Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 08.56MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 4 » Dunya elminin en boyuk adi ve adamı, qeyri-selis mentiq nezeriyyesinin banisi Lutfi Zadenin "ANS" tv verdiyi musahibesi
Dunya elminin en boyuk adi ve adamı, qeyri-selis mentiq nezeriyyesinin banisi Lutfi Zadenin "ANS" tv verdiyi musahibesi
18.51
«Sovet İttifaqı və ABŞ-ın əvvəlki vəziyyəti daha yaxşı idi»
Dünya elminin ən böyük adı və adamı, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin eksklüziv müsahibəsi

-Harada və nə vaxt doğulmusunuz?
- Mən 1921-cı ildə Bakıda anadan olmuşam. Atam qəzet müxbiri idi, eyni zamanda ixrac və idxalla məşğul olurdu. 1931-ci ildə, mənim on yaşım
null olanda valideynlərim İrana qayıtmaq qərarına gəldilər. O vaxt kifayət qəqər ağır zaman idi. Çörək yox idi, başqa zəruri şeylər yox idi. Amma bilirsiniz mənim hər şeyim var idi. Xarici qəzetin müxbirinin ailəsi kimi pis dolanmırdıq. İlk 3 ili burada məktəbə getdim. Və o üç ilin mənə böyük təsiri oldu. O vaxtlar ideologiya çox güclü idi. Uşaqları özünü qurban verməyə öyrədirdilər, təlqiq edirdilər ki, hər şeyi dövlətə vermək lazımdır və sair və ilaxır. İdeologiya belə idi. Sonra elm çox yüksək mərtəbəyə mindirildi. Qəhrəmanlar alimlər, mühəndislər kimi adamlar oldular. 31-ci ildə valideynlərim Tehrana qayıtdılar. Bakıda oxuduğum vaxtlarda Allaha inanan adamla heç kəs danışmaq istəmirdi, sadəcə olaraq ondan qorxurdular. Biz Tehrana gələndə isə burda əksinə idi. Valideynlərim məni Amerika məktəbinə qoydular. Bu dini məktəb idi. O məktəbdə hər gün saat 10:00-da dua oxunardı. Necə deyərlər bir ekstrimdən o birinə düşdüm. Çox güclü antidin təbliğatından belə bir mühitə. Bu olduqca maraqlı bir təcrübə idi. Çünki tamamilə dünyaya, cəmiyyətə, hər şey zidd baxış var idi. 1938-ci ildə oranı bitirdim və mən universitetə daxil oldum. Tehran universitetinin mühəndis fakultəsinə. Bu texniki ali məktəb idi. 1938-dən 42-ci ilədək burada oxudum. Diplom aldım. Mən bütün ömrümü Tehranda keçirmək istəmirdim. Tehranda hər şey yaxşı idi. Ona görə ki, valideynlərim kifayət qədər imkanlı şəxslər idilər. Belə ki, mənim şəxsi sürücüm var idi, bizim aşpazımız, xadiməmiz var idi. Biz Tehranda belə yaşayırdıq. Anlamağa başladım ki, məni elm maraqlandırır. Amerikaya köçmək və təhsili burada davam etdirmək qərarına gəldim. Mən bura bir mühacir kimi gəldim. 1944-cü ilin iyulunda Ştatlara gəldim və Massaçusetsin texnologiya institutuna daxil oldum və 1946-cı ildə «master of» rütbəsinə yiyələndim. Mən öz təhsilimi davam etdirə və doktor dərəcəsi ala bilərdim, amma bu vaxt valideynlərim Amerikaya köçdülər və Nyu-Yorka düşdülər. Mən də onlarla bir yerdə yaşamaq istədim. Beləliklə mən MİT-ni yarımçıq qoyub, Kolumbiya universitetində iş tapmalı oldum. 1949-cu ildə Kolumbiya universitetində doktor dərəcəsi aldım.

- Neçə yaşınız var idi onda?
- 28 yaşım var idi. Mən 1959-cu ilədək Kolumbiya universitetində qaldım. Tədricən öz ixtisasımı artırırıdım. 1957-ci ildə isə artıq tam professor olmuşdum.

