Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 05.38MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 16 » “6-7 RAYONU QISA ZAMANDA AZAD EDƏ BİLƏRİK”
“6-7 RAYONU QISA ZAMANDA AZAD EDƏ BİLƏRİK”
00.50


Azad İsazadə: “Lakin seçki ilində müharibə Azərbaycana əlverişli deyil”
Ələkbər Məmmədov: “Ordumuzun güclənməsi üçün islahatlara ehtiyac var”
ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzinin Azərbaycanın hərbi imkanlarını yüksək qiymətləndirməsi işğal altındakı torpaqlarımızın azadlığını arzulayan hər kəsdə, təbii ki, müsbət emosiya doğurur. Xüsusilə də nüfuzlu təşkilatın Azərbaycanın işğal altındakı ərazilərini müharibə yolu ilə geri qaytarmaq şansını artırdığını elan etməsi kifayət qədər ciddi məsələdir.
Düzdür, hesabatda Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsində maraqlı olan üçüncü qüvvə kimi Rusiyanın adı çəkilir. Bakı-Tiflis-Ceyhan layihəsinin reallaşmasından sonra Azərbaycanın hərbi büdcəni 175 milyon dollardan 1 milyard dollara kimi artırmağa imkan verməsi ölkəmizin üstünlüyü kimi qeyd olunur. Hesab edilir ki, bu reallıq Ermənistanı çaşqınlıq həddindən də ağır vəziyyətə salıb. Rəsmi İrəvan müdafiə xərclərini cəmi 20 faiz, yəni 125 milyon dollardan 150 milyon dollara kimi artıra bilib. Bəs əslində durum necədir, Azərbaycanın hərbi vəziyyəti torpaqlarını azad etməyə imkan verirmi?
Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, prinsipcə o bu rəylə razılaşır: “Ancaq bir məsələ sual altında qalır ki, biz nəyi qələbə sayırıq. Söhbət ondan gedir ki, bugünkü potensialımız və beynəlxalq vəziyyət bizə Xankəndini azad etməyə imkan verməyəcək. Yəni biz maksimum 6-7 rayonu qısa müddətdə azad etməyə nail ola bilərik. Kəlbəcər və Laçın da böyük sual altındadır. Amma bir sıra rayonları çox sakitcə, qısamüddətli hərbi əməliyyatlar yolu ilə azad etmək mümkündür və get-gedə bu şans çoxala da bilər”.
Bəzi ekspertlərə görə, Rusiya Türkiyənin hərbi əməliyyatlara qarışmasına bəhanə verməməkdən ötrü Ermənistana birbaşa hərbi yardım göstərməkdən çəkinəcək. A.İsazadə də bu qənaəti bölüşür. Ancaq hesab edir ki, Rusiya ordusu heç zaman məsələyə birbaşa müdaxilə etməyəcək: “Söhbət hansısa qeyri-rəsmi yardımdan gedəcək. Moskva bu məsələdə 90-cı illərin əvvəllərində oynadığı rolu oynayacaq”.
Hərbi ekspert Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə ermənilərin güclü hava hücumundan müdafiə sistemi ilə təchiz olunduğu barədə məlumatların reallığına şübhə etmir: “Bu ərazilərdəki hava hücumundan müdafiə qurğuları Rusiyanın hava hücumundan müdafiə sisteminin tərkib hissəsinə daxildir. Sözsüz ki, hava qüvvələrindən istifadə etmək Azərbaycan üçün bir müddət çətin olacaq. Amma yaddan çıxarmayaq ki, təkcə təyyarələrlə döyüşü udmaq mümkün deyil. Deməli, quruda da əməliyyat keçirmək lazım gələcək. Lokal əməliyyatlar da həyata keçirilməlidir”.
A.İsazadə hesab edir ki, prezident seçkiləri ilində müharibəni başlamaq Azərbaycanın özü üçün problemli məsələdir: “İndi hərbi əməliyyatları başlamaq Azərbaycan üçün əlverişli deyil. Cəbhə xəttində baş verən son hadisələr göstərdi ki, beynəlxalq təşkilatlar bu məsələ ilə çox ciddi maraqlandı və ortaya düşüb döyüşlərin davam etməsinə imkan vermədilər. Deməli, daha irimiqyaslı əməliyyatlara daha ciddi reaksiya olacaq”.
Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov isə müsbət cəhətlərlə yanaşı, mənfilikləri də deməyin tərəfdarıdır: “Ötən illərlə müqayisədə hazırda Azərbaycan ordusunda müəyyən irəliləyiş var, ordu pərakəndə yox, vahid komandanlıq altında fəaliyyət göstərir. Amma problemlər də var ki, onlar ordunun güclənməsinə maneçilik törədir. Məsələn, korrupsiya, rüşvət, yeyinti halları və insan haqlarının pozulması ölüm halları, fərarilik kimi hallara gətirib çıxarır və ordunun inkişafına mane olur”.
Ə.Məmmədova görə, bu vəziyyətdə hərbi xərclərin artırılması təqdirəlayiqdir, amma vəsait tam aidiyyəti üzrə xərclənmir: “Ordumuzun güclənməsi üçün ilk növbədə islahatlar aparılmalıdır. Bu islahatlar Qərb standartlarına uyğun hüquqi bazanın yaradılmasından başlanmalıdır”.
Bəs indiki vəziyyətdə Ermənistana qalib gəlmək doğrudanmı Azərbaycan üçün çətindir? Ə.Məmmədov: “Kimin qalib gələcəyini zaman göstərəcək. Unutmamalıyıq ki, bu illərdə Ermənistan da müəyyən formada müdafiə məsələsini qura bilib və Rusiyadan da hərtərəfli dəstək alıb”.
“Stratfor” mərkəzinin belə bir ümidverici açıqlama yaymasının səbəbinə gəldikdə hərbi ekspert bunu məqsədli saydı: “Bu təşkilat beynəlxalq səviyyədə Azərbaycanla əməkdaşlığına bəraət qazandırmaq istəyir. Yəni nümayiş etdirməyə çalışır ki, Azərbaycanla əməkdaşlıq hədər getməyib”.
Xəbər xidməti.                                  16.03.2008

Category: Siyasət | Views: 694 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 2
2008-03-17
2. Vugar Khalilov (MANAGER) [Giriş ]

President sechkileri qutarsin yaxshi olacaq. sonra dagidacix ermenistani.

2008-03-17
1. Xudaverdi (psiko_turanci) [Giriş ]

Mence rüşvet yox olmalıdır ondan sonra biz torpaqları azad ede bileriy.

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024