Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 11.20MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 13 » BAKIDA KRİMİNAL AVTORİTET EDAM OLUNDU
BAKIDA KRİMİNAL AVTORİTET EDAM OLUNDU
14.10

“Əzizbəyov” metrosunun yaxınlığında dəhşətli qətl
Zülfüqar Babayevi Siciliya mafiyasının istifadə etdiyi üsulla asıblar

Dünən səhər metronun “Əzizbəyov” stansiyasının yaxınlığında yeni tikilmiş körpüdən asılmış vəziyyətdə kişi meyiti aşkarlanıb. Dəhşətli mənzərənin şahidi olanlardan biri bu barədə Bakı Şəhər Baş və Sabunçu Rayon Polis idarələrinə məlumat verib. Dərhal əraziyə operativ qrup göndərilib. Hadisənin şahidlərinin sözlərinə görə, körpüdən asılmış kişinin əlləri və ayaqları kəndirlə bağlanmış vəziyyətdə olub. Boğazına bağlanmış kəndirin bir ucu isə yeni tikilən körpünün armaturlarına bağlanıb.
Meyitin hadisə yerində fotoşəkilləri çəkildikdən sonra “morq”a aparılıb. İlkin müayinə zamanı mərhumun 35-40 yaşlarında olması müəyyənləşib. Həmçinin meyitin üzərində xəsarət izləri də aşkar olunub. İlkin versiyalardan biri budur ki, asılmazdan əvvəl onu döyüblər. Sonra isə əl-qolunu bağlayaraq mafiya qaydalarına uyğun şəkildə boğazına ilgək salınaraq körpüdən aşağı atıblar.
Müayinə zamanı mərhumun bədəni üzərində kriminal avtoritetlərə xas olan döymələr də müəyyən edilib. Bundan sonra aşkarlananın kriminal aləmlə ilişgili olması aydınlaşıb. Məlum olub ki, mərhum Quba rayonunun Bağbanlı kənd sakini Zülfüqar Babayevdir. Onun kriminal aləmdə müəyyən nüfuza məxsus olduğu bildirilir.
Hadisə ilə bağlı ətraflı məlumat almaq üçün Sabunçu Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən faktı təsdiq edərək Rayon Prokurorluğunda araşdırma aparıldığını bildirdilər və məsləhət gördülər ki, prokurorluğun müstəntiqləri ilə məsələyə aydınlıq gətirək. Sözügedən prokurorluğun müstəntiqi Əli Eyvazovun qəzetimizə verdiyi açıqlamaya görə, mərhum Z.Babayev 2005-ci ildə həbsdən azad olunub: “Onun hansı cinayətə görə həbsə düşdüyü, körpüdən asılmasının səbəbləri, bu cinayəti kimin törətdiyi hələlik məlum deyil. Faktla bağlı heç kim saxlanılmayıb. Məlumat mərkəzinə sorğu vermişik, cavab aldıqdan sonra Zülfüqar Babayevin şəxsiyyəti və həyat tərzi barəsində nəsə demək mümkün olacaq”.
Müstəntiq onu da qeyd etdi ki, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Növbəti sayımızda hadisə ilə bağlı əldə etdiyimiz məlumatları diqqətinizə çatdırmağa çalışacağıq.

Category: Yeni Xəbərlər | Views: 970 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 3
2008-04-14
3. Pervin (Pervion) [Giriş ]

allah rehmet elesin.bash uste dostum ferid

2008-04-13
2. ferid huseyn (ferid55) [Giriş ]

arxasini yazarsan Pervin....maraqlidir goresen evvel niye tutulub ve indi niye asiblar.....

2008-04-13
1. Vusal (Tacin_) [Giriş ]

ALLAH REHMET ELESIN...AMA GORESEN ARALARINDA NE SOHBETLER OLUB...YOXSA BOSH YERE ONU ELE OLDURMEZDILER.YENEDE ALLAH REHMET ELESIN...

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024