“BMT-nin yeni qətnaməsində Ermənistan ilk dəfə olaraq təcavüzkar adlandırılıb” - 20 March 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2016-12-02, 23.55MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 20 » “BMT-nin yeni qətnaməsində Ermənistan ilk dəfə olaraq təcavüzkar adlandırılıb”
“BMT-nin yeni qətnaməsində Ermənistan ilk dəfə olaraq təcavüzkar adlandırılıb”
00.37
Ermənistan BMT BA-da qəbul edilən qətnamədən şoka düşərək nə edəcəyini bilmir.

Ötən həftənin sonunda BMT Baş Assambleyası (BMT BA) “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməni qəbul edərək, Ermənistandan silahlı qüvvələrini ərazilərimizdən dərhal çıxarmasını tələb etdi. Bəs həmin qətnamənin qəbulu Azərbaycan üçün nə deməkdir və bu amil işğal altında olan torpaqlarımızın azad edilməsi prosesini sürətləndirə bilərmi?
Şübhəsiz ki, BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində qəbul edilən qətnamə Azərbaycan diplomatiyasının son illərdə əldə etdiyi ən böyük uğurlardan biridir. Belə ki, bu qətnamədə Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini dərhal azad etməsi, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və bunun üçün onlara lazımi şərait yaradılması tələb edilir. Bu isə Azərbaycan üçün çox önəmlidir. Belə ki, dünənə kimi bəzi dövlətlər Azərbaycanın beynəlxalq səviyyədə sərhədlərinin tanınması məsələsinə şübhə ilə yanaşırdılar. Məsələnin digər tərəfinə gəlincə, belə bir sənədin qəbul edilməsi problemin dinc vasitələrlə aradan qaldırılmayacağı təqdirdə, Azərbaycanın beynəlxalq hüquq normalarına istinad edərək istənilən vasitə ilə ərazi bütövlüyünü bərpa etməyə imkan verəcək. BMT BA-da qəbul edilən son qətnamənin ən böyük əhəmiyyəti də bundan ibarətdir.1993-cü ildə qəbul edilən 4 qətnamənin heç birində Ermənistanın adı birbaşa təcavüzkar dövlət kimi çəkilməyib. Həmin qətnamələrdə Azərbaycan torpaqlarının işğalı faktı təsdiqlənsə də, ümumi şəkildə ermənilərin ərazilərimizi azad etmələrinin vacibliyi qeyd edilib. Amma martın 14-də BMT Baş Assambleyasında qəbul edilən qətnamədə ilk dəfə Ermənistanın adı təcavüzkar dövlət kimi çəkilir və ondan işğal etdiyi torpaqlarımızı dərhal danışıqsız azad etməsi tələb edilir. Üstəlik, adıçəkilən sənəddə dünya dövlətlərinə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınan sərhədlərinin dəstəklənməsi, ərazi bütövlüyümüzə hörmət edilməsi, eyni zamanda təcavüzkara hər hansı səviyyədə yardım edilməməsi tövsiyə edilir. Ona görə də bu sənədin siyasi əhəmiyyəti olduqca yüksəkdir.Ermənistan bu yolla özünə ancaq zəif təsəlli verir. Düzdür, bu sənəd mahiyyət etibarı ilə tövsiyə xarakteri daşıyır. Ancaq sənəddə Ermənistanın adının təcavüzkar dövlət kimi çəkilməsi Yerevanın Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına olan bütün ümidlərinin boşa çıxması deməkdir. Bax, qəbul edilən son sənədin Ermənistana vurduğu ən ağır zərbə də bununla bağlıdır. Çünki Ermənistan BMT BA-da qəbul edilən qətnamədən şoka düşərək nə edəcəyini bilmir. Niyə Ermənistan ərazilərimizi işğal edəndə, 1 milyon insanı doğma yurd-yuvasından didərgin salanda, Xocalıda soyqırımı həyata keçirəndə bunu sabotaj və insanlıq adına ləkə adlandırmırdı? Axı bu gün bölgədə təcavüzkar siyasət yeridən və yalnız Azərbaycana qarşı deyil, bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən də Ermənistandır. Belə bir dövlətin danışıqların sabotaj edilməsindən danışmağa haqqı yoxdur. Onlar özləri də bilirlər ki, gec-tez özgə torpaqlarını işğal etməyə görə cavab verməli olacaqlar.Hindistanın qətnamənin əleyhinə səs verməsi Ermənistanı dəstəkləməsindən daha çox, ola bilsin ki, Azərbaycanla Pakistan arasında olan isti münasibətlərlə əlaqəlidir. Mənə elə gəlir ki gələcəkdə Azərbaycan Xarici İşlər Nazirliyi bu amili nəzərə alaraq, Hindistanın müvafiq qurumları ilə izahat işləri aparmalıdır. Qətnamənin əleyhinə səs verərək Ermənistanı dəstəkləyən və cəmi 3-5 min nəfər əhalisi olan cırtdan Vanautu dövlətinə gəlincə, zənnimcə, ondan heç danışmağa da dəyməz...Həmsədrlərin vasitəçilik missiyasından imtina edilməsi, zənnimcə, hazırkı mərhələdə düzgün olmazdı. Çünki ötən müddət ərzində həmsədrlər bununla bağlı müəyyən təcrübə əldə ediblər və bunun əsasında da danışıqların davam etdirilməsi daha məqsədəuyğun görünür. Yeri gəlmişkən, onu da deyim ki, həmsədrlərin vasitəçiliyindən imtina edilməsi Ermənistanın xeyrinə işləyən faktora çevrilə bilər. Onsuz da hələ qətnamə layihəsinin qəbul edilməsindən əvvəl də həmsədrlər və Ermənistan Azərbaycanın vasitəçilərin xidmətindən imtina etmək istədiyini iddia edirdilər. Ona görə də Azərbaycan rəsmi şəkildə dəfələrlə bəyan edib ki, ATƏT MQ-nin vasitəçilik missiyasından imtina etmək niyyətində deyil və danışıqların bu çərçivədə davam etdirilməsnə tərəfdardır.







Category: Azərbaycan | Views: 449 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 2
2008-03-23 Spam
2. xancan (admin) ]

mujdediki:)

2008-03-22 Spam
1. Vusal Tagiyev (cerberus) ]

bu ela xeber di

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016