Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 11.51MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 14 » ERMƏNİSTANDA DAHA BİR DEPUTAT HƏBS EDİLİB .
ERMƏNİSTANDA DAHA BİR DEPUTAT HƏBS EDİLİB .
17.19

Robert Köçəryan KİV-ə qoyulmuş qadağaları yumşaldır, həbslər isə davam edir.Ermənistanın xüsusi xidmət orqanları Levon Ter-Petrosyanı dəstəkləyən daha bir deputatı həbs ediblər. Rəsmi məlumatlara görə, bir neçə gündür axtarışda olan və toxunulmazlıq statusundan məhrum edilən Sasun Mikaelyan İrəvanın yaxınlığındakı Abovyan şəhərində həbs edilib. Onu hakimiyyəti zorla ələ keçirməyə cəhddə və iğtişaşlar təşkil etməkdə günahlandırırlar. Mikaelyan Ermənistanın ən varlı adamlarından biri sayılır. O, prezident seçkilərindən sonra hakim Respublika Partiyasının sıralarını tərk edərək Ter-Petrosyana dəstək vermişdi.
Bundan əvvəl isə deputatlardan “Yerkrapa” könüllülər birliyi idarə heyətinin sədr müavini Myasnik Malxasyan və Akop Akopyan həbs edilib. Bir deputat isə hazırda axtarışdadır.
Beynəlxalq ictimaiyyətin göstərdiyi təzyiqlərə baxmayaraq, Ermənistan hakimiyyəti müxalifət fəallarının həbsinə və təqiblərə ara vermir. Bir gün əvvəl xüsusi xidmət orqanlarının əməkdaşları Ter-Petrosyanın başçılıq etdiyi Erməni Ümummilli Hərəkatının ofisində axtarış aparıblar. İki saat davam edən axtarışdan sonra kompüterlər və bəzi sənədlər götürülüb. Bundan əvvəl isə hərəkatın idarə heyətinin rəhbəri Ararat Zurabyan həbs edilmişdi. Ter-Petrosyan martın 11-də keçirdiyi mətbuat konfransında bildirib ki, onun başçılıq etdiyi hərəkatın üzvlərinin 70 faizdən çoxu həbs edilib. Baş prokurorluq isə 1000-ə yaxın adamın saxlanıldığını, onlardan 90-a yaxınının həbs edildiyini bildirir.
Prezident Robert Köçəryan isə dünən fövqəladə vəziyyətin tətbiqi ilə əlaqədar olaraq KİV-ə qarşı tətbiq edilmiş qadağaları yumşaldan fərman verib. Bu fərmana görə, KİV-lər artıq ölkədə baş verənlər haqda təkcə rəsmi mənbələrin məlumatları ilə kifayətlənməyəcəklər, lakin bu zaman mətbuat ölkədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edən çağırışlardan və məlumatlardan imtina etməlidir. Ermənistanın müstəqil və müxalifətyönlü KİV-ləri isə beynəlxalq ictimaiyyətə ünvanladıqları müraciətlərində göstərirlər ki, hakimiyyətin tətbiq etdiyi qadağalar ölkədə söz və mətbuat azadlıqlarının məhvinə yönəlib. Bəyanatda deyildiyinə görə, müstəqil KİV-lər tətbiq edilmiş qadağalar nəticəsində ya nəşrini dayandırmalı olur, ya da ciddi maliyyə itkiləri ilə üzvləşir. Eyni zamanda bu qadağalar Ermənistanınn informasiya blokadasında qalmasına səbəb olur.
KİV-lərə tətbiq edilmiş qadağalara baxmayaraq müxalifət fəalları ölkədə baş verənlər, o cümlədən martın 1-dən 2-nə keçən gecə baş vermiş toqquşmalar haqda xəbərləri ölkəyə, habelə beynəlxalq ictimaiyyətə yaya bilirlər. “You Yube” portalında bu toqquşmalar zamanı polisin və əsgərlərin qəddarlığını əks etdirən çoxsaylı videokadrlar yerləşdirilib. Ermənistan hakimiyyəti internetə senzura tətbiq etsə də, bunların qarşısını ala bilmir. Baş prokurorluq iddia edir ki, həmin kadrlar montajdır və Ermənistan hakimiyyəti həmin kadrları araşdırmaq üçün BMT-dən yardım xahiş edir.
Dünən isə ATƏT-in Vyanadakı daimi ofisində Ermənistanda baş verənlər haqda dinləmələr keçirilib. ATƏT sədrinin şəxsi nümayəndəsi kimi İrəvanda üç gün ərzində hakimiyyət və müxalifətlə danışıqlar aparmış Heyge Talvitiye dinləmələr zamanı bildirib ki, situasiya mürəkkəb olaraq qalır, hakimiyyət müxalifət fəalları arasında həbsləri davam etdirir və narahatlıq var ki, bu zaman təkcə konkret cinayətlərə görə günahı olanlar deyil, günahsız olanlar da həbs edilir. Talvitiyenin təqdim etdiyi məruzədə deyildiyinə görə, Ermənistanda yaranmış indiki vəziyyətdən çıxış yolu fövqəladə vəziyyət rejiminin ləğvi və müxalifətlə siyasi dialoqun başlanmasıdır.
14.03.2008

Category: Siyasət | Views: 662 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 3
2008-03-15
3. fler (Freak) [Giriş ]

Ecceb olub... ))

2008-03-14
2. Pervin (Pervion) [Giriş ]

amin leman xanim

2008-03-14
1. leman (leman) [Giriş ]

gun o gun olsun butun ermenistan hebs olunsun tongue

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024