Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 20.43MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 31 » ABUTALIBOV ÜÇÜN BİABIRÇI İKİ HƏFTƏ .
ABUTALIBOV ÜÇÜN BİABIRÇI İKİ HƏFTƏ .
16.01

Bakı meriyasının üstündəki cırılmış bayraq yalnız medianın müdaxiləsindən sonra dəyişdirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (ŞİH) binası üzərindən asılmış Azərbaycanın dövlət bayrağı cırılıb. “ANS-press”-in verdiyi məlumata görə, binanın qarşısından hər gün keçən sakinlər bildirib ki, artıq iki həftədir bayrağımız bu vəziyyətdədir. “Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir”. “Dövlət bayrağı haqqında” qanunda belə deyilir. Əgər qanuna əsaslansaq, o zaman əslində Bakı şəhəri ərazisində bu kimi hadisələrin qarşısını almalı, yararsız hala düşən bayraqları dəyişdirməli olan Bakı ŞİH-in binası üzərindəki bayrağın belə vəziyyətdə olması həm də dövlət suverenliyimizə təhqirdir.
Xatırladaq ki, qanunda dövlət bayrağı və onun təsviri üçün konkret rəng və sxematik təsvirlər nəzərdə tutulur və bildirilir ki, bayraqlar meyarlara dəqiq uyğun gəlməlidir.
“Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları”na da nəzər salmaq yerində düşər. Sənədin 9.3-cü maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir”. Fakt isə bundan ibarətdir ki, qanunlara Bakı şəhəri ərazisində əməl olunmasına nəzarət edən Bakı ŞİH-in özü qanunları pozur, dövlət bayrağını təhqir edir.
Martın 31-i azərbaycanlıların soyqırımı günüdür. Çoxsaylı qətllərlə müşayiət olunmuş həmin gündə dünya mətbuatının və Azərbaycanla maraqlanan beynəlxalq ictimaiyyətin gözü Azərbaycanda, onun paytaxtında olacaq. Təsəvvür edin ki, bu gözlər Bakının “göz”ü sayılan mərkəzində nə görəcək. Bakı ŞİH-in binası üzərindəki cırılmış bayrağımı? Azərbaycanın uzun illərdən bəri aparılan haqq işini bütün dünyaya çatdırmaq istədiyimiz bir gündə bayrağımıza özümüzün elədiyimiz hörmətsizliyi görən əcnəbi nə düşünəcək? Bu suallara cavab axtarmağa dəyər. Amma sualların cavabını fikirləşə-fikirləşə həm də Bakı ŞİH-in damına çıxmaq və təhqir olunmuş bayrağı dəyişmək də yerinə düşər. Baxmayaraq ki, şəhər rəhbərliyi bunun üçün iki həftədən artıqdır gecikir.
Məsələ ilə bağı Bakı ŞİH İcra Aparatının mətbuat xidməti ilə əlaqə saxladıq. Telefon zəngimizə cavab verən xanım bildirdi ki, artıq bayraq dəyişdirilir: “Bu iş asan olmadığı üçün nə vaxt başa çatmasını deyə bilmərəm”.

Category: Siyasət | Views: 840 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 1
2012-07-01
1. Jitu [Giriş ]

I went to tons of links before this, what was I tinkhnig?

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024