"Martın 4-de düşmən Tərtərdə 50-dən çox əsgər itirib" - 11 March 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2016-12-02, 23.56MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 11 » "Martın 4-de düşmən Tərtərdə 50-dən çox əsgər itirib"
"Martın 4-de düşmən Tərtərdə 50-dən çox əsgər itirib"
02.18

ANS Şirkətlər Qrupunun prezidenti, savaş reportyoru Vahid Mustafayev isti kabinetlərdə oturub cəbhə barədə yazanlara məlumatları səngərlərdən götürməyi tövsiyə edir

Martın 4-də cəbhə xəttinin Tərtər hissəsində atəşkəs Ermənistan ordusu tərəfindən pozuldu və Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu məsələ ölkə KİV, xüsusilə də qəzetlər tərəfindən lazım olan səviyyədə işıqlandırılmadı. Bəzi qəzetlərdə bu barədə bir kəlmə belə yox idi, bəzi qəzetlər isə növbətçi bir yazı ilə keçinmişdilər. Bəziləri isə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına inanmamağı təbliğ etməyə başladılar. ANS Şirkətlər Qurupunun prezidenti qonağı olduğu «Hesabat Mir Şahin»lə verilişində bu məsələ ilə bağlı düşüncələrini bölüşüb.

- Hər şeydən əvvəl, biz özümüz üçün müəyyənləşdirməliyik ki, nə baş verib. Ermənistandakı bütün qalmaqallardan, seçkilərdən sonra bu qaniçən rejim - Robert Koçaryan rejimi içəridə - dövlətin içində vəziyyəti düzəltmək üçün xaricdən hansısa bir düşmən axtarışı fikrinə düşdü. Burada ən tez nəyə əl atmaq olar, ən yaxın nədir? Qarabağ məsələsi… Oradakı öz hissələrinə əmr verdilər ki, Azərbaycanın hərbi hissələrinə qarşı hücum etsinlər. Sözsüz ki, bilirdilər ki, onlara qarşı atəş açılacaq. İstəyirdilər ki, bunu Azərbaycan tərəfinin hücumu kimi qələmə versinlər və Ermənistanın daxilində öz xalqlarına belə bir məlumat çatdırsınlar ki, «görürsünüz, burada müxalifət qeyri-stabil vəziyyət yaradır, bundan yararlanan Azərbaycan tərəfi isə Qarabağda hücuma keçib».

Sözsüz ki, hər şeydən əvvəl bu, çox qədim bir texnologiyadır. Robert Koçaryanın savadının az olduğu çox siyasətçilərə məlumdur. Bu texnologiyadan uzun ömür sürən digər diktatorlar da istifadə ediblər. Lakin burada bu alınmadı. Niyə? Hücumun qarşısı alındı, Azərbaycanın şanlı ordusu çox yüksək peşəkarlıqla onların qarşısını aldı. Böyük bir zərbə endirdi onlara. Bizdə bir artilleriya zərbəsi haqda məlumat var. Bunun nəticəsində erməni tərəfi çox böyük itkilər verib. Məndə olan məlumata görə, bundan sonra böyük bir qalmaqal başlayıb.

- Dediklərinizdən belə çıxır ki, həmin günlərdə Azərbaycan əsgəri özunu ləyaqətli, kifayət qədər professional apardı. Kütləvi informasiya vasitələri necə, onların davranışı sizi qane elədimi?

- Azərbaycan kütləvi informasiya vasitələrinin və onların bəzi rəhbərlərinin, mən deyərdim çoxunun, həmçinin bizim əlaqəli dövlət qurumlarında işləyən mətbuat mərkəzlərinin rəhbərləri kimi müharibənin nə demək olduğundan demək olar ki, xəbərləri yoxdur. Onlar sadəcə olaraq, müharibədə olmayıblar, güllə görməyiblər, yaralanmayıblar. Ona görə də belə olan vəziyyətdə nə etmək, necə fəaliyyət göstərmək barədə heç bir məlumatları yoxdur. Nəticədə onlar səhvlər buraxmağa başladılar. Məsələn, qəzetlər gileylənməyə başladılar ki, niyə Müdafiə Nazirliyi bizə məlumat vermir. Müdafiə Nazirliyi sizə niyə məlumat verməlidir axı?.. Bu, Mədəniyyət Nazirliyidir, yoxsa şou-biznesdir?.. Gedin şou-biznesdən nə qədər istəyirsiniz məlumat tələb edin. Müdafiə Nazirliyinin əsas məqsədi düşmənə qarşı vuruşmaq, onun başını əzməkdir. Məlumat vermək onların borcu deyil, məlumat almaq jurnalistin birbaşa borcudur. Müxbirlərimiz səngərlərdən çıxmır, biz məlumatı birbaşa səngərdən götürürük. Həmişə belə olub. ANS-in yarandığı birinci gündən Əfqanıstandan tutmuş Balkanlara qədər özümüz getmişik. Bütün məlumatları səngərlərdən götürüb, gətirib xalqımıza vermişik.

- Sonuncu dəfə siz Livanda reportyor kimi işləyirdiniz, ANS-in həm radiosunu, həm də televiziyasını xəbərlərlə təchiz edirdiniz. Orada da məlumat almaqla bağlı belə problem var idi?

