Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-27, 22.02MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » “İSA QƏMBƏR ŞƏRİKSİZ MÜXALİFƏT LİDERİDİR”
“İSA QƏMBƏR ŞƏRİKSİZ MÜXALİFƏT LİDERİDİR”
22.43

“İSA QƏMBƏR ŞƏRİKSİZ MÜXALİFƏT LİDERİDİR”
İbrahim İbrahimli: “Ona görə də digər iddialı şəxslər ona güzəştə getməlidir”

Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bir neçə gün öncə mətbuata verdiyi açıqlamasında bildirib ki, partiyanın prezidentliyə namizədi İsa Qəmbər görsə ki, hansısa başqa namizədin dəstəklənməsi Azərbaycanın demokratiya istiqamətində irəli getməsinə, ciddi siyasi dəyişikliklərin baş verməsinə səbəb ola bilər, bu istiqamətdə müzakirə aparmaq və qərar qəbul etmək mümkündür. Sülhəddin bəyin bu açıqlamasından sonra həm sıravi müsavatçılar arasında “deyəsən İsa Qəmbər seçkilərdə kiməsə güzəştə gedə bilər” rəyi yaranıb, həm də başqanın opponentləri bu məsələyə dair müxtəlif şərhlər verməyə başlayıblar.
Hətta bəzi qəzetlər bunu “İsa Qəmbərin geri çəkilməsi” kimi də dəyərləndiriblər.
Ümumiyyətlə, Müsavat rəhbərliyində partiyanın namizədinin digər bir namizədi dəstəkləməsi müzakirə oluna bilərmi? Belə bir qərar mümkündürmü?
Mövzu ətrafında söhbət etdiyimiz Müsavat başqanının müavini İbrahim İbrahimli bildirdi ki, İsa Qəmbər indiyədək iştirak etdiyi seçkilərdə qələbə çalıb: “O, 2003-cü il prezident seçkilərinin qalibi olub. Lakin bəlli səbəblərdən bu qələbəni rəsmiləşdirmək mümkün olmayıb və faktiki olaraq onun səsləri oğurlanıb. Eynilə 2005-ci ilin parlament seçkilərində qələbə çalsa da, səsləri saxtalaşdırılıb. Parlament seçkilərində, ümumiyyətlə, müxalifət qalib gəlmişdi, amma qələbəmiz zor yolu ilə əlimizdən alınıb. Söhbət prezident seçkilərindən gedirsə, İsa bəy böyük üstünlüklə ötən seçkilərin qalibi olub. Bunu həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm bilir. Hesab edirəm ki, bir neçə dəfə sınaqdan çıxmış, iştirak etdiyi seçkiləri udmuş namizədin növbəti seçkilərdə başqa namizədlə əvəz olunması düzgün olmazdı”.
İbrahim bəy söylədi ki, bu gün reytinq baxımından istənilən iddialı şəxs İsa Qəmbərlə müqayisədə qat-qat zəifdir və daha az şanslara malikdir: “İsa bəy yenə də ən yüksək reytinqli lider statusunu saxlayır. Buna görə də əgər ümummilli maraqlar naminə vahid namizəd məsələsi ortaya çıxarsa, digər namizədlər İsa Qəmbərə güzəştə getməlidirlər. Əgər ümummilli maraqlardan söhbət gedirsə, hər kəs ilk növbədə reallıqları nəzərə almalıdır. Kimsə sabah ortaya çıxacaq, onun reytinqi İsa Qəmbərdən üstün olacaq-olmayacaq, bunu söyləmək, proqnozlaşdırmaq mümkün deyil. Ona görə də mövcud reallıqlara uyğun hərəkət etmək lazımdır. Digər tərəfdən, mən inanmıram ki, proseslərə təsir etmək, vəziyyəti dəyişmək, Azərbaycanda demokratiyanı irəli aparmaq baxımından kimsə İsa bəydən daha uğurlu namizəd ola bilər. Bu yalnız nəzəri baxımdan subyektiv fikirlərdir. Şəxsən mən o qənaətdəyəm ki, İsa bəyin reytinqi onun Azərbaycanda şəriksiz müxalifət lideri olmasını söyləməyə tam əsas verir. Ona görə də ”daha uğurlu namizəd ortaya çıxarsa, Müsavatın namizədinin ona güzəştə getməsi" məsələsini müzakirəyə çıxarmağı düzgün saymıram. Düşünürəm ki, partiya rəhbərliyindəki şəxslər də bu fikirdə olmalıdır".
Sevdimali_Pervin
Views: 637 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 1
2008-02-25
1. Sevdimali_Pervin (Pervion) [Giriş ]

akiv olmayin

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024