Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 23.29MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLAB OLA BİLƏR
ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLAB OLA BİLƏR
15.50

 



Ermənistanda seçkisonrası situasiya getdikcə gərginləşir. Xəbər verildiyi kimi, eks-prezident Levon Ter-Petrosyanın tərəfdarları fevralın 19-da keçirilən seçkilərin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxıb və İrəvanın mərkəzi Azadlıq meydanında fevralın 21-dən fasiləsiz oturaq mitinqlərə başlayıb. Meydanda 20-dən çox çadır qurulub və həmin gecə 2-3 min müxalifət tərəfdarı gecəni meydanda keçirib. Ter-Petrosyan isə tez-tez meydana gələrək tərəfdarlarını ruhlandırıb.
Ter-Petrosyan mitinqdə elan etmişdi ki, “Yerkrapa” müharibə veteranları birliyinin sədri, Ermənistan müdafiə nazirinin müavini general-leytenant Manvel Qriqoryan və müdafiə nazirinin daha bir müavini general-leytenant Qagik Melkonyan ona dəstək verir: “Generallar xalqın yanında durur və xalqın etimadını qazanmış namizədi dəstəkləyəcəklər”. Bir neçə saat sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu bəyanatı təkzib edib. Lakin adları çəkilən generalların özləri məsələ ilə bağlı susublar. Qriqoryan Ermənistan ordusunun ən böyük qruplaşmalarından olan yaxşı təchiz edilmiş Eçmiədzin korpusunun komandanıdır və onun Ter-Petrosyanın tərəfinə keçməsi situasiyanı kökündən dəyişə bilərdi. Lakin ötən gün müdafiə naziri Mikael Arutyunyan və müavinləri adından yayılan bəyanatda deyilirdi ki, ordu rəhbərliyi siyasətə qarışmır və Serj Sərkisyanı qələbə münasibətilə təbrik edir. Bəyanatda deyilirdi ki, Ter-Petrosyanın silahlı qüvvələri siyasətə qatmaq və bəzi generalların adından istifadə etmək cəhdləri yolverilməzdir.
Generalların Ter-Petrosyanın tərəfində olub-olmadığı qeyri-müəyyən qalsa da, dünən baş prokurorun müavinlərindən biri Qaqik Cangiryan eks-prezidentin tərəfinə keçib. Özü də bunu nümayişkarənə şəkildə edib. Azadlıq meydanına gələn Canqiryan müxalifət tərəfdarları qarşısında çıxış edərək deyib ki, seçkilər kobud qanun pozuntuları şəraitində keçib: “Ermənistandakı heç bir seçkilərdə bu miqyasda saxtakarlıq, bülletenlərin qutulara doldurulması, müşahidəçilərin döyülməsi baş verməyib. Mən sizi öz səslərinizi sonadək müdafiə etməyə çağırıram” deyə o bildirib. Cangiryan deyib ki, seçkilərdə Ter-Petrosyan açıq fərqlə qalib gəlib və bu qələbəni təmin etmək lazımdır: “Mən hələ ki, prokuroram. Bu ölkədə qanunun aliliyini bərpa etməyin vaxtı çatıb. Bütün məsuliyyətimlə deyirəm ki, ölkədə öz xalqına əl qaldırmağa hazır olan heç bir general, prokuror, güc strukturunun rəhbəri yoxdur. Ona görə də siz təzyiqlər qarşısında sınmayın və qorxub geri çəkilməyin”.
Cangiryanın bəyanatından dərhal sonra baş prokuror Aqvan Ovsepyan prezident Robert Köçəryan qarşısında vəsatət qaldıraraq Q.Cangiryanın prokurorluq sistemindən qovulmasını xahiş edib. Baş prokuror vəsatətdə müavininin prokurorluq haqda qanunu pozaraq siyasətlə məşğul olduğunu vurğulayıb. 53 yaşlı Q.Cangiryan 1991-97-ci illərdə Ermənistanın Ədliyyə Nazirliyində şöbə rəisi və nazir müavini vəzifələrində çalışıb. 1997-2006-cı illərdə Ermənistanın hərbi prokuroru olub. Baş prokurorun müavini vəzifəsinə 2006-cı ilin yanvarında təyin edilib. Axşam saatlarında məlum olub ki, Canqiryan artıq vəzifədən azad edilib.
Daha sonra mitinqə Ermənistanın Yunanıstandakı keçmiş səfiri Arman Navasardyan gəlib. O, Ter-Petrosyanın seçkilərdə qalib gəldiyini deyib və aksiya iştirakçılarnı “xalqın seçdiyi prezidenti” əlləri üstündə prezident iqamətgahına aparmağa çağırıb. Azadlıq meydanında çıxış edib Ter-Petrosyana dəstək verənlər arasında keçmiş xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Ovanesyan da olub. Onun meydana gəlişini alqışlayan mitinq iştirakçıları müxalifəti birləşməyə çağırıb. Məlumatlara görə, meydanda səyyar mətbəx, elektrik generatorları quraşdırılıb, tonqallar qalanıb. Gündüz saatlarında aksiya iştirakçılarının sayının 25-30 minə yaxın olduğu bildirilirdi. Bir gün əvvəl Ter-Petrosyan tələbələri tətil edərək mitinqə qatılmağa çağırmışdı. Dünən tələbələr onun çağırışı ilə meydana getməyə cəhd göstəriblər. 200-ə yaxın tələbə İrəvanın mərkəzində yürüş keçirməyə cəhd göstərib. Müxtəlif ali məktəblərdən axışıb İrəvan Dövlət Universitetinin qarşısına toplaşan tələbələr Şimal prospektilə yürüş edərkən polisin müqavimətilə rastlaşıb. Bununla belə, “Tətil, qoşulun!” şüarı səsləndirən tələbələr müxalifətin fasiləsiz aksiya keçirdiyi Azadlıq meydanına yön ala biliblər. Digər tələbə qruplarının meydana getməsini isə polis əngəlləyib.
Axşama doğru Ter-Petrosyanın tərəfdarları MSK-nın, Baş Prokurorluğun və hökumət binasının qarşısına doğru dinc yürüş ediblər. Ayrı-ayrı qruplar halında yürüş edən müxalifətçilər tələblərini sözügedən hökumət binalarının qarşısında səsləndiriblər. Daha sonra onlar meydana geri dönüblər. Ter-Tetrosyan isə bu vaxt meydanda olub. Prezident iqamətgahının, MSK-nın və Baş Prokurorluğun binası xüsusi təyinatlı polis və daxili qoşun bölmələrinin güclü mühafizəsi altında idi. Polis mitinq təşkilatçılarına aksiyanın qanunsuz olması haqda rəsmi xəbərdarlıq göndərib, lakin bu xəbərdarlıq qəbul edilməyib. Seçkilərin qalibi elan edilmiş Sərkisyan isə deyib ki, əgər mitinq şəhərdə asayişin pozulmasına səbəb olsa və əhalinin rahatlığı üçün təhlükə yaransa, polis müdaxilə edəcək. Lakin aksiya dinc xarakter daşıyarsa, davam edə bilər. Sərkisyan seçkilərdə yol verilən pozuntuların da ciddi araşdırılacağını deyib, bir neçə məntəqədə səslərin yenidən saylmasından sonra üzə çıxıb ki, Sərkisyana yüzlərlə səs artıq yazılıb. Həmin seçki məntəqələrindən birinin sədri həbs edilib.
Saat 19 radələrində yayılan məlumatlarda isə deyilirdi ki, Sərkisyan da öz tərəfdarlarını küçələrə çıxarır. Polisdəki mənbələrdən “Armenia Tuday” agentliyinə verilən məlumata görə, Sərkisyanın minlərlə tərəfdarı İrəvana toplaşmağa başlayıb. Onlara baş nazirin qələbəsini müdafiə etmək tapşırılıb. Polis rəsmiləri deyiblər ki, Sərkisyanın tərəfdarları ilə müxalifət tərəfdarları arasında toqquşma təhlükəsi var və müvafiq strukturlar bu təhlükənin qarşısını almağa çalışır. Günün sonunda yayılan digər mühüm məlumatda isə deyilirdi ki, hakim Respublika Partiyasından olan və ya hakimiyyəti dəstəkləyən 7 deputat Ter-Petrosyanın tərəfinə keçdiklərini elan ediblər. Bunlar müdafiə nazirinin keçmiş müavini, majoritar sistem üzrə deputat seçilən və hakim Respublika Partiyasının dəstəklədiyi general Seyran Saroyan, Respublika Partiyasından deputatlar Qrant Qriqoryan, Armen Mxitaryan, Manvel Kazaryan, hakimiyyətdə təmsil olunan “Firəvan Ermənistan” Partiyasından deputatlar Qrant Qriqoryan və Tiqran Stepanyan, bitərəf, lakin hakimiyyətə yaxın deputat, sahibkar Rüstəm Qasparyandır. Ter-Petrosyanın tərəfinə keçən deputatların əksəriyyəti kifayət qədər zəngin adamlar sayılır, onların iri həcmdə kapitalı var. General Saroyan isə ötən ilin mayında keçirilən parlament seçkiləri zamanı istefa verib və seçkilərə qatılıb, lakin onun orduda nüfuzu qalır. Başqa məlumata görə isə, Sərkisyanın qudası, hakimiyyətdə təmsil olunan Daşnaksutyun Partiyasından prezidentliyə namizəd, seçkilərdə 7 faiz səslə 4-cü yeri tutan Vaan Ovanesyan parlamentin vitse-spikeri postundan istefa verib. Lakin onun qərarının motivləri bilinmir.
Belə görünür ki, hadisələrin bu cür gedişi Ermənistanda məxməri inqilabla nəticələnə bilər.
Sevdimali_Pervin.
Views: 689 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 2
2008-02-23
2. Pervin (Pervion) [Giriş ]

xancano men ebele bilmirdim,sen dedin ele a xeber.mende atdim ele geldi.aktiv olmayin.

2008-02-23
1. Xancan (can) [Giriş ]

bax bele davam et pervion
nece etdinki herifler duz alinir uje

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024