Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 15.59MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » Tibb, Kosmetika və Sağlamlıq...
Tibb, Kosmetika və Sağlamlıq...
22.10

Tibb

KOSMETİKA VƏ SAĞLAMLIQ

Müasir dövrümüzdə insanın həyatında bəlkə də lazım olandan daha çox iştirak edən kosmetikanın bəzi yan təsirlərini xatırlamaq çox güman ki faydalı olar.

Dezodorantlar, parfumeriyalar, nəmləndiricilər, dodaq boyaları, pudralar, göz boyaları, şampunlar, təraş lasyonları, saç boyaları, kremlər, üz cizgilərini örtən dərmanlar, qırışıqlığa qarşı preparatlar və zövqə görə çox müxtəlif markalardakı kosmetik məhsullar, gözəlləşmək və özünü daha gümrah hiss etmək üçün geniş həcmdə istifadə edilməkdədir. Bunların isə, əsas ehtiyac maddələri ilə müqayisədə daha yüksək bir maddi dəyəri vardır. Bir çox əsas ehtiyac maddəsi üçün pul çatdırmağa çalışan insanların bir çoxu xərclərinin böyük hissəsini kosmetikaya ayırırlar.

Mövzu ilə əlaqəli cavablandırılmalı olan əsas sual: "Kosmetikaların sağlamlıq baxımından dəyəri nədir?" sualıdır. Əgər bu suala, "kosmetikaların sağlamlıq baxımından heç bir təhlükəsi yoxdur" şəklində cavab verilə bilsəydi, bu mövzu ilə maraqlanan hər kəs rahat olardı. Lakin, kosmetikanın insan sağlamlığı üçün zərərli olduğu şübhəsizdir.


Kosmetikanın sağlamlığımıza vurduğu zərərləri xatırlatdıqda, aşağıdakı etirazları eşitmək olar:

- Niyə zərərli olsun? Bunlar elə sağlamlıq və gözəllik üçün istehsal edilirlər.

- Kosmetika istehsal edən firmalar məhsullarının təhlükəsiz olduğunu bilməsələr satmazlar.
- Bu məhsulların sağlamlığımıza uyğun olub olmadığına dövlət mütləq nəzarət edir.

- Həm də zərərli olsa idilər indiyə kimi  eşidərdik.

Halbuki, 2002-ci ilin sentyabrında nəşr olunan bir xəbər bu mövzuda diqqətəlayiqdir. Xəbər belədir:

Gözəlliyin dəyəri ağırdır: ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında, 800-dən çox zərərli kimyəvi maddə olduğu məlum oldu. Kosmetikalarda istifadə edilən 2 min 983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində, bunların 884-nün toksik (zəhərli) olduğu müəyyən edildi. Bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə, 146-sı şiş xəstəliklərinə, 218-i çoxalma pozulmasına, 314-ü mutasiyaya və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur. Eyni zamanda, kosmetika məhsullarının sidik kisəsis və qan xərçəngi kimi xəstəliklərə səbəb ola biləcəyi, saç boyası istifadə edən qadınların bu xəstəliklərə tutulma ehtimalının, istifadə etməyənlərə nisbətlə 70% daha çox olduğu qeyd edilmişdir. Başqa tərəfdən parfumeriyaların içində olan kimyəvi maddələrin, sinir sistemi pozulmasına, doğum qüsurlarına, nəfəs darlığına və allergiya reaksiyalarına yol aça bildiyi müəyyən edilmişdir.

Hər qadının ildə orta hesabla 2 kg kosmetika istifadə etdiyi Amerikada, Konqresin apardığı araşdırmalardada təxminən eyni nəticələr hasil olmuşdur. Kosmetikaların istifadə edildiyi bədən bölgələrində meydana gətirdiyi infeksiyalar da unudulmamalıdır.
Kosmetikaların sağlamlığa zərərli olmasına - qəsdən olmasa da - göz yumulduğunu, bir az da icazə verildiğini demək olar. Çünki, nə istehsalçı, nə də istehlakçı kosmetikaların üzərində sağlamlıq nöqteyi nəzərindən qida maddələrindəki qədər dayanmır.

Kosmetikalarda istifadə edilən bəzi
zərərli və zəhərli maddələr

Adi bir əl kremində nə qədər çox kimyəvi maddə olduğunu xatırlayaq: Su, stearik asid, sorbitol, qliserin, C-12-15 alkil benzolat, sodium borat TEA, alkol, dimetikon, aloe vera, phenoksi etanol, propilen qlikol, quins ekstrakt, tokoferil asetat, potasium sorbat, EDTA, alantoin, metil paraben, propil paraben, butil paraben, mentol.