- Bəli… Orada akkreditə keçmək lazım idi. Dövlət tərəfindən heç kimə heç bir məlumat verilmirdi. Müdafiə Nazirliyinə heç cür müraciət etmək mümkün deyildi. Ona görə mən Daxili İşlər Nazirliyininin rəhbərliyi ilə, şəxsən nazirin özü ilə görüşdüm, ondan müsahibə aldım. Onun vasitəsi ilə hansısa cəbhə zonalarına düşdüm və səngərin içindən məlumat götürdüm. İnsanlarla görüşdüm, müsahibələr götürdüm və məlumat toplamağa imkanım oldu. Bu gün biz çox maraqlı vəziyyətlə tanış oluruq. İnsanlar isti kabinetlərində oturublar ki, kimsə onlara bir boşqabın içində isti məlumat gətirsin. Belə heç vaxt olmayıb, heç vaxt da olmayacaq…

- Azərbaycan KİV-nin heç də hamısı bu vəziyyətə hazır olmadı. Kimlərin ki, bu müharibədən xəbəri var idi, onlar bu məsələni birinci səhifəyə çıxardılar. «525-ci qəzet»i, «Yeni Müsavat» qəzetini, «Şərq» qəzetini misal çəkmək olar. Bu xəbər bütün xəbərlərdən qabarıq verilmişdi. Biz indi müharibə şəraitində yaşayırıq, Azərbaycanda Sizdən çox müharibə görmüş ikinci bir reportyor tanımırıq. Ola bilər kimlərsə var, ancaq indi onlar üzdə deyillər. Nə məsləhətlər, nə tövsiyyələr vermək olar? Yeni başlayan jurnalistlərdir bu adamların çoxu… Özlərini necə aparmalıdır bu adamlar?

- Onlar özlərini hər bir halda olduğu kimi məlumat toplayan insan kimi aparmalıdırlar. Hər hansı bir hadisə baş verirsə, hadisə yerinə getmək lazımdır. Özlərinə zəhmət verib, hadisə yerinə getməlidirlər. Oradan özlərinin gözləri ilə gördükləri məlumatı verməlidirlər. Bəzi müxbirlər deyə bilərlər ki, "bəs bizə getməyə icazə vermirlər…" Bizə də icazə vermirlər getməyə. Amma biz gedirik, getməyə imkanımız olana qədərə kimi, məlumatları toplayırıq. Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi eyni zamanda siyasi təşkilatlardır. Ona görə də onların verdiyi hər bir məlumat min dəfə ölçülüb-biçilməlidir. Biz özümüz məlumat toplayan zaman onlardan da müəyyən məlumatlar gələcək və sözsüz biz onları da verəcəyik. Amma adını çəkdiyim nazirliklərin hansısa məmurcuğu öz səlahiyyətlərini yaxşı yerinə yetirmirsə və hansısa bir məlumatı vaxtlı-vaxtında müxbirlər düşərgəsinə çatdırmırsa, bu, o demək deyil ki, həmin o məmurcuğa görə, qəzetlər Vətənə qarşı, dövlətə qarşı məqalələr yazmağa başlamalıdırlar. Bir qəzetdə oxuyuram, müəllif deyir ki, «bizim tərəf düşmənin 12 əsgərinin rəhmətə getdiyini deyir, nəsə bu mənə şübhəli gəlir». Vətənpərvər insan axı belə şey yaza bilməz… Mən sözün düzü, bilmirəm Müdafiə Nazirliyi həmin 12 nəfər adam xəbərini hardan götürüb, amma mənim məlumatıma görə, düşmən tərəfindən onlarla əsgər, ən azı 50-dən çox adam ölüb. Orada ən böyük savaş artilleriya savaşı olub. Özü də birtərəfli artilleriya savaşı olub. Ermənilərin hücumundan sonra onlara layiqincə cavab verilib. Bir saata yaxın artilleriya savaşı olub. Mən bilirəm, artilleriya savaşı nədir, mən onun altında dəfələrlə olmuşam… Artilleriya atəşinin altında sağ qalmaq çox çətindir. Ona görə də mən bilirəm ki, orada düşmən tərəfdən çoxlu sayda insan həlak olub. Yaxşı, belə şeyi başa düşməyən adamlar yazır, bəs onun redaktoru hara baxır? Əgər redaktorun da başı çıxmırsa, hər hansı bir məsləhətçi dəvət etmək lazımdır. Amma ağıza gələn şeyləri yazmaq olmaz, biz yaddan çıxarmamalıyıq ki, müharibə şəraitində yaşayırıq. Mahnı oxuyanlara baxmayın, biz müharibə şəraitində yaşayırıq və sülh yoxdur. Atəşkəs və sülh fərqli şeylərdir. Müharibədə olmayan adamlar gedib müharibə nədir oxusunlar və ya bilmədikləri şeylər barədə heç nə yazmasınlar.

- Bu gün martın 9-dur və ANS-in rəsmən qeydiyyatdan keçməsindən 16 il keçir…

- Bu münasibətlə istəyirəm bir də vurğulayam ki, bizim ANS-in bütün əməkdaşları bütün xalqımız kimi erməni düşmənlərinə, aqressiya nəticəsində torpaqlarımızı müvvəqqəti olaraq ələ keçirmiş insanlara qarşı vuruşmağa hər an hazırdır. Biz Baş Komandanın əmrini gözləyirik ki, öz canımızla, qanımızla düşmənin dişlərini qarnına tökək, məsələni bir dəfəyə həll edək. Bütün rəhmətə gedən şəhidlərin, o cümlədən sonuncu dəfə rəhmətə getmiş 4 qəhrəman oğlumuzun ruhu şad olsun. Qoy onların ailələri fəxr etsin ki, onların belə oğulları var. Ailələri fəxr etməlidir ki, belə oğulları var. Biz şəhidlər basdırmışıq, biz bilirik, bu nə deməkdir. Allah hamısına rəhmət eləsin!

Category: Siyasət | Views: 355 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 1
2008-03-11 Spam
1. Senan_Mammadow (Sago) ]

hele bu nedi.......

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016