Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 10.36MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 25 » Ermenistana Azerbaycansunasliq fenni
Ermenistana Azerbaycansunasliq fenni
20.10
Ermənistanda "Azərbaycanşünaslıq" fənni tədris ediləcək
Seyran Oqanyan: "Mən bir sıra qurumlara belə proqramın hazırlanması məsələsi üzrə tapşırıq vermişəm"

Ermənistanda "erməniyönümlü" təbliğat proqramı işlənib hazırlanacaq. Bu barədə Ermənistan  silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Seyran Oqanyan Yerevan Dövlət Universitetinin (YDU) tələbə və müəllim heyəti ilə görüşündə bildirib.

Oqanyan qeyd edib ki, YDU-da "Azərbaycanşünaslıq" fənninin tədrisinə başlamaq planlaşdırılır. "Təəccüblüdür ki, bu niyə əvvəldən olmayıb. Biz düşmənin dilini bilməliyik", - deyə general qeyd edib. Onun sözlərinə görə, "erməniyönümlü" təbliğat məsələsi ilə bağlı görüləcək çox iş var. "Mən bir sıra qurumlara belə proqramın hazırlanması məsələsi üzrə tapşırıq vermişəm", - deyə Oqanyan bildirib.

Hərbiçinin çıxışından belə məlum olur ki, Ermənistanda baş qərargah rəisi universitetdə keçilən fənlərin siyahısını müəyyən edir və xarici-siyasi təbliğat məsələlərini həll edir.

Oqanyanın özünə gəldikdə isə, o, Xocalı faciəsində təqsirli olan hərbi cinayətkarlardan biri kimi məşhurdur. Orqanyan həmçinin ermənilərin Şuşa şəhərinin və Laçının zəbt etməsində mühüm rol oynayıb. Hazırda Oqanyan Ermənistan hakimiyyətinə nəzarət edən Qarabağ klanı üzvlərindən biridir.

Category: Siyasət | Views: 765 | Added by: admin | Rating: 0.0/0
Total comments: 1
2008-04-09
1. M.Xudaverdi (psiko_turanci) [Giriş ]

GÖREN HARA GEDIR ?

Qorxu kölgesine sığınmış bu gün
Sedaqet, diyanet, mehebbet, TANRI
Yalan hakim olub, böhtan gözetçi,
Çürüyür zindanda heqiqet, TANRI

eyri eyriliyi yeridir daşa,
Keçib eyrilikde hamıdan başa.
Doğru hesret qalıb isti bir aşa,
Gören hara gedir bu millet, TANRI

Hefteler deyişdi, gönler deyişdi,
Terefler deyişdi, yönler deyişdi.
Qibleler deyişdi, dinler deyişdi,
İte ot verilir, ata et, TANRI

Ünvanı deyişib rezaletin de,
Qaymaq da satılır şor qiymetinde.
İndi sedaqetin seltanetinde,
eyleşib hökm edir xeyanet, TANRI

Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzüne de baxan tapılmaz,
Nece ucuzlaşıb leyaqet, TANRI

Yalanlar heqiqet qiyafesinde,
Yekler cövlan edir şeş xanesinde.
Oğrular, eyriler zemanesinde,
eyrilik sayılır, feraset, TANRI

BEXTIYAR VAHABZADE


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024