- Düz əlli il bundan əvvəl?!
- Hə əlli il əvvəl… O vaxt mənim 36 yaşım var idi. 1959-cu ildə elektrotexnika şöbəsinin müdiri Batler Nyu Yorkda olanda mənə zəng vurdu. Dedi ki, sizin orada laborotoriya ilə bağlı probleminizin olduğunu eşitmişəm.. Berkliyə gəlmək istəməzsiniz ki? Mən düşünməli oldum. Çünki burdakı işim yaxşı idi, heç bir təzyiq yox idi. Anlayırdım ki, Berklidə belə olmayacaq. Ona görə ki, burada sistem kifayət qədər sərt idi. Belə fikirləşdim ki, Berklidəki sərt sistem mənim köhnə yerimdəki yumşaq sistemimdən daha yaxşı olacaq. Və Berkliyə köçmək qərarına gəldim. 1959-cu ildən bu günədək mən Berklidəyəm.1963-cü ildə isə elektrotexnika departamentində şöbə rəhbəri oldum. 1968-ci ilədək mən bu şöbəyə rəhbərlik etdim. O illər bizim ciddi problemlərimiz oldu. Bizim şöbə ilə kompütersains departamenti arasında münaqişə baş verdi. Kompütersains - bu hesablama texnikası idi, təzə-təzə inkişaf edirdi. Şöbə müdiri olaraq mən təklif etdim ki, şöbəmizin adını elektromühəndislikdən elektromühəndislik-kompütersainsə dəyişdirilsin. Bu Amerikada birinci belə şöbə olacaqdı. Bu şöbənin adını dəyişdilər. Bu zaman universitetin başqa bir şöbəsində kompütersains departamenti açıdı. Orda işlər yaxşı getmədi. 1972-ci ildə həmin o bölmə bizim şöbəyə birləşdi. Belə ki, indi Berklidə bir departament var. Bütün işlər, vasitələr, layihələr bizim departamentdə cəmləşib. 1968-ci ildə mənim möhlətim bitdi. Bilirsiniz ki, burda müəyyən möhlətlər var, 3 ildən 5 ilədək. Bundan sonra xidmət etmək olmaz. Onda mən öz ixtisasımı dəyişmək qərarına gəldim. Mən məzuniyyət götürdüm və bir il İBM kampaniyasında və Massaçusets universitetində keçirdim. 1968-ci ildə Berkliyə qayıdanda artıq sistem, nəzarət və başqa sahələrdən dərs deməyi dayandırdım, yalnız kompütersayns sahəsinə aid olan fənnlərdən, hesablama texnikasından dərs deməyə başladım. 1972-ci ildə isə vəziyyət dəyişdi. Departamentimizdə iki şöbə açıldı. Kompütrsains və elektroincenerinq. Onda mən kompütersains şöbəsinə keçdim. Və 1972-ci ildən bu günə kimi mən komputersains-dvicndayam. 1991-ci ildə mən təqaüdə çıxmalıydım. Berklidə sistem başqadır. Bəziləri təqaüdə çıxır, bəzilərinə isə xüsusi dərəcə verirlər. Bu dərəcə onlara öz fəaliyyətlərini davam etdirmək imkanı verir. İndi mən professoram. 1991-ci ildən bu günə kimi. Bu isə o deməkdir ki, sən həmişə işlədiyin kimi işləyirsən. Həmin o tələbələr, katibələr, layihələr və sair…

- Əvvələ qayıdaq. Valideynlərinizi necə xatırlayırsınız? Onların sizə münasibəti necə idi?
- Bilirsiniz, mən ailənin tək oğlu idim. Onlar məni ərköyün böyüdürdülər, amma mən ərköyün uşaq olmamışam. Nə istəyirdimsə varım idi. Mən həmişə elmlə maraqlanmışam. Bakıda məktəbdə oxuyanda hansısa dərnəklər var idi, biz nə isə qururduq. Belə ki, bütün bunlar mənə maraqlı idi. «Elm və həyat» kimi jurnallar oxuyurdum. Başqa şeylər məni maraqlandırmırdı. Əlbəttə məni mədəniyyət də maraqlandırırdı. Opera, musiqi, konsertlər və sair. Başlıcası isə məndən ötrü elm idi.

