Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 07.47MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 18 » Manana
Manana
02.59
Müğənni Manananın toyu- <font color=#ff0000>FOTOSESSİYA</font> Müğənni Manananın toyu
Yanvarın 8-də Bakının şadlıq saraylarından birində müğənni Manananın toy mərasimi keçirilib.APA-nın məlumatına görə, saat 18.00-a nəzərdə tutulmuş mərasim 20.15 radələrində başlayıb. Günün qəhrəmanları Manana və Georginin mərasimə iki saata yaxın gecikiblər.
Bəy və gəlin mərasimə xüsusi bəzədilmiş “BMW” markalı son model avtomobildə gəliblər. Sarayın qarşısında media mənsublarına açıqlama verən Manana həyat yoldaşını çox sevdiyini deyib: “Həyatım boyu bu qədər həyəcan keçirməmişəm. Çox sevincli gündür, xoşbəxtəm, ancaq bütün bunlarla yanaşı, həyəcan da var. Georgi ilə xoşbəxt olacağıma bütün qəlbimlə inanıram, çünki o, mənim həyatımın insanıdır”. Manananın həyat yoldaşı Georgi də xanımı ilə xoşbəxt olacaqlarına inandığını bildirib. İtaliyadan xüsusi olaraq sifariş edilmiş gəlinlik paltarında olan Manana həyat yoldaşı Georgi ilə birgə atəşfəşanlıq fonunda sarayın ikinci mərtəbəsinə qalxıb. Salonun birinci mərtəbəsində muğam triosunun ifasında Azərbaycanın xalq mahnıları, ikinci mərtəbədə isə Gürcüstandan gəlmiş musiqi qrupunun ifasında gürcü mahnıları səsləndirilib. Bəy və gəlin salona gürcü xalq havalarının sədaları altında daxil olublar. Onlar gürcü adət-ənənəsinə uyğun olaraq əvvəlcə bıçaq altından keçiblər. Toy mərasimini idarə edən şoumen Murad Dadaşov Manana və Georgidən üzüklərini dəyişməyi xahiş edib və bu zaman “Vağzalı” çalınmasını sifariş verib: “Gəlin bizim gəlindir. Onu biz ərə veririk, buna görə də qoy “Vağzalı” havası çalınsın”. Şampan mərasimindən sonra məclisin qəhrəmanları bəy və gəlin üçün hazırlanmış masaya əyləşiblər. Gecə saat 03:00 radələrinə qədər davam edən toy mərasiminə Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, millət vəkili Anar Məmmədxanlı, bəstəkarlar Vaqif Gərayzadə, Eldar Mansurov, Faiq Sücəddinov, modelyer Fəxriyyə Xələfova, sənətçilər Ağadadaş Ağayev, Faiq Ağayev, Aygün Kazımova, Namiq Qaraçuxurlu, Röya, Eyyub Yaqubov, İlqar Muradov, İzzət Bağırov, Tünzalə Ağayeva, Nisə Qasımova, Elza Seyidcahan, Abbas Bağırov, Elnur, Natəvan Həbibi və başqaları qatılıblar. Bundan başqa, toy mərasimində avstriyalı bəstəkar Albert Koller və Gürcüstandan gəlmiş qonaqlar da iştirak ediblər. Ümumilkdə toy mərasiminə 400-ə yaxın qonaq qatılıb. Mərasimdə qonaqlara üzərində Manananın şəkli olan “Manana və Georgi. Xoşbəxt olun” sözləri yazılmış şokolad, nişan və təqvimlər paylanılıb. Bəy və gəlinin gürcü havaları altında gözəl rəqslər etməsi də toy mərasiminin yaddaqalan məqamlarından biri olub. APA-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, toy mərasimi keçirilən salonun dekorasiyasına 25 min manata yaxın pul xərclənib. Qeyd edək ki, Manana və Georginin oğlan toyu yanvarın 26-da Gürcüstanda keçiriləcək. Bəylə gəlinin nikahı həmin toy mərasimində kəsiləcək. Toy mərasimindən sonra Manana və Georgi Avropa ölkələrinə bal ayı səyahətinə çıxacaqlar. Bəylə gəlinin bal ayı 12 gün davam edəcək.
 
Category: Məşhurlar | Views: 1084 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 3
2008-03-18

hahahaha kohnelib ki, bu xeber.bu xeberi atan kohne adamlardandir.men googleye fenerbahce atdim,bu sayt chixdi ona gore girdim gorum ne var,kohnelmish xebrelr var.manananin toyu 3-ay bundan qabaq olub eeeeeeeeeeeeeeeeeeeeee

2008-03-18
2. niyazi (Milan_yek) [Giriş ]

Sizin sayt ona gore qabaga getmirdeeeeeeeeeeee.kohnelmish xeberler atirsiz,siyaset atirsiz,shou bizness,idman xeberleri atsaniz bomba olar.cunki siyasete cavanlar abxmir ,iyrenir.men bu syata idmana gore girirem.sagolun ki, gunde idman xeberi atirsiz.menim ki, bu qeder.

2008-03-18
1. Pervin (Pervion) [Giriş ]

kohnelmsih xeberler atmayin,sultan gerek yayda tardin xeberi

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024