Bakı Şəhər İcra Hakimiyyətinin üzərindəki bayraq cırılıb (FOTOSESSİYA) - 30 March 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2016-12-08, 11.54MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 30 » Bakı Şəhər İcra Hakimiyyətinin üzərindəki bayraq cırılıb (FOTOSESSİYA)
Bakı Şəhər İcra Hakimiyyətinin üzərindəki bayraq cırılıb (FOTOSESSİYA)
18.44
 
Bu, Azərbaycanın dövlət suverenliyinin rəmzinə təhqirdir.

Bakı Şəhər İcra Hakimiyyətinin binası üzərindən asılmış Azərbaycanın dövlət bayrağı cırılıb. Binanın qarşısından hər gün keçən sakinlərin sözlərinə görə, artıq iki həftədir ki, bayrağımız bu vəziyyətdədir. «Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir». «Dövlət bayrağı haqqında» Qanunda belə deyilir. Əgər Qanuna əsaslansaq, o zaman, əslində Bakı şəhəri ərazisində bu kimi hadisələrin qarşısını almalı, yararsız hala düşən bayraqların dəyişdirməli olan Bakı şəhər İcra Hakimiyyətinin binası üzərindəki bayrağın belə vəziyyətdə olması həm də dövlət suverenliyimizə təhqirdir.

Xatırladaq ki, adını çəkdiyimiz Qanunda dövlət bayrağı və onun təsviri üçün konkret rəng və sxematik təsvirlər nəzərdə tutulur və bildirilir ki, bayraqlar meyarlara dəqiq uyğun gəlməlidir.
«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Qanuna da nəzər salmaq yerində düşər. Qanunun 9.3. maddəsində deyilir: «Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir». Fakt isə bundan ibarətdir ki, qanunlara Bakı şəhəri ərazisində əməl olunmasına nəzarət edən Bakı şəhər İcra Hakimiyyətinin özü qanunları pozur, dövlət bayrağını təhqir edir.
Martın 31-i Azərbaycanlıların soyqırımı günüdür. Çoxsaylı qətllərlə müşaiyət olunmuş həmin gündə dünya mətbuatının və Azərbaycanla maraqlanan beynəlxalq ictimaiyyətin gözü Azərbaycanda, onun paytaxtında olacaq. Təsəvvür edin ki, bu göz Bakının «göz»ü sayılan mərkəzində nə görəcək… Bakı şəhər İcra Hakimiyyətinin üzərindəki cırılmış bayrağı? Azərbaycanın uzun illərdən bəri aparılan haqq işini bütün dünyaya çatdırmaq istədiyimiz bir gündə bayrağımıza özümüzün elədiyimiz hörmətsizliyi görən əcnəbi nə düşünəcək? Bu suallara cavab axtarmağa dəyər. Amma sualların cavabını fikirləşə-fikirləşə həm də Bakı şəhər İcra Hakimiyyətinin damına çıxmaq və təhqir olunmuş bayrağı dəyişmək də yerinə düşər.  Baxmayaraq ki, şəhər rəhbərliyi bunun üçün iki həftədən artıqdır ki, gecikir
./Redaktor/M.Xudaverdi

Category: Azərbaycan | Views: 500 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2008-10-03 Spam
1. COSHQUN (Soyuq_NEFES) ]

angry angry angry angry angry

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016