- Cənab Lütfi Zadə, indi demək olarmı ki, siz valideynlərinizin sizi görmək istədiyi adamsınız?
- Bəli. Bəzən insan öz həyatına baxanda düşünür ki, mən hardasa hansısa səhvi buraxmışam. Mən baş verənlərə görə Allaha şükr edirəm. Şükür Allaha ki, mən Amerikadayam, Kaliforniyadayam, Berklidəyəm. Bu universitetdəyəm, bu şöbədəyəm, bu şəhərdə yaşayıram. Heç nəyi dəyişməzdim, heç nəyi.

- Nə sizi böyük adam edib?
- Mən özümü böyük adam hesab eləmirəm.

- Hansı elmi nailiyyətlər sizi bu gün Azərbaycandakı kimi desək elm nəhənginə çevirib?
- Elə insanlar var ki, özləri haqqında yüksək fikirdədirlər. Mən bu insanlara özümü aid etmirəm. Özümü böyük adam da saymıram. Mən hesab edirəm ki, mənim formalaşmağımda başqa şeylər yox, elm rol oynayıb. Bakıda keçirdiyim on il mənim həyatımın kursunu müəyyənləşdirib. Mənim bütün həyatımda elmə həvəs qalıb. Məsələn, Amerikada nəsə edirsiniz, günlərin bir günü biznesmen olmağa qərar verirsiniz, hansısa kompaniya açırsınız, kimlərsə müflis olur və s. Belə ki, onlar bizneslə məşğul olur elmlə yox. Mənim isə belə marağım olmayıb. Mənə Çikaqoda «Mersedes» lazım deyil.

- Biz bu müsahibəni sizin kabinetinizdə götürmürük. Çünki ora ağzınadək doludur…
- Hə. Məni restorana getmək maraqlandırmayıb. Elə dostlarım da var. Onlar bahalı restoranlara getməyi, özlərinə bahalı şeylər almağı sevirlər və s. Bütün bunlar məni maraqlandırmayıb. Mənim arvadımın köhnə bir Nissan maşını var. İşlənmişini alıb.

- Yeri gəlmişkən, həyat yoldaşınız ilə necə tanış olmusunuz?
- Biz Tehranda yaşayırdıq. Gələcək arvadım Yaponiyada doğulub. Onun valdeynləri Latviyada doğulublar. Sonra Yaponiyaya gediblər. Yaponiyadan, Çinə, Çindən Almaniyaya, Hitler hakimiyyətə gələndən sonra isə buradan 1934-cü ildə Tehrana köçüblər. Mənim valideynlərimlə, onlar Tehranda tanış olublar. Elə mən də onunla. Tehranda bir rus dairəsi var idi və mən burada tez-tez dolaşırdım. Baxmayaraq ki, İranda, Tehranda yaşayırdım, mənim oturub durduğum adamlar rusdillilər idilər. Tehranda qaçqınlar çox idi. Kitabxana var idi. Burda da tanış olduq. Tehranda bir-birimizi tanıyırdıq. Belə yaxın deyildik. Sonra mən məktəbi, universiteti bitirdim. Amerikaya getdim. O Amerikaya məndən əvvəl gəlmişdi. Mən bura gələndə onunla görüşdük.1946-cı ildə evləndik.

