Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 2
Qonaq: 2
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 08.23MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 3 » Dinimizi unutmayaq!!!
Dinimizi unutmayaq!!!
19.16
MİNİ YUBKA OLAR, HİCAB YOX?
Yaxud hicaba qarşı çıxanlar əxlaqsızlığın və rüşvətin artmasına niyə etiraz etmir...


Bu gün Azərbaycanda insan haqlarının pozulması, bunun müqabilində isə cəmiyyətin müqavimətsizliyi o həddə çatıb ki, artıq vətəndaşların elementar hüquqlarını da açıq-aşkar tapdamaqdan çəkinmirlər. Ən pisi də odur ki, bunu vətəndaşların həmin doğal haqlarını məsxərəyə qoya-qoya, insanları aşağılamaqla edirlər.
Son günlər dini inanclı insanların heysiyyəti ilə açıq-aşkar oynayırlar. Ölkədə azan səsinə qadağa qoyulmasının dalınca indi də başqa kampaniya gedir. Bəzi qüvvələrin, xüsusən də rəsmi şəxslərin və özünü milli dəyərlərə bağlı mədəni vətəndaş, ziyalı, ictimai xadim adlandıran şəxslərin hicaba (mömin müsəlman qadınların baş örtüyünə) qarşı hücumları artıq kampaniya xarakteri alıb. Bəri başdan deyək ki, bu, həm də Azərbaycan Konstitusiyasına qarşı çıxmaq deməkdir.
Xəbər verildiyi kimi, hazırda Milli Məclisdə “Təhsil haqqında” qanunun müzakirəsi aparılır və həmin qanun layihəsinə orta və ali məktəblərə hicabda daxil olmağı qadağan edən müddəa salınıb. Bu məsələyə ən müxtəlif səviyyələrdən reaksiyalar gəlir. İstər deputatlar, istərsə də siyasilər və məmurlar problemlə bağlı mövqelərini ortaya qoyub. Təəssüf ki, onların içində öz aqressivliyi, savadsızlığı və primitivliyi ilə seçilən, açıq-aşkar müqəddəs İslama qarşı olan baxışlar üstünlük təşkil edir.
Bu neqativ çalar xüsusilə də hakimiyyət mənsublarının çıxışlarında daha qabarıq görünür. Çox qəribədir, bunu o adamlar edir ki, özlərinə sərfəli olanda, konyuktura tələb edəndə ölkədə dini tolerantlığın göz deşməsindən, milli-mənəvi və dini dəyərlərə sayğı bəslənməsindən gen-bol dəm vururlar.
Belə çıxışlardan biri də YAP sədrinin müavini, deputat Əli Əhmədova məxsusdur. Hörmətli Əhmədov inanclı insanları aşağılayaraq hicabın adama nə verdiyini ümumiyyətlə anlamadığını deyib: “XXI əsrdə bunu nəyin əlaməti hesab etmək olar? Bu əsrdə insanlar daha çox xalqlar arasında gedən yarışa qoşulmaq haqqında düşünməli, daha çox elmlərə yiyələnmək, müasirləşmək, mədəniləşmək yolunu seçməlidir. Bütün bunlar XXI əsrin çağırışlarıdır. Bunlardan kənarda qalan millət inkişaf edə bilməyəcək”.
Təbii ki, Ə.Əhmədovun elmlərə yiyələnməyin və mədəniləşməyin zəruriliyi, inkişaf və müasirlik barədəki fikirləri ilə razılaşmamaq olmaz. O, haqlıdır. Bəli, biz özümüzə qabaqcıl millətlər və ölkələr arasında  yer tutmalı, buna çalışmalıyıq. Amma təhsili necə inkişaf etdirmək olar - hicabı qadağan etməklə, yoxsa bu sahəni sözün bütün mənalarında dizi üstə qoymuş rüşvəti və korrupsiyanı yığışdırmaqla?
