Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 03.18MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 10 » RAİSANI XATIRLADAN SVETA (Rusiyanın yeni birinci xanımı)
RAİSANI XATIRLADAN SVETA (Rusiyanın yeni birinci xanımı)
10.46
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Rusiya yeni prezidentini seçdi. Qarşıdakı dörd ildə dünyanın ən iri ölkəsinə 43 yaşı payızda, sentyabrın 14-də tamamlanacaq Dmitri Medvedyev rəhbərlik edəcək. Yeni prezidentlə bahəm dünyanın gündəminə Rusiyanın yeni birinci xanımı da daxil olur. Kimdir o?

Mayın 7-də prezident andı içəcək Dmitri Medvedyevin həyat yoldaşı Svetlana Medvedyeva əri ilə yaşıddır. Leninqrad vilayətində hərbiçi ailəsində doğulan Svetlana Linnik gələcək həyat yoldaşıyla bir məktəbdə paralel siniflərdə oxuyub. Yeni prezidentin ibtidai sinif müəlliməsi Vera Smirnova «Komsomolskaya pravda» qəzetinə açıqlamasında xatırlayıb ki, Dima ilə Svetanın isti münasibətləri məktəb skamyasından hiss olunmağa başlayıb. Onlar çox vaxt tənəffüsdə dəhlizdə əl-ələ tutub gəzirmişlər. Müəllimənin dediyinə görə, məktəbin ən gözəl qızlarından olan Svetlanaya gözü düşən çox olsa da, o, Dimanı seçib.

1982-ci ildə sevgililərin yolu müvəqqəti ayrılıb. Dima Leninqrad Dövlət Universitetinə, Sveta Maliyyə-İqtisadiyyat İnstitutuna daxil olub. Onlar bir də 1989-cu ildə bir araya gəliblər və ailə qurublar. Ailənin ilk və hələlik yeganə övladını isə 7 il gözləmək lazım gəlib. İndi artıq prezident oğlu olan İlya Medvedyevin 12 yaşı var.

İnstitutu mühasib ixtisası üzrə bitirən Svetlana peşəsində çox da çalışmayıb. Əri Leninqrad Şəhər Deputatları Sovetində çalışan zaman Sveta ictimai fəaliyyətlə məşğul olub. İndi də bu fəaliyyətə üstünlük verən S.Medvedyeva son zamanlar «Rusiya yeniyetmələrinin mənəvi dəyərləri» kompleks proqramına rəhbərlik edir. O, Sankt-Peterburqda əqli cəhətdən zəif uşaqların təhsil aldığı 1 saylı internat evini də himayəyə götürüb.

Rusiya KİV-inin yazdığına görə, Svetlana məşhur kuturye Valentin Yudaşkinin biçdiyi paltarların vurğunudur. Siyasi icmalçılar belə düşünür ki, yeni birinci xanım sələfləri Naina Yeltsin və Lüdmila Putindən fərqli olaraq diqqət mərkəzində olmağı sevir və bu baxımdan daha çox SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovanı xatırladır.

Medvedyeva Kremlə bank hesabındakı 380 rubl pulla, 1999-cu il buraxılışlı «Volkswagen Golf» avtomobili ilə yiyələnir - təbii ki, əri Medvedyevlə birgə.

 
 


Category: Siyasət | Views: 869 | Added by: patriotka | Rating: 5.0/1
Total comments: 1
2020-05-12
1. Treyu Ler (balekej186) [Giriş ]

Ən yaxşı və ən tam rus birinci xanımı, zərif, südlü, xeyirxah, busty, ölkəsinə həsr olunmuş və ana südünün donorudur

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024