Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 11.28MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 4 » Sevdiyim, umduğum, küsdüyüm Türkiyə
Sevdiyim, umduğum, küsdüyüm Türkiyə
12.06
İnsan sevdiyindən umar, umduğundan küsər. Türkiyə sevdası bizim uşaqlıq macəramız, xəyallar dünyamızdır.Sevdiyimiz qədər ummuşuq, bəzən də elə umduğumuz qədər küsmüşük. Türkiyə elə Azərbaycanımız qədər də vətənimizdir, doğmamızdır, məmləkətimizdir. Bu mənada bu gün Anadoluda baş verənlərə biganə qala bilmirsən. Həm bu marağım, həm də gündəlik işimlə bağlı Türkiyədə kimin nə işlə məşğul olduğu, kimin nə dediyi, nə məqsəd güddüyü mənim üçün çox maraqlıdır. Ona görə də bu yazıda son günlərdə Türkiyə ictimaiyyətinin diqqətində olan iki məqamdan bəhs etmək istəyirəm: həftələrdən bəri gündəmdən düşməyən başörtüsü məsələsi və bir neçə gün əvvəl apelyasiya məhkəməsində prokuror işləyən bir qadının heç dəxli olmadığı halda, 1960-cı ildə baş verən dövlət çevrilişinə və o çevriliş nəticəsində asılan baş nazir Adnan Menderes haqqında söylədikləri.
Öncə başörtüsündən başlayaq. Bu işi Türkiyədə davamlı olaraq qızışdıran xüsusi təşkilatlar və şəxslər var. İnandırıram sizi, əksəriyyətinin soyu, kökü araşdırılsa, ortaya çıxan mənzərədən heyrətə düşərsiniz. Elə bu başörtüsü ətrafında dartışmalar kimin kim olduğunu ortaya qoydu.
Qətiyyətlə demək olar ki, “başıörtülü qızlar universitetlərə buraxılmasınlar” deyənlər də, masonlarla əməkdaşlığı ortaya çıxan “ergenekon”çular da, ölkədə çaxnaşma salan gizli təşkilatlar da, hamısı eyni mərkəzdən komanda alır, idarə olunur. Uzaq getməyək, elə ordunun Şimali İraqdan çıxması məsələsinə toxunaq. Bu cür demokratiyadan adamın başı gicəllənər. Təsəvvür edin ki, müxalifət durub ordu rəhbərliyini “niyə əməliyyatı yarımçıq qoydunuz” deyə ittiham edir. Amma “əməliyyat yarımçıq qoyuldumu, davam etdirilsəydi, nəticəsi nə olardı?” kimi suallara cavab verə bilmirlər. Əgər komandan təyin etmisənsə, ona güvənməlisən, xəyanətdə ittiham etməməlisən. Necə olur ki, dünən sənin işinə yarayan açıqlama yayanda öyürdün, bu gün söyürsən? Anlamaq çox çətindir. Özləri əcaib saqqal saxlayır, geyim-kecimləri ilə başqalarını qıcıqlandırırlar, amma bu cavan qızlar dinimizin əmrini yerinə yetirdikləri üçün onların qəzəbinə gəlirlər. Bu, tarixə arxa çevirməkdir, Osmanlıdan imtina eləməkdir, nankorluqdur, zatıqırıqlıqdır.
Apelyasiya Məhkəməsinin hakimi Çölaşanın açıqlaması isə daha çox təhqir və cinayət mahiyyəti daşıyır. Təsəvvür edin ki, bu qadın heç dəxli olmadığı halda, bundan 48 il əvvəl baş vermiş bir cinayətə haqq qazandırmağa çalışır. Beləsini bir an öncə vəzifəsindən uzaqlaşdırmaq, məhkəmə qarşısında oturtmaq lazımdır. Təsəvvür edin ki, birisinin şərəfinə, heysiyyətinə toxunan söz söyləməyə görə Cinayət məcəlləsində xüsusi maddə var. Amma bir dövlətin, bir ulusun haqqını tapdayırlar və hər hansı cinayət məsuliyyətinə də cəlb olunmurlar. Dar ağacından asılan Adnan Menderes xalqın 70 faiz səsini toplayaraq, hakimiyyətə gəlmişdi. Bu qadının o sözləri o yetmiş faiz insanın iradəsinə təhqirdir.
Məlumdur ki, Menderes Türkiyə Respublikası tarixində islahatçı, demokratik bir lider olmaqla yanaşı, həm də azanı xalqa qaytaran bir insan kimi tanınır. Bu qadın isə əsl azanın deyil, onun türkcə qarşılığının, həm də anlamsız qarşılığının təəssübkeşi olduğunu iddia edir. Amma nə deyirsə-desin, səmimi olmadığı ilk andaca anlaşılır.
Son aylarda Türkiyədə baş verənləri üzüntü ilə izləyirəm. İzlədikcə də ağlımdan bu keçir ki, millətdən qisası belə alırlar. Bir vaxtlar Avropa Osmanlı ilə hesablaşırdı, indi Osmanlının varisi Avropanın ağzına baxır. Bu, nəyə bənzəyir, heç bilirsinizmi? Birindən qisas almaq üçün onun övladını oğurlayırsan və özünə qarşı düşmən kimi yetişdirirsən. Yəqin ki, “Qurdlar vadisi”ndə siz də bu epizodları görmüsünüz. Bilmirəm, nə qədər yerinə düşdü, ya yox, hər halda Türkiyənin bu gününü və tarixini bir araya gətirəndə ağlıma bu bənzətmə gəldi.
Amma ümidsiz də deyiləm. Çətin də olsa, yolumuz yoxuşa da dirənsə, hər şey yaxşılığa doğru gedir.
Category: Ordan-burdan | Views: 646 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 1
2008-04-04
1. xancan (admin) [Giriş ]

ferid sen yazmısan??

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024