Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-05-08, 03.45MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 26 » Seddam Huseyin Hitlerin Ogludur?
Seddam Huseyin Hitlerin Ogludur?
17.44

Bu barədə daha ətraflı ABŞ-da satışa çıxan “Reyxin oğlu” adlı kitabda yazılıb.

Keçən il İraqda edam edilən sabiq prezident Səddam Hüseynin Hitlerin oğlu olması barədə ortaya yeni məlumatlar çıxıb. Məlumatlar bir neçə gün əvvəl ABŞ-da satışa çıxan yeni kitabda yer alıb.

J.P.De Salesin müəllifi olduğu “Reyxin oğlu” adlı kitabdakı iddiaya görə, Hitlerin məşuqələrindən biri 1936-cı ildə hamilə qalır. Bu hadisədən Hitlerin xəbəri olmur. Alman gizli təşkilatı bu uşağın Fürrer üçün problem yaradacığını düşünərək qadını Beyruta göndərir.

İraqda agent Reinhardt Hoffmann nasizmi dəstəkləyən ərəb Xeyrullah Tulfa ilə razılığa gəlir. Həmin razılaşmaya görə agent Tulfaya yüksək məbləğdə pul verərək dünyaya gələcək uşağa baxmaq üçün yaxşı bir ailə tapılmasını istəyir. Tulfa isə bu iş üçün alman qadınla eyni zamanda doğum vaxtı çatacaq bacısı Subhanı təklif edir.

Hitlerin məşuqəsi 20 aprel 1937-ci ildə Səddamı dünyaya gətirir. Bundan bir həftə sonra, Subha uşağını dünyaya gətirməyə hazırlaşarkən Beyrut xəstəxanasına hücum edən nasist agentləri uşağı zorla anasından alaraq Tikritə gətirib Tulfaya verirlər. Bu vaxt Tulfa bacısının övladı ilə nasistlərin gətirdiyi uşağı gizlincə dəyişdirmək barədə düşünür. Ancaq gözlənilməz bir hadisə baş verir. Subhanın uşağı ölü doğulur və qadın çox qan itirdiyində huşunu itirir. Bu fürsətdən istifadə edən Xeyrullah uşaqları dəyişdirir. Ölü uşağı isə alman agentləri özləri ilə aparırlar.

Səddam böyüdüyü vaxt atasının Hüseyn Macid olduğu və o dünyaya gəlməzdən anasını tərk etdiyi deyilir. Elə buna görə də dayısı Xeyrullah ona ata qayğısı göstərir. Almanlara qarşı simpatiyası olan və milliyyətçi partizan kimi tanan Xeyrullah Tulfa 1941-ci ildə ingilislərə qarşı baş vermiş Rəşid Əli üsyanında iştirak etdiyi üçün 6 il azadlıqdan məhrum edilir.

Kitab bu məlumatların həqiqətə uyğun olmasını təsdiqləyən 6 əsas da göstərib:

1. Səddam özü dəfələrlə atasını tanımadığını deyib.

2. Atasız bir uşaq kimi dayısı tərəfindən böyüdülüb, dayısının nasistlərlə olan əlaqəsi isə çoxdan isbat edilib.

3. Ata oğul bir-birinə çox oxşayır.

4. Səddam Hüseynin Orta Şərqdə Almaniya kimi böyük bir dövlətdən dəstək almadan diktator olması.

5. Səddam Hüseyn həmişə alman agentləri tərəfindən qorunub, BMT embarqosu vaxtı alman şirkətləri İraqla əməkdaşlıq edib.

6. Səddam Hüseynin Bağdaddakı sığınacağını hazırlayan alman mühəndis Karl Bernd Esserin babası Adolf Hitlerin sığınacağını hazırlayıbmış.


Mənbə: /ANS PRESS/

Views: 1262 | Added by: Sago | Rating: 0.0/0
Total comments: 1
2008-01-27
1. Pervion (Pervion) [Giriş ]

eshitmishdim bu xeberi.oxudum cox maraqli idi.

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024