərlə məşğul olurlar.
“The Skotsman” yazır: “Britaniyada mafiyanın baronları artıq ingilis və ya italyan ”xaç ataları" yox, türklər, albanlar, ruslar, polyaklar, çeçenlərdir. Ən təqribi hesablamalara görə, illik dövriyyəsi 18 milyardı keçən cinayət aləmini Baybasın kimi 400 əcnəbi baron idarə edir. Bu şəxslər bizlərin əsərlər və filmlərdən adət etdiyimiz obrazlardakı “xaç ata”ları yox, savadlı, çox bic, ilk baxışda diplomat və ya sivil iş adamı təsiri bağışlayan adamlardır".
Türkiyədən Britaniyaya mühacirət etmiş Hüseyn Baybasından bəhs edən qəzet Dumanlı Albiondakı postsovet baronlarla türk “iş adamları” arasındakı əlaqələrə ciddi diqqət verməyib.
Bu, mütəşəkkil, olduqca sərt qaydalar və intizamla idarə olunan şəbəkədə osmanlı türkləri ilə yanaşı, postsovet ölkələrinin vətəndaşları, o cümlədən azərbaycanlılar da var. Əfqanıstan və İrandan Azərbaycandan da keçməklə Britaniyaya qədər uzanan narkomarşrutların əksəriyyətinə nəzarət edən “Baybasın imperiyası”nın qüdrətinin artması nəticəsində mafiyanın daxili aləmində bir sıra kəlmələr də dəyişib.
İndi Britaniya mafiyası türk dilində danışır və italyan “Koza Nostra”sının “omerta”, yəni “sükut” qaydası əvəzinə türk “qanun”u ilə idarə olunur.
Yeni nəsil baronlar mafiyanın əvvəlki idarəetmə və fəaliyyət sistemini dəyişərək yalnız silah və fiziki gücə əsaslanan təsir metodlarından imtina ediblər. Onlar indi hədəflərinə “sivil” metodlarla çatmağa üstünlük verir, Əfqanıstandan tutmuş, Latın Amerikasınadək onlarla ölkədə olduqca usta şəkildə bölmələr və yerli şəbəkələr qururlar.
Bununla yanaşı, qardaşıoğlu Qiyasəddin ilə birlikdə tutulan Hüseyn Baybasının öz “imperiya”sını indi həbsxanadan idarə etməyə başladığı da vurğulanır. Ona Tofiq adlı bir şəxsin yardım etdiyi iddia olunur ki, bu adamın da azərbaycanlı olduğu güman edilir. Baybasının yüzlərlə narkotaciri arasında 15 azərbaycanlının olduğu söylənir. Onların bir qismi Türkiyə, Rusiya və Ukraynada narkoimperiyanın təmsilçiləri kimi çalışırlarsa, əksəriyyəti Şərqi Avropa ölkələrində, daha doğrusu Slovakiya, Çexiya, Rumıniya, Albaniya, Makedoniya, Sloveniya və Bolqarıstandadır.

SEVDIMALI_PERVIN.

Category: Yeni Xəbərlər | Views: 606 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 1
2008-04-15
1. Pervin (Pervion) [Giriş ]

ele ish olmasin ki,a azerbaycanin eli olmasin.

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024