Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 00.15MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 13 » NAMİQ ABDULLAYEV AVROPA ÇEMPİONATINA APARILMAYACAQ .
NAMİQ ABDULLAYEV AVROPA ÇEMPİONATINA APARILMAYACAQ .
12.57

Qitə birinciliyində mübarizə aparacaq Azərbaycan güləşçiləri müəyyənləşib .Azərbaycanın ən titullu güləşçisi, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qalibi Namiq Abdullayev aprelin 1-də Finlandiyanın Tampere şəhərində start götürəcək Avropa çempionatına aparılmayacaq. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycanın sərbəst güləş yığmasının baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib.
Baş məşqçinin sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qitə birinciliyində 55 kq çəki dərəcəsində Abil İbrahimov çıxış edəcək. O, yanvarda keçirilən ölkə çempionatının yekunlarına əsasən belə qərara gəldiklərini açıqlayıb: “Biz ilk dəfə təşkilatçılıq, maliyyə təminatı, mübarizə baxımından yüksək səviyyəli çempionat keçirdik. Nəticədə 55 kq çəkidə Abil İbrahimov ölkə çempionu adını qazandı. Mən bir baş məşqçi kimi Azərbaycan çempionu titulunu qiymətləndirməyə bilmərəm. Ona görə də Avropa çempionatına İbrahimovu aparmaq qərarına gəlmişəm”.
Qeyd edək ki, ölkəmiz qitə birinciliyində yunan-Roma və sərbəst güləş yarışlarında tam, qadın güləşində isə 7 mümkün çəkidən 6-da təmsil olunacaq. Sərbəst güləş yığmamızın tərkibində əsas güləşçilər qismində Abil İbrahimov (55 kq), Allahverdi Vəliyev (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq) yer alacaq. Yunan-Roma güləşində ölkəmizin şərəfini Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Hüsaməddin Rəcəbov (66 kq), İlqar Abdulov (74 kq), Elvin Mürsəliyev (84 kq), Denis Mişin (96 kq), Anton Botev (120 kq) qoruyacaq.
Qadın güləşində isə Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) mübarizə aparacaq. Altı gün davam edəcək qitə birinciliyi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.                             13.03.2008

Category: Yeni Xəbərlər | Views: 835 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 3
2008-05-25
3. xancan (admin) [Giriş ]

yaxşi yadımdadı

2008-03-13
2. Senan_Mammadow (Sago) [Giriş ]

Vaxti kecib eee

2008-03-13
1. leman (leman) [Giriş ]

men de aparmazdim onu... bir defe sidney de qazandi, vse onunla da bitdi, hara gedir uduzur, biabir eleyib ozunu... ele curne adin var idi avropa cempionu, batirid butun... nese

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024