Kosmetik maddələrdən saç spreyləri, ətir və pudralar nəfəs yolu ilə; pomada və sprey tərzində istifadə edilən bəzi parfumeriyalar udularaq; göz üçün satılan məhsullar, o bölgədəki incə dəri və mukoza tərəfindən əmilərək; saç boyaları, kremlər və oxşar cild məhsulları da dəridən vücuda daxil olmaqdadır.

Yuxarıda da qeyd edildiyi kimi, kosmetikaların istehsalında xərçəng əmələ gətirici və allergiya xüsusiyyətləri olan yüzlərlə maddə istifadə edilməkdədir. Hər kimyəvi maddənin bir və ya daha çox yan təsirinin ola biləcəyi unudulmamalıdır.


Kosmetikanın xərçənglə əlaqəsi

1970-ci illərdən bəri gözəllik və kosmetika mütəxəssislərində, qan və limfa sistemlərində miyelom, immunitet xərçəngi və qan xərçəngi kimi xərçəng növlərində artış olduğu müşahidə edilmişdir. Xərçəng əmələ gətirici kosmetikalar arasında saç  boyalarının xüsusi bir yeri var. Saç dərisinə çox yaxın hissələrə və saç diblərinə tətbiq edilən boyalardakı maddələr dəri tərəfindən əmilərək qana, oradan da vücudun hər yerinə yayıla bilirlər. Heyvanlar üzərindəki çalışmalarda saç boyalarının xərçəngə səbəb olduğu aşkar edilmişdir. Tünd rəngli saç boyalarının açıq rəngli olanlara nisbətlə daha təhlükəli olduğu irəli sürülmüşdür.

İldə 1-4 dəfə saçını boyayan qadınlarda, yumurtalıq xərçəngi ehtimalı heç boyamayan qadınlara nisbətlə 70% daha çoxdur. Hər il 5 dəfə və daha çox saçını boyayan qadınlarda isə, bu ehtimal 100% olur. Bəzi araşdırmalara görə, saç boyası istifadə etmə ilə limfa xərçənginə (non-hodgkins lymphoma) tutulma arasında əlaqə olduğu (50% daha çox ehtimal) ortaya çıxarılmışdır. Cənubi Kaliforniya Universitetindəki tədqiqatçılar, 2001-ci ildə müntəzəm şəkildə saç boyası istifadə etmə ilə sidik kisəsi xərçəngi arasında bir əlaqənin olduğunu da müəyyən etmişlər. Eyni tədqiqatçılar 10 il və daha çox gözəllik salonunda çalışan insanlarda saç boyasına məruz qalmayanlara nəzərən sidik kisəsi xərçənginə tutulma ehtimalının 5 dəfə daha çox olduğunu da bildirmişlər.
Kosmetika və parfumeriyalarda çox istifadə edilən keton və ksilen ehtiva edən maddələr də xərçəngə meyillilik oyandıran maddələrdir.


Kosmetika
infeksiya

Üz kremləri və göz ətrafına sürülən kosmetikaların mikrob əmələ gətirdiyi bilinir. Bir araşdırmada, yuxarıdakı növdə 150 kosmetika nümunəsinin 63-75%-ində orta və yüksək dərəcədə bakteriyaların varlığı müəyyən edilmişdir. Bu kosmetikalar gözün xarici hissələrindəki infeksiyaların əsas səbəbidir.

Dezodorantlarda istifadə edilən xloral hidratın vücuddakı yararlı bakteriyaların ölməsinə səbəb olduğu və bu bölgələrin infeksiyalara  qarşı müqavimət gücünü qırdığı da həkimlər tərəfindən təsdiqlənmişdir.