- Necə evləndiniz onunla? Əvvəl özü ilə danışdınız, yoxsa valideynləriniz valideynləri ilə?
- Bilirsiniz, bir-birimizi tanıyırdıq, amma yaxın deyildik. O bura gələndə tək-tənha idi. Mən gəldim bura. Tehranda onun çoxlu pərəstişkarı var idi, məndən çox maraqlı kavalerləri var idi, hətta gözəl bir boy frendi də var idi, yəni mən ona lazım deyildim. Burda isə vəziyyət başqa idi, bilirsiniz mənim arvadım çox əla qadındır, belə ki, 1946-cı ildə evləndik, bir yerdəyik. Bizim mədəniyyətimiz eynidir. Eyni proqramlara baxırıq, maraqlarımız, qulaq asdığımız mahnılar və sair eynidir…

- Kimə qulaq asmağı xoşlayırsınız?
- Mənim sevimli bəstəkarlarım, Şostakoviç, Prokofyev, Çaykovski-rus bəstəkarlarıdır. Əvvəllər Avropa bəstəkarlarını sevirdim. Şopen, Bax. Cazı, roku sevmirəm.

- Xalq musiqisini sevirsiniz?
- Xalq musiqisini sevirəm. Müharibə dövrünün mahnıları sevirəm, çox sevirəm. Bilirsiniz mən çox təəssüflə baxıram rus kanallarına və təəssüf ki, gənclik indi belə musiqi ilə maraqlanmır. Onlar cazla, rokla və başqa musiqi istiqamətləri ilə maraqlanır. Mən isə heç nə başa düşmürəm. Bilmirəm bu nə deməkdir? Hayıfım gəlir…

- İş vaxtı da musiqiyə qulaq asırsınız? Yoxsa iş vaxtı musiqi dinləmirsiniz?
- Bilirsiniz, mənim indi musiqiyə qulaq asmağa vaxtım yoxdur. Evdə mənim böyük bir musiqi mərkəzim var. 28 səsgücləndiricim var, bəlkə indi 16-sı qalır. Əvvəllər mən çox maraqlanırdım. Axşamlar musiqiyə qulaq asırdım. İndi xəbərlərə qulaq asıram, xəbərlərdən sonra işdə olanda öz işlərimi katibəmə diqtə edirəm. Evdə olanda isə arvadıma diqtə edirəm o çap edir.

- Bu günkü dünya xoşunuza gəlirmi? Öz problemləri ilə, öz gözəlliyi ilə. Ətrafda müharibələr, döyüşlər, insanlar bir-birini öldürürlər. Böyük bir alim kimi bütün bu detallara münasibətiniz…
- Həmişə maraqlanmışam dünyanın ayrı-ayrı ölkələrində baş veprənlərlə. Yəni məni təkcə elm yox, dünyada baş verənlər də maraqlandırır. «Nyu-York Times»-ı həmişə oxumuşam, Tehranda da, Bakıda olanda «Bakinski Raboçi»-ni oxumuşam. Belə hesab edirəm ki, dünyada vəziyyət kritik həddədir. Düşünürəm ki, Sovet İttifaqı və ABŞ-ın əvvəlki vəziyyətində daha yaxşı idi. Amma indi bir qeyri-mütənasiblik var. Münaqişələr də fərqlidir. Əvvəllər indiki münaqişələr kimi konfliktlər ola bilməzdi.

- Dünya sizin gördüyünüzdən çox dəyişib? Nə vaxt o daha səmimi idi? Onda, yoxsa indi?
- Mən dedim bayaq, təkrar edirəm, mənə elə gəlir ki, dünyada Sovet İttifaqı və ABŞ kimi iki fövqəldövlət olanda bir tarazlıq var idi. Onda müharibəni başlamaq çox çətin olardı. İndi çox asan olub. Bu məni çox narahat edir. Ona görə də belə vəziyyət yaranıb. Və bu vəziyyət qeyri-sabitdir, dayanıqsızdır. Sabah müharibə başlaya bilər, terror aktı ola bilər, kimyəvi, bakterioloji hücum ola bilər, çirkli bombalar ola bilər. Müxtəlif ölkələrdə görün nələr baş verir. Fransada üsyanlar və Fələstində, İsraildə baş verənlər. Bütün bunlar mənə toxunur. Məni narahat edir. Mən hesab edirəm ki, mövcud vəziyyət yaxşı deyil. Həm də onu görürəm ki, ABŞ və Rusiya arasında münasibətlər korlanır. Pisləşir və getdikcə pis olur. Bunun sonu necə olacaq mənə aydın deyil. Azərbaycan da ortada qalıb. Bir tərəfdən Rusiya, o biri tərəfdən ABŞ-a birləşmək istəyirlər. Çətindir.

