Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-27, 21.29MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2007 » Dekabr » 27 » Qarabag Musteqil kimi gosterilib...
Qarabag Musteqil kimi gosterilib...
23.51

YER KÜRƏSİNİ KOSMOSDAN GÖSTƏRƏN KOMPÜTER PROQRAMINDA DAĞLIQ QARABAĞ MÜSTƏQİL DÖVLƏT KİMİ TƏQDİM OLