Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2017-05-28, 08.54MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 19 » “Telefonunu göstər, Kim olduğunu deyim!”
“Telefonunu göstər, Kim olduğunu deyim!”
20.19
“Telefonunu göstər, Kim olduğunu deyim!”

Əlbəttə ki, müxtəlif insanlar müxtəlif telefonlardan istifadə edirlər, hətta bəziləri müxtəlif şirkətlərin istehsalı olan iki telefondan eyni zamanda istifadə edirlər. Bunu nəzərə alaraq, aşağıda yazılanları ciddi qəbul etməməyinizi tövsiyyə edirik, lakin unutmayın ki, hər zarafatda biraz da olsa həqiqət vardır...

Nokia – sizdə hesab, hədd hissi çox inkişaf etmişdir. Ümumdünya harmoniyasına olan meylinizə ancaq həsəd aparmaq olar. Siz demək olar ki, hər zaman hər şeyi “qaydalara uyğun” icra edirsiniz və əksər hallarda sizin həyatınız “hamıdakı kimi” olur. Bunu özünüz hiss etməsəniz də, bu, belədir. Çünki, hər şey hər zaman “lazım olduğu kimi, qaydalara uyğun” olduqda, bu vəziyyət insanı yorur, yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Hərdən sizi darıxma hissi yorur və bu bəzən qısamüddətli apatiya ilə müşayiət olunur, lakin bir müddət keçdikdən sonra hər şey öz yoluna düşür. Siz əksər hallarda sudan, hətta bataqlıqdan, quru çıxmağı bacarırsınız.

 

Siemens – siz inadkarsınız və hər şeydən öncə etibarlılığa və dəqiqliyə üstünlük verirsiniz. Əsas şüarınız belə səslənir: “Kvadratiş – praktiş – qut”. Bir qayda olaraq, siz sakitliyə və tarazlığa meyllisiniz. Xüsusən, səhərlər – səsli, əyləncəli qonaqlıqdan sonra dincəlməyə üstünlük verirsiniz. Siz “özünü idarə edə bilməyən insan” imicindən uzaq olmağa çalışırsınız və bu səbəbdən əhvalınız kəskin şəkildə dəyişdikdə, bunu ətrafdakılardan gizlətməyə çalışırsınız. Ümumiyyətlə, ətrafınızdakı insanları özünüzdən ağılsız və ya diqqətsiz hesab etmirsiniz, lakin bəzən onların dərrakəsinə dair şübhələriniz yaranır. Lakin bu xüsusiyyətiniz ən yaxın insanlara şamil olunmur – məhz onları siz dərin sədaqətlə sevir və onların xırda səhvlərinə göz yumursunuz.


Motorola – sizin ekssentrik və dəliqanlı bir şəxsiyyət olduğunuzu hesab edirlər. Bu hal sizi sevindirmir, lakin siz mübahisə etmirsiniz. Kütlədən seçilmək sizin təbiətinizə uyğundur və bu xüsusiyyətinizi, bir qayda olaraq, əsas üstünlüyünüz kimi büruzə verməyə çalışırsınız. Sonra özünüz bunun təsirli olub – olmadığı barədə təəccüblənirsiniz. Siz – maksimalistsiniz. Zövqünüzü əksər hallarda qeyri – adi, hətta ifrat adlandırırlar. Siz buna qarşı çıxırsınız və sadəcə olaraq, kütlə mədəniyyətini bəyənmədiyinizi vurğulayırsınız. Daxilən isə bəzən həddini aşdığınızı dərk edirsiniz.

Sony – siz genişliyə, iri həcmliyə, həmçinin normadan bəzi – qanuni kənarlaşmalara üstünlük verirsiniz. Siz, ümumiyyətlə, nə özünüzə, nə də başqalarına qarşı qanun pozuntularının tərəfdarı deyilsiniz. Bu, həm sizin özünüzə, həm də digərlərinə şamil olunur. Siz yalnız “qaydalara uyğun” hərəkət etməyi xoşlayırsınız, əks təqdirdə, özünüzü vəziyyətdən kənar hiss edirsiniz. Sümüyünüzün iliyinə kimi siz – klassikanın pərəstişkarısınız. Ericsson – siz bəzən təəccübləndirməyi bacarırsınız. Bəzən, adi, hamı kimi görünürsünüz, amma birdən təəccübləndirirsiniz. Ətrafdakılar təəccübdən donduğu halda, siz qürurla yolunuza davam edirsiniz. Müxtəlif səviyyəli effektlərdən xoşunuz gəlir və onlardan lazımınca istifadə edə bilirsiniz.


Sonyericsson – sizin nə vaxtsa sony və ya ericsson markalı telefon sahibi olmanız mütləq deyil. Siz, ümumiyyətlə, hər şeyin yenisini sevirsiniz. Siz hər şeylə maraqlanırsınız və zamanla ayaqlaşmağa çalışırsınız. Yeniliklərdən agah olmaq sizin hobbinizdir. Ümumiyyətlə, çox şeylə məşğul olursunuz və xoşunuz gəldiyi təqdirdə, bir çox şeyləri təmənnasız icra etməyə hazırsınız. Nadir hallarda darıxırsınız, çünki hər zaman özünüzə maraqlı məşğuliyyət tapa bilirsiniz.


Alcatel – siz konservativ, hissiyyatlı bir şəxsiyyətsiniz və rahatlığı yüksək qiymətləndirirsiniz. Sizə elə gəlir ki, şəhərdən kənarda, rahat bir evdə, əzizlərinizin ətrafında yaşamaq sizin üçün ən ideal yaşayış tərzidir, lakin siz sivilizasiyadan, şəhər mühitindən uzaq olduqda, qısa müddət ərzində darıxmağa, kövrəlməyə və sızlamağa başlayırsınız. Ürəyinizin sıxılması barədə şikayət edirsiniz, hətta yaxınlarınızı və dostlarınızı artıq görmək belə istəmirsiniz. Hərçənd, onlar uzaqda olduqda, onlar üçün çox darıxırsınız.


 

 


   

 

LG və ya Samsung – siz hər şeyin ən parlağını sevirsiniz. Görən kimi - özünüzü idarə etmək bacarığından məhrum olursunuz və onları əldə etməyə çalışırsınız. Bu zaman əsiri olduğunuz əşyaların sizə lazım olub – olmayacağı heç bir əhəmiyyət daşımır – estetik hissləriniz funksional hisslərinizi üstələyir. Siz çox impulsiv şəxsiyyətsiniz – marağınız oyandığı qədər tez bir müddətdə soyuyur. Yeri gəlmişkən, siz böyük musiqi həvəskarısınız.

 
Category: Ordan-burdan | Views: 385 | Added by: admin | Rating: 0.0/0
Total comments: 2
2008-07-12 Spam
2. fler (Freak) ]

Uje bilmirlər nə fikirləşsinlər)))

2008-05-19 Spam
1. Vusale (Vuska) ]

happy

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017