- Cənab Lütfi Zadə dünyanı xilas etmək olarmı? Və hansı yolla?
- Dünyanı xilas etmək çox asandır. Çox asan. Belə bir hüquqa malik olmaq lazımdır. Dünyanın liderləri, prezidentləri müharibəni başlayanda gərək cəbhədə olsunlar. İndi çox asandır, düyməni basmaq və müharibəni başlamaq. Amma əgər prezidentlər, liderlər, nazirlər bilsəydilər ki, cəbhədə onlar vuruşacaqlar müharibələr olmazdı.

- Belə başa düşdüm ki, hərbi xidmətdə olmamısınız?!
- Yox.

- Necə düşünürsünüz, bununla bəxtiniz gətirib, yoxsa əksinə?
- Mənim bəxtim gətirib.

- Söhbətimizdən belə başa düşürəm ki, siz təbiət etibarilə dağıdıcı yox, qurucu adamsınız? Eynşteynə necə yanaşırsınız? Axı dunya onun sayəsində indiki nüvə bombasına nail olub.
- Əvvəla onu deyim ki, belə hesab edirlər ki, Eynşteyn Ruzveltə məktub yazıb. Amma Eynşteyn belə bir məktubu yazmayıb. Bu məktubu Zeland və başqaları yazıb. Eynşteyn isə onu sadəcə imzalayıb.

- Lütfizadə nəzəriyyəsi nə deməkdir?
- Bu çox sadə nəzəriyyədir. Klassik riyaziyyatda bütün təyinləri dəqiqdir. Ya dairədir, ya dairə deyil, paraleldir, paralel deyil. İçəridədir, içəridə deyil. Bütün bu sistem ikimənalı məntiq əsasında qurulub. Hesab edilir ki, çoxluğun da dəqiq sərhədi var. Nöqtə çoxluğa daxildir, yoxsa daxil deyil. Bütün sistem bunun üzərində qurulub. Mən ixtisasca riyaziyyatçı deyiləm, mühəndisəm. Amma riyaziyyatla həmişə maraqlanmışam. Mənim ilk işim sistemlər nəzəriyyəsi haqqında idi. Mən hesab edirdim ki, mən riyaziyyatçıların əldə etmədiyi nəticəni almalıyam. Tədricən məndə belə bir şüur formalaşdı ki, yaşadığımız dünya və riyaziyyat arasında böyük fərq var. Riyaziyyatda ya dəqiqdir, hər şey dürüstdür, yaxşıdır, bizim dünyada isə bu belə deyil. Bütün anlayışlar səlis deyil. Demokratiya nədir, yaxşı və ya pis adam nədir. Bütün anlayışlar belə qeyri-səlisdir. Belə çıxırdı ki, onların arasında böyük bir uçurum var. Düşündüm ki, nəsə eləmək lazımdır. Ağlıma onda sadə bir ideya gəldi. Məsələn, siz kişisiniz, cavan kişilər sinfinə aidsiniz, hündür, nazik, blondin və sair. Bütün bu dərəcələr dəqiq müəyyən edilmiş mərhələlərə malik deyil. Belə ki, sizin bu müxtəlif dərəcələrə mənsubiyyətiniz var. Bu çox sadə bir ideya idi./ANS TV/


Category: Yeni Xəbərlər | Views: 6466 | Added by: Sago | Rating: 0.0/0
Total comments: 1
2008-10-04
1. asif (kabus) [Giriş ]

azerbaycanin fexridir.sozsuz ki eger o ozunu iranli deyil azerbaycanli hesab edirse yeri gelmisken mende olan melumata gore televizor pultunuda mehz o kesf edib.bir cox kesfleri olsada nedense nobel mukafati vermirler. cool

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024