Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2017-06-24, 09.12MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 25 » Azərbaycanda "Limuzin", "Cip" və "Pejo" istehsal ediləcək
Azərbaycanda "Limuzin", "Cip" və "Pejo" istehsal ediləcək
22.17
Azərbaycanda "Limuzin", "Cip" və "Pejo" istehsal ediləcək.

«Əgər sifarişlər çox olsa onda avtomobillərin kütləvi yığımına başlanıla bilər»

İlin sonuna qədər Şamaxıda dünyanın məşhur markalarından olan "Limuzin", "Cip" və "Pejolar" buraxılacaq. Artıq ilk limuzinlərin nümunəsi hazırdır. Bu barədə ANS TV-yə Şamaxı avtomobil zavodunun müdiri Oqtay Nəbiyev məlumat verib. O bildirib ki, yeni model yalnız sifarişlə yığılacaq: «Əgər sifarişlər çox olsa onda avtomobillərin kütləvi yığımına başlanıla bilər».

O.Nəbiyevin sözlərinə görə, istehsal zamanı ən yeni texnologiyalar tətbiq olunacaq: «Bu avtomobillərin üstünlükləri var. Danışan komputerlə təchiz olunur, sürücüyə hər zaman xəbərdarlıq edir və sair. Bizim yollara uyğundur. Zərbəyə davamlıdır».

Qeyd edək ki, Şamaxıda buraxılacaq limuzinlər 30 min manata satılacaq. Amma zavod rəhbərliyi bildirib ki, burada buraxılan avtomobillər xarici modellərlə müqayisədə xeyli ucuzdur: «Həm də əhalinin gəlirləri nəzərə alınaraq maşınlar faizsiz kreditlə satılacaq. Maşınlar 3, 5, 8 illik kreditlə veriləcək.

İndi müəssisədə gündə 15-ə qədər "Azsamand" markalı avtomobillər yığılır. Bu maşınların satış qiyməti 14-15 min dollardır. İlin sonuna qədər "Pejo" və "Cip" markalı avtomobillər də buraxılacaq. Bu maşınların qiyməti ehtiyat hissələrindən asılı olacaq. Gələcəkdə maşınların istehsal xərcləri də azaldılacaq. Çünki indi ehtiyat hissələrinin əksəriyyəti xaricdən gətirilir. Qarşıdakı 2-3 ildə isə avtomobillərin ehtiyat hissələri Azərbaycanda yığılacaq./ANS TV/

Category: Avto dünya | Views: 749 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2009-01-27 Spam
1. Refat (Refat) ]

ela xeberdi

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017