Kosmetika və allergiya

Allergiyaya səbəb olan kosmetik maddələrin təxminən 30%-i, bədən qidalandırıcı məhsulların və təmizlik maddələrinin payına düşür. Bu məhsullar arasında (əsasən bədənlə təmas yoluyla xəstəlik əmələ gətirən məhsullar) parfumeriyalar, saç boyaları, masqaralar, ağac şirəsi məhsulları, alfa hidroksi alkol tərkibli tonik və sıxlaşdırıcılar, bəzi təmizləyicilər, cildin soyulmasına səbəb olan üzü qidalandıran məhsullar və  günəş kremləri sayıla bilər. Parfumeriyalarda bitki və heyvan mənşəli olmaqla üzvi-qeyri üzvi 4.000-dən çox maddə istifadə edilir. Bəzi ətir saçan maddələr allerjik dəri xəstəliklərinə, nəfəs darlığı və öskürəyə, astmalı xəstələrdə nəfəs yolu tıxanmasına səbəb olur. Xüsüsilə də bu sektorda işləyənlərdə bu qəbildən şikayətlərə tez-tez rast gəlmək olar. Doza, zəhərlənmələrdə önəmli olmasa da, allergiyada önəmli deyil, çox kiçik bir doza belə böyük reaksiyalara səbəb ola bilər. Allergiya, bəzən kosmetika məhsulunun ilkin istifadəsində deyil,  bir neçə dəfə istifadə olunduqdan sonra meydana gələ bilər. Əlamətləri; qaşınma, qızarma, şiş və daha sonrakı mərhələlərdə yaraların meydana gəlməsidir.

Göz kosmetikalarındakı maddələrin vəya bunların tətbiqi zamanı yaranan travmanın səbəb olduğu kornea mədə yaraları, gözdəki qurumalar və göz yaralanmaları da mühüm problemlərdir.

Tər qoxularına qarşı krem, stik və sprey formasında istifadə edilən dezodorantların da ehtiva etdikləri formaldehit, sulfokarbonat, petroluktum, benzoik asit və kostik soda kimi zəhərli maddələr səbəbiylə dərinin qıcıqlanmasına və yanmalara səbəb olur.

Dezodorantlarda istifadə edilən xloral hidrat, tər toxumalarını tutaraq təbiiliyin pozulmasına yol açır, təbii yağların ifrazına mane olur, nəticədə isə sızanaq və qara nöqtələrin (komedon) meydana gəlməsinə səbəb olur.

Kirpiklərin həcmini artıran tuşların bəzilərində mövcud olan timerozal adlı maddə də qıcıqlandırıcı xüsusiyyətə malikdir. Xüsusilə yağ əsaslı tuşların təmizlənməsi üçün yağı həll edə bilən təmizləyicilərə ehtiyac olur ki, bunların da allergiyaya səbəb olma və ya qıcaıqlandırma dərəcələri daha yüksəkdir.


Kosmetikalar
və digər məhzurlar

Kosmetikaların; xərçəng, allergiya, qıcıqlanma və infeksiyalara qarşı bədənin müqavimətini qırmaqla yanaşı, ümumi sağlamlıq üçün də təhlükələri var. Daha ucuz və geniş istifadə edilməsini təmin etmək üçün parfumeriyaların 95%-i sintetik üsulla neftdən əldə edilir ki, bunlar benzen, aldehidlər və bu kimi başqa zəhərli maddələrdir. Məsələn, parfumeriyalarda istifadə edilən benzolinin, sıçanların limfa düyümlərinin genişlənməsinə, dalaqlarının böyüməsinə və qaraciyərlərinin zərər görməsinə səbəb olduğu göstərilmiştir.

Parfumeriya yalnızca istifadə edənlər üçün yox, yaxınlıqdakı miqren xəstələri üçün də mənfi təsirə malikdir. Parfumeriya və odekolon qoxuları miqren xəstələrinin beynində elektrik fəaliyyətinin dəyişməsinə yol açaraq miqren ağrılarının başlamasına səbəb ola bilər. Parfumeriyalarda istifadə edilən ətir maddələrinin insanların həssasiyyətinə görə meydana gətirdiyi mənfi təsirləri belə sıralamaq olar: Göz yaşarması və ya quruması, cüt görmə, asqırma, burun tutulması, qulaq cingiltisi, qulaq ağrısı, baş gicəllənməsi, öskürük, nəfəs darlığı, udqunmada çətinlik, astma krizi, baş ağrıları, narahatlıq, qısa müddətli hafizə itkisi, diqqət dağınıqlığı, ürək bulanması, həyəcan, tez əsəbiləşmə, oynaq və əzələ ağrıları, ürək döyüntüsündə anormallıq, yüksək təyziq, limfa toxumalarında şişlik.

Dezodorantlarda mövcud olan zəhərlərdən oksikunalin sulfat mərkəzi sinir sisteminə zərər verən bir maddədir. Dezodorantlar cildə toz qonmasına və cildin tez kirlənməsinə səbəb olur.

