Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 16.49MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 22 » Yolu heç məhkəməyə düşməyən kənd
Yolu heç məhkəməyə düşməyən kənd
00.11
Konyanın Akörən rayonundakı Çatörən adlı bir kənd var. Bu kənddə nə bir spirtli içki içənə rast gəlmək mümkündür, nə də bir cinayətkara.

Kənddə polis məmuru da gözə dəymir. Bir sözlə, belə şeylər bu kəndə yaddır. Əski adı Əksilə olan 65 evdən ibarət bu kənddə 315 nəfər yaşayır. Çatörənin problemlərini, bir qayda olaraq, kəndin rəhbəri və ağsaqqallar həll edirlər. Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Oğurluq olmadığı üçün kəndlilər öz təsərrüfat vasitələrini çox rahat şəkildə tarlada saxlayırlar.
Çatörənin 35 yaşlı rəhbəri Mustafa Özatay belə bir kənddə işlədiyi üçün çox xoşbəxtdir. Ötən ilin dekabrında muxtar (kəndin rəhbəri) seçilən Özatay burada heç kimin bir-biri ilə küsülü olmadığını və bir nəfərin belə spirtli içkidən istifadə etdiyini görmədiyini deyir. Bir nəfər rəhmətə gedəndə bütün kənd sakinləri  öz şəxsi işlərini buraxıb, hüzr yerinə yığışırlar. Kəndin ən yaşlı sakini Əli Asil həmkəndlilərinin belə mehribançılığını, zərərli vərdişlərin dalınca qaçmamalarını onların hər birinin İslam dinini dərindən bilmələri ilə izah edir: “Kənddə hər kəs Qurani-Kərim oxumağı bilir”. Əli Asil daha sonra deyir: “90 yaşıma çatdım, kəndimizdən həbsxanaya düşən bir kimsəni görmədim”. Kəndin tarixini öyrənən araşdırmaçı jurnalist Hanəfi Aytəkin Çatörən kəndinin 900 illik tarixi olduğu qənaətindədir. Kənddə yaşayanların Qayı türklərinin  soyundan olduğunu bildirən Aytəkinin sözlərinə görə, Malazgirt savaşı nəticəsində 1071-ci ildə Anadolunun türklərin əlinə keçməsi ilə türk tayfalarının bu bölgəyə də axını başlanıb. Bundan başqa, yerli sakinlər kəndlərində dörd səhabə məzarının da yerləşdiyini söyləyirlər.

Category: Ordan-burdan | Views: 661 | Added by: ferid55 | Rating: 5.0/1
Total comments: 2
2008-03-23
2. Vugar Khalilov (MANAGER) [Giriş ]

Xancan KOVLAR eshitmemish olmazsan.
en super kend KovLardi. :)

2008-03-23
1. xancan (admin) [Giriş ]

Bundan başqa, yerli sakinlər kəndlərində dörd səhabə məzarının da yerləşdiyini söyləyirlər.
bu cumleden aydin olurda niye mele emeli salehler yaşayı orda..

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024