Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 17.25MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 13 » POLİS KAPİTANI ÖZ AİLƏSİNİ GÜLLƏLƏDİ .
POLİS KAPİTANI ÖZ AİLƏSİNİ GÜLLƏLƏDİ .
12.51

Salyanda dəhşətli qətl hadisəsi
Rafət Cəfərov arvadını və baldızını öldürüb, qaynını isə ağır yaralayıb
.Dünən günorta saatlarında Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. Salyan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Cəfərov rayon mərkəzindəki evində tabel silahı ilə həyat yoldaşı Könül Akif qızı Həbibovanı, qaynı Qalib Akif oğlu Həbibovu və baldızı Afaq Akif qızı Həbibovanı güllələyib. Afaq Həbibova hadisə yerində dünyasını dəyişib. Könül Həbibova Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də saat 17:00 radələrində o da dünyasını dəyişib. R.Cəfərovun qaynı Qalib Həbibov isə dərhal paytaxta gətirilib.
O, boynundan yaralanıb və vəziyyətinin orta-ağır olduğu deyilir. Prokurorluqdan bildirilib ki, R.Cəfərov hadisəni törətdikdən sonra polisə könüllü təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan Rayon Prokurorluğunda CM-nin 120.2.7-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon sakinlərinin APA-ya verdiyi məlumata görə isə həyat yoldaşı R.Cəfərovdan ayrılmaq fikrində olub, uşaqlarını da götürüb evi tərk etmək istəyirmiş. Xatırladaq ki, R.Cəfərov Qarabağ müharibəsində iştirak edib və kontuziya alıb.
Dünən Salyandakı mənbələrimizdən aldığımız başqa bir məlumata görə, hadisə ilə bağlı Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin xüsusilə ağır cinayət işləri üzrə müstəntiqi, ədliyyə müşaviri Kamal Talıbov rayona ezam olunub. O, işin xüsusatları ilə tanış olur. Rafət Cəfərov isə hazırda Salyan RPŞ-də saxlanılır. Rayonun hüquq-mühafizə orqanlarındakı mötəbər mənbəmizdən aldığımız bilgiyə görə, R.Cəfərov RPŞ-də silah-sursat anbarına məsul olub və bütün rayonda, o cümlədən iş yoldaşları arasında nüfuz sahibi olan tərbiyəli adam və nümunəvi zabit kimi tanınıb. Onun indiyə qədər heç kəslə münaqişəsinin olmadığı da deyilir. Mövzuya qayıdacağıq.                        13.03.2008

Category: Yeni Xəbərlər | Views: 636 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 2
2008-03-13
2. Senan_Mammadow (Sago) [Giriş ]

. leman belkede narkamandi..

2008-03-13
1. leman (leman) [Giriş ]

bunu ancag narkoman ede biler

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024