Digər tərəfdən, parfumeriya xammaddələrinin 80%-dən çoxunun zərərli olub olmadığı yoxlanılmadığı üçün bu və bənzəri qəbildən maddələrin insan sağlamlığına nə kimi zərərləri olduğunu hələ də tam olaraq bilmirik.


Kosmetikanın zərərlərinə qarşı tədbirlər

Avropa Birliyi ölkələri, vətəndəşlarının sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə, birliyin hüququnda, AB daxilində istehsal edilən və ya yayılan məhsullar üçün ümümi bir təhlükəsizlik şərti mənimsəmişdir. Kosmetik məhsullarda istifadə edilən, xüsusile rəngləndiricilər, qoruyucu maddələr və ya ultra bənövşəyi (UV) filtrlər kimi maddələr çox ciddi nəzarətə alınmışdır. Kosmetik məhsullarda istifadə edilməsi qadağan olunan 400 maddənin siyahısı müntəzəm olaraq nəşr edilir. Məcburi və təfsilatlı etiketləmək şərtinə əsasən istehlakçıya lazımi məlumat verilməsi tələb olunur. Məsələn, saç boyalarının xərçəng əmələ gətirici və allerjik təsirlərinə qarşı onların alternativləri, xına və ya metal piqment boyalardan istifadə olunur.

Son illərdə tibbi kosmetika mənasına gələn kozmosetiklər hazırlanır. Bunların tərkibində nələr olduğu, dərmanlarda olduğu kimi bir-bir göstərilir. Bu məhsullar həkimlər tərəfindən tövsiyyə edildiyi üçün nisbətən seçilə blər.

Amerikadakı FDA kimi quruluşlar kosmetikaları incələyir və tərkibində nə olduğunu, istifadə ediləcəyi təqdirdə nə ola biləcəyini ictimaiyyətə bildirirlər. İnkişaf etməkdə olan ölkələrdə bu cür quruluşların əksikliyi gözə çarpır. Çox insan küçələrdən, bazarlardan və ya hər hansı bir marketdən içind nə olduğunu bilmədən və zərərli olub olmadığı haqqında da heç bir məlumatı olmadan bu məhsulları  almaqdadır. Bu cür məhsulların hər yerdə satılması və hər kəsin alması yuxarıda qismən bəhs edilən təhlükələri də meydana gətirir.


Nəticə
Kosmetikalar, həyatımızda lazımından daha çox yer tutmaqdadır. Lazımsız kosmetika istifadə etmək həm də israfdır. Kosmetika məhsullarında yüzlərlə zərərli maddə var. Vərdiş edilməsi və müntəzəm istifadə edilməsi nəticəsində sağlamlıq üçün təhlükələr artmaqdadır. Tərkibində nə olduğu bilinməyən, standartlardan aşağı məhsulların istifadə edilməsi bu zərərlərı daha da artırmaqdadır. Cild gözəlliyi üçün istifadə edilən məhsulların çoxu, içində cildə düşmən maddələr olduğuna görə təbii cild gözəlliyinin daha gənc yaşlarda itirilməsinə, yəni əks məqsədə səbəb olur və bununla yanaşı istifadəçini kosmetika bağlısına çevirir.

Bu məlumatların işığında kosmetik məhsullar, lazım olmadıqca istifadə olunmamalı, istifadə etmə ehtiyacı həkim və ya mütəxəssis məsləhətinə əsaslanmalıdır. Əgər mütləq istifadə ediləcəksə, ən azından müəyyən nəzarət standartlarına uyğun olanlardan və çox az miqdarlarda istifadə edilməlidir. Bu cür məhsullar ən qısa vaxtda yuyularaq bədəndən uzaqlaşdırılmalıdır.


Ədəbiyyat

1- http:/www.alkalzeforhealth.net/ toxic Cosmetics Ingredient List toxiccosmetics.html

2- http://abcnews.go.com

3- Contact Dermatitis-Cosmetics. http://www.telemedicine.org/contact/cosmetic.htm
4- http://www.ozgurvebilge.com/

Category: Tibb-Təbabət/Münəccim | Views: 1242 | Added by: admin | Rating: 0.0/0
Total comments: 2
2008-09-09
2. lale (sabriella) [Giriş ]

gozellik qurban teleb eliyir

2008-05-12
1. Vusale (Vuska) [Giriş ]

yaxwi melumatlar idi day sacimi renglemekden qorxdum ey cry

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024