Bəs rüşvəti, diplomunu 500-600 dollara satan özəl universitetlərin “istehsal etdiyi” kütləvi təhsilsizliyi XXI əsrdə nəyin əlaməti hesab etmək olar? XXI əsrin çağırışı hicabı yox, rüşvəti, oğurluğu yasaqlamaqdır. Bəli, biz xalqlar arasındakı yarışa qoşulmalıyıq, daha çox elmlərə yiyələnməliyik, qabağa getməliyik. Amma necə? Əxlaqsızlığın və fahişəliyin təbliği ilə? Lüt zənənlərlə? Təhsilin indiki rüsvayçı durumu ilə? Əgər 6-7 yaşlı körpələr də məktəbə “fond pulu”, “süpürgə pulu” adlı rüşvət daşıyırsa, bunu necə etmək olar?
YAP yetkilisi “mədəniləşmək”, “müasirləşmək” deyəndə nəyi nəzərdə tutur - mini yubkalara, alt paltarını da göstərən dar şalvara keçidimi? Sinəsi, göbəyi, baldırı açıq həyasız və tərbiyəsiz qadın sürüsünün ləyaqət və ismət mücəssəməsi kimi sırınmasınımı? Amerika cəmiyyəti bu yolu 1960-cı illərdə keçməyə başladı və bir neçə onillikdən sonra səhv yolda olduğunu anlayıb geri çəkildi. İndi ABŞ-da, konkret olaraq Kaliforniya ştatında şəhvət doğuran açıq-saçıq geyimlər geyən qadınlara ağır cəza verilməsi ideyası gündəmə gəlib.
Telekanallara və cəmiyyətə baxın. Adam ata-anası ilə, ailə-uşağı ilə oturub televizora baxmağa, abırlı, iffətli, yaşlı bir yaxını, qohumu ilə küçəyə çıxmağa da utanır. Hara baxırsan bədənini çöldə qoyan lüt-üryan, abırsız zənənlərdir. Soyunmaq mədəniyyət və tərbiyə deyil, olsa-olsa yalnız heyvani hisslərin təzahürüdür, əxlaqsızlıqdır. Cəmiyyət əxlaqsızlıq girdabına sürüklənir, milli dəyərlər sürətlə aşınır, fahişəlik artır. Amma hicaba qarşı çıxan rəsmilərin buna etirazını heç görmürük. Nədən?
Çünki idarəçilərə sərf etmir. Çünki insanları şeytani və şəhvani hisslərin, azğınlıq və pozğunluğun, əxlaqsızlığın və imansızlığın girdabına salıb sosial cəhətdən xəstə və müti sürüyə çevirmək onların idarə olunmasını asanlaşdırır. Mənəviyyatsız və əxlaqsız adamları istənilən yerə yönəldərsən. Onlar haqqını heç vaxt tələb etmir. Tarixdən öyrənə bildiyimiz tək şey var - İslam (eləcə də xristianlıq və iudaizm kimi səmavi dinlər) adətən o toplumlarda yasaqlanır ki, həmin cəmiyyətlərdə xalq malının talan edilməsi, oğurluq, rüşvət, sələmçilik, haram, yalan, riya, ədalətsizlik, insafsızlıq, qəddarlıq, insanın ucuz tutulması kimi idbar hallar daha yayğın olmuş olsun. Dini dəyərləri o toplumlar rədd edir ki, onlar şeytani istək və nəfslərin tam hakimiyyəti altında olmuş olsun.
O millət inkişaf edə bilməyəcək ki, o, Allah sevgisindən, təqvadan, din-imandan, oruc-namazdan kənarda qalacaq. Hicab yüksək əxlaq, yüksək mənəviyyat, yüksək tərbiyə simvoludur. Bəs mini yubka nəyin? Bunun üstündə düşünün.
Category: Ordan-burdan | Views: 799 | Added by: admin | Rating: 0.0/0
Total comments: 2
2008-01-21
2. qerib qiz [Giriş ]

mence azerbaycan muselman olke oldugu ucun qadinlarimiz hicabli olmalidir,inshallah olar.

2008-01-16
1. seda [Giriş ]

dinimize sahip cıkalım dostlar

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024