Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 04.13MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 2 » Eurovision-2008
Eurovision-2008
14.14
«Eurovision-2008»-ə gedəcək azərbaycanlı iştirakçının adı bu gün açıqlanacaq
 
«İstiot» jurnalı milli seçmə mərhələsinin finalçıları ilə eksklüziv müsahibə dərc edib
 
Fevralın 2-də ölkəmizi «Eurovision-2008» yarışmasında təmsil edəcək iştirakçının adı açıqlanacaq. «İstiot» müsabiqənin milli seçmə mərhələsinin finalçıları ilə eksklüziv müsahibəni təqdim edir və www.eurovision.az ünvanlı saytın yaradıcı kollektivinə minnətdarlığını bildirir
- Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanan finalçılardan biri kimi özünüzü necə hiss edirsiniz?
- Unformal: Çox yaxşı, sevinirik finala seçilmişik.
- Elnur Hüseynov: Bir çox namizədlərin arasından seçildiyim üçün çox sevinir və qürur duyuram.
- Aynur İsgəndərli: Mən çox xoşbəxtəm ki, finala keçdim və bununla qürur duyuram.

- Azərbaycanı «Eurovision» müsabiqəsində təmsil etmək sizin üçün nə deməkdir?

- U: Nəzərə alsaq ki, mahnıların söz və musiqisini özümüz yazırıq bu müsabiqə öz sənətimizi geniş kütləyə təqdim etmək üçün gözəl imkan yaratmış olacaq. Həmçinin, bunun böyük məsuliyyət olmasını aydın anlayırıq. Bu, hər bir ifaçı üçün özünü göstərmək və dünya səhnəsinə çıxmaq üçün əlverişli şansdır.
- E.H: Bu çox böyük məsuliyyətdir. Əsas məsələ ölkəni bu müsabiqədə layiqincə təmsil etməkdir.
- A.İ: Bu mənim həyatımda ən böyük və vacib hadisə olacaq. Bununla bərabər, bu böyük məsuliyyətdir və əlimdən gələni edəcəyəm ki, yaxşı nəticəyə nail olaq.

-Bu müsabiqədə iştirak etmək qərarı haradan gəlmişdi?
- E.H: Bu, gözlənilmədən oldu. Peşəkarlarla söhbət etdim və onlar mənim bacarıqlarımı müsabiqəyə layiq bilib məsləhət gördülər ki, seçim turunda çıxış edim. Beləliklə, iştirak etməyi qərara aldım.
- A.İ: Mən həmişə arzulamışam ki, bu müsabiqədə çıxış edim. Onu da bilirdim ki, bu ildən başlayaraq Azərbaycan «Eurovision» müsabiqəsində iştirak edəcək. Və günlərin bir günü məni Bakının konsert zallarından birinə dəvət edib dedilər ki, mənə qulaq asmaq istəyirlər. Lakin nə məqsədlə olduğunu bilmirdim. Yerində biləndə ki, bu «Eurovision» müsabiqəsinin seçim turudur çox təəccübləndim. Yəqin ki, qismət belə imiş.

- Sizcə, «Eurovision» müsabiqəsinin üsulu Azərbaycan musiqisindən fərqlənir?
- U: Əslində, Azərbaycan musiqisi digər xalq musiqiləri kimi öz nadirliyi ilə fərqlənir və xalqın koloritini özündə əks etdirir. Mahnılarımızda tez-tez xalq musiqisinə müraciət edir və «Eurovision» üslubunu şərtləndirən elementlərlə birləşdiririk.
- E.H: Əlbəttə, fərqlənir. Lakin bu məqamlarda fikirləşirəm ki, yaradıcı yanaşmadan istifadə edərək milli elementləri Avropa üsulu ilə sintez etmək lazımdır. Və bu zaman əla olacaq.
- A.İ: Sözsüz ki, fərqlər mövcuddur. Son zamanlar «Eurovision» müsabiqəsində təqdim olunan mahnılarda milli koloritin öz əksini tapması tendensiyası yaranmışdır. Bundan irəli gələrək Azərbaycanın da mahnısında milli musiqinin xüsusiyyətləri görünməlidir, əlbəttə ki, müasir Avropa çərçivəsində.

- Əvvəllər «Eurovision» müsabiqəsini izləmisiniz? İzləmisinizsə, müsabiqədə sevimli mahnınız var?
- U: Bəli, biz həmişə bu müsabiqəni izləyirik. Serduçkanın təqdim etdiyi “Laşa Tumbay”, Sertep Erenerin «Everyway that I can» mahnıları çox xoşumuza gəlir.
- E.H: Yox, təəssüf ki, baxmamışam. Mənim bir o qədər boş vaxtım yoxdur. Ancaq xoşuma gələn bir neçə mahnı eşitmışəm. Bu mahnılar bir çoxlarının dillərində əzbərdir. Onları seviblər, onları oxuyurlar. Ümid edirəm ki, Azərbaycanın da təqdim etdiyi mahnı dünya hitinə çevriləcək.
- A.İ: Bəli, artıq bir neçə ildir ki, baxıram. Bir çox yaddaqalan çıxışlar olmuşdur. Ən çox Ruslananın “Vəhşi rəqslər”, Mariya Şerifoviçin “Dua” və digər mahnılar xoşuma gəlir
Views: 691 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 1
2008-02-02
1. Senan_Mammadow (Sago) [Giriş ]

men Elnur Hüseynov getmesini isterdim...Super oxuyur...

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024