Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 14.52MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 25 » Bunları bilmək maraqlıdır
Bunları bilmək maraqlıdır
23.19
Gündəlik məişətdə istifadə etdiyimiz əşyaların ixtira tarixçəsi.

Cinsi kim kəşf edib?

Onun adı Levi Straus olub. Gənc vaxtlarından qızılaxtaranlara qoşulub. Özü ilə müəyyən qədər parusin ehtiyatı götürən Levi qızılçıxaranlar üçün çadır tikmək qərarına gəlir. Möhkəm və iri cibli fəhlə şalvarı isə daha uyğun biznesdir. 1860-cı ildə cinslərin tarixinə digər bir emiqrant, riqalı dərzi Cekob Devids müdaxilə edir. Kaliforniyalı qızılaxtaranın məsləhəti ilə o, cibin tikiş yerlərini pərçimləyir və bu təkliflə «Levi Straus və Ko»ya müraciət edir.

Saqqızı kim kəşf edib?
Qədim insan məskənlərində arxeoloji qazıntı aparan arxeoloqlar kiçik qatran parçaları tapırlar. Bu, ilk saqqızdır. Qədim Yunanıstan və Yaxın Şərqdə qatran ağacının məhsulu dişləri təmizləmək üçün istifadə olunurdu. 1000 il Mayya hinduları kauçuk ağacının şirəsindən bu məqsədlə istifadə ediblər. Saqqızın ilk istehsalı isə XIX əsrə təsadüf edir. Men ştatı sakinləri - Kurtis qardaşları şam qatranına arı mumu qataraq satırdılar. 1850-ci ildə isə saqqızın tərkibinə parafinli aramatizator qatılır və 4 çeşid «Amerika bayrağı», «200-cü qayanın küknarı», «Şam magistralı», «Yanki şamı» adlı saqqızların istehsalına başlanılır.
Kauçukun satışa çıxması ilə onların populyarlığı itir. Kauçukdan saqqız istehsal etmək üçün 1869-cu ildə ohayolu Uilyam Finli Sempl patent əldə etsə də, işləri uğurlu alınmadı. Həmin il kauçuk saqqızı işıq üzü gördü. Nyu-yorklu Tomas Adams istehsala başladı.

Kompüter siçanını kim ixtira edib?
Kompüter siçanını Stenford Tədqiqatlar İnstitutunun əməkdaşı Duqlas Karl Engelbart ixtira edib. İlk siçan taxta qutu bənzəyib və stol üzərində təkərlər ilə hərəkət edib. Sonra bu informasiya kompüterə daxil edilib və ekranda kursorun hərəkəti ilə idarə olunub. Qurğu quyruqlu siçana bənzəyirdi və laboratoriyada olan insanlar bu adı seçdilər. Engelbart ideya müəllifi və konsepsiyanı işləyib hazırlayan şəxsdir. Bill İnqliş adlı aspirant qurğunu hazırlayır. Sonradan onlara qoşulan Cef Rulifson siçanın konstruksiyasını yaxşılaşdırır və proqram təminatı ilə dəstəkləyir.

Cəngəli kim icad edib?
Bu suala heç kəs cavab tapa bilməz. İlk çəngəllər böyük və bir iti dişi olub. Sonralar ikidişli çəngəllər də ortaya çıxıb. Qədim romalılar çəngəldən qazandan və ya oddan ət parçalarını çıxarmaq üçün istifadə ediblər. Bu əşyaları hələ çəngəl adlandırmaq olmaz. Çünki patrisilər əti əllə yeyirdilər. Neapolitan Milli Muzeyində İtaliyanın cənubi qərbində yerləşən antik Pestum şəhərinin xarabalıqlarında bir qəbirdən tapılmış çəngəl saxlanılır. Onun 2500 yaşı var.

Qısqacı kim ixtira edib?
Çoxlu kağızları nizama salmaq ehtiyacı çoxdan yaranıb. XIX əsrin ortalarında bu prosesi asanlaşdırmaq üçün kağızları bir-birinə sancaqla bənd edirdilər. Bu isə kağızlardan istifadə edən adamın əlini yaralayırdı. Təhlükəsiz qısqac düzəltmək fikri üç insanın ağlına gəlir. Amma bununla belə, qısqacı ilk dəfə norveçli riyaziyyatçı Yohann Valer ixtira edib (1899).

Teleqraf aparatını kim ixtira edib?
İxtiraçı Semyuel Finli Briz Morze 1838-ci il yanvar ayının 6-sı Nyu-Cersi ştatı Morristaun şəhərində kütləyə maqnit teleqraf ixtirasını nümayiş etdirir. Morze əlifbası sonralar ümumdünya tərəfindən qəbul edildi.

Elektrik lampasını kim ixtira edib?
1878-ci ildə ingilis alimi Cozef şüşə daxilində kömürdən hazırlanmış, közərtmə iynəsi olan şüşə kolba ixtira edir. 1879-cu ildə isə amerikalı ixtiraçı Tomas Edison eyni zamanda elektrik lampası ixtira edir, 1880-ci ildə o, qiyməti 2,5 dollar olan təhlükəsiz lampalar istehsal etməyə başlayır.
Category: Ordan-burdan | Views: 784 | Added by: admin | Rating: 5.0/1
Total comments: 1
2008-05-21
1. Vusale (Vuska) [Giriş ]

biggrin

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024