Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 13.07MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 11 » Bakı buz bağlayıb
Bakı buz bağlayıb
21.10
Bakı buz bağlayıb
Təhsil naziri Misir Mərdanovun "orada havalar yaxşı keçir, buna görə də şagirdlər
orta məktəblərə gediblər" dediyi Naxçıvanda dünən havanın temperaturu -28 dərəcəyə bərabər olub.
Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin Milli Hidrometereologiya Departamentinin direktor müavinii Umayra Tağıyevanın dediyinə görə, dünən gündüz satlarında Bakıda havanın temperaturu -3 dərəcəyədək enib. Bu həftənin sonunadək ölkədə anomal soyuqlar qalacaq, qar yağacaq. Yanvarın 13-dən etibarən isə hava tədricən isinməyə, soyuqlar geri çəkilməyə başlayacaq.
Sinoptiklərin dediklərinə görə, yanvarın 13-də Bakıda havanın temperaturu +1+3, sonrakı iki gündə isə +5 dərəcə təşkil edəcək.
Ölkə paytaxtındakı xəstəxanaların travmatologiya şöbələrinə isə şəhərin buz bağlamış küçələrində yıxılıb əl-ayağı sınan və zədələnən vətəndaşların müraciətlərinin ardı-arası kəsilmir.
Mərkəzi Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından "Ekspress"ə verilən məlumata görə, son dörd gün ərzində müxtəlif dərəcəli travma almış 71 şəhər sakinin müraciəti qeydə alınıb.
Mərkəzin baş həkiminin müavini Rauf Nağıyev bildirib ki, bu şəxslərin 48 nəfəri xəstəxanalara yatırılıb. Onların arasında əl-ayaqları sınanlar az deyil.
Yanvarın 6-dan bəri Bakının müxtəlif xəstəxanalarına üz tutan şəhər sakinlərinin sayı isə 130 nəfəri keçib.
Bakı Travmotologiya Xəstəxanasının qəbul şöbəsinin rəhbəri Eyvaz Hadıyevin sözlərinə görə, yalnız onlara 125 nəfər üz tutub. Həmin şəxslərin 8 nəfəri xəstaxanalara yatırılıb.
Şəhərin kommunal təsərrüfatına gəldikdə isə, Bakının bir mox mikrorayonlarında və səmtlərində elektroenerжi, təbii qaz və içməli su təminatındakı problemlər hələ də qalır. Əhmədli, Günəşli, Yeni Yasamal, Keşlə, Zığ səmtlərində son günlər işıq fasilələrlə verilir, borularda təbii qazın təzyiqi isə çox aşağı düşdüyündən mənzillərdəki sobalarda qaz yalnız kibrit çöpündəki alov təki közərir.
İçməli su problemi isə Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində də həll olunmamış qalıb.
Paytaxtın icra hakimiyyəti küçələrə qum səpsə də, şəhərin mərkəzindən kənarlaşdıqca yollar bərbadlaşır, cilalanmamış şüşəni xatırladır.
Qumun səpələnməsinə gəldikdə isə, dünən bu işə polis əməkdaşları da cəlb olunmuşdu.
Buz bağlamış küçələrdə don əriyəndə o qumun yaradacığı palçıq və lehmənin yeni problemə dönəcəyi isə şübhəsizdir.
Bu arada Mixail Zadornovun lətifəsi yada düşür: "Dekabr, sonra da yanvar. Qış hər il olduğu kimi, bu dəfə də qəflətən, gözlənilməz halda ortaya çıxdı".
... Dünən Nizami rayonunda işdən evə qayıdan Lətifə Cövdət qızı Mirzəyeva ağır kəllə-beyin travması alıb. Küçə ilə keçərkən onun başına böyük buz sırsırası düşüb.
Anomal aşağı temperatur və kəskin soyuqlar MDB-nin bir çox ölkələrində də müşahidə olunur. Dünən Gürcüstanda havanın orta temperaturu -15 dərəcəyədək aşağı düşüb. Paytaxti Tiflisdə -10, ölkənin dağlıq rayonlarında isə -32 olub.
Sinoptiklər yaxın günlər ərzində Gürcüstanda havaların daha da soyuyacağını bildirirlər.
Qazaxıstanda isə qar çovğunları, boran və güclü qar ölkənin 4 vilayətində yollarda nəqliyyatın hərəkətini iflic edib. Pis hava şəraiti və yolların buz bağlaması üzündən strateжi önəm daşıyan Uşaral-Dostık yolu ilə yanaşı, Şakpak və Korday aşırımlarındakı magistrallar bağlanıb.
Tacikistanda da arktik siklon tüğyan edir. Ölkənin əksər bölgələrində işıq, içməli su və təbii qaz təminatı dayanıb. Paytaxt Düşənbənin bir çox məhəllələrinə elektroenerжi sutkada 3-4 saat verilir.
Qırğızıstanda havanın orta temperaturu -17, Özbəkistanda -11, Türkmənistanda -8-ə çatıb.
Ermənistan da donur. Burada dağ rayonlarında dünən axşam havanın temperaturu -30, dağətəyi bölgələrdə -22, paytaxt İrəvanda isə -14 dərəcə olub.
 
Category: Yeni Xəbərlər | Views: 771 | Added by: admin | Rating: 0.0/0
Total comments: 2
2008-01-11
2. xancan (admin) [Giriş ]

ora bele soyuqdu??

2008-01-11
1. patriotka (patriotka) [Giriş ]

ele bu soyuqda ermenilerin cox demirem bir 10000 neferi qirila İnshallahşNe bir olarrrrr angry

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024