Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 21.50MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 11 » Dünyanın en mohtesəm səhərləri
Dünyanın en mohtesəm səhərləri
00.30
Dünyanın ən möhtəşəm şəhərləri

İngiltərənin “The İndependent” qəzeti dünyanın ən möhtəşəm şəhərlərinin siyahısını açıqlayıb.


Siyahıya 61 xalla İngiltərənin paytaxtı London başçılıq edir. İlk beşliyi müvafiq olaraq Nyu York (ABŞ), Paris
null (Fransa), Tokio (Yaponiya) və Çikaqo (ABŞ) tamamlayır. İstanbul isə 25 xalla 25-ci yerdə qərarlaşıb. Türkiyənin yeganə təmsilçisini Sidney (Avstraliya) və Kopenhagen (Danimarka) kimi inkişaf etmiş şəhərlər izləyir. Körfəz ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərini siyahıda iki şəhər - Əbu-Dabi və Dubay təmsil edir. Qonşu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da sıralamada yer alan metropolislərdəndir. Siyahıda inkişaf etmiş şəhərlərdən Pekin (Çin) 16-cı, Moskva (Rusiya) 17-ci, Şanxay (Çin) 22-ci, Dehli (Hindistan) 29-cu, Qahirə (Misir) 35-ci, Laqos (Nigeriya) 54-cü, Əddis-Əbəbə (Efiopiya) 60-cı yerdə qərarlaşıb. Siyahıya əsasən Nyu York Şimali Amerikanın, Paris Avropanın, Tokio Asiyanın, Yohannesburq (Cənubi Afrika Respublikası) Afrikanın, Mexiko (Meksika) Latın Amerikasının, Sidney Cənub yarımkürəsinin, Dubay isə Yaxın Şərqin baş şəhəri seçilib.
Hesabatla bağlı verilən açıqlamaya görə, siyahı aylarla davam edən araşdırmalara əsasən müəyyənləşdirilib. Burada əhalinin sayı, yaşayış tərzi və səviyyəsi, şəhərin inkişaf tempi, təmizliyi, arxitekturası ilə bağlı 14 kriteriya nəzərə alınıb. Şəhərlərin sıralamasının müəyyənləşdirilməsində bu sahə üzrə ixtisaslaşmış təşkilatların xidmətindən, minlərlə kitabdan və internet materiallarından istifadə olunub. Araşdırmalar zamanı həftəlik beynəlxalq uçuşların sayı, şəhərdəki metro şəbəkəsinin uzunluğu, simfonik orkestrlərin sayı, “Google”da şəhərin adı ilə bağlı neçə elektron səhifənin olması, milli restoranların sayı, şəhərdə olimpiya oyunlarının neçə dəfə keçirilməsi və s. nəzərə alınıb. Siyahıda Kəraçi (Pakistan), Tehran (İran), Cakarta (İndenoziya) kimi metropolislərin yer almamasına səbəb kimi isə bu şəhərlərin turizm mərkəzi kimi turistləri cəlb etməməsi göstərilib.


Category: Ordan-burdan | Views: 664 | Added by: Sago | Rating: 0.0/0
Total comments: 2
2008-03-12
2. Senan_Mammadow (Sago) [Giriş ]

gunka yox o dunyanin milyoncu seherleri idi..

2008-03-12
1. gunka (Gunel) [Giriş ]

bu xeberi bir defe atmishdizeeeeeeeeeeeeeeee smile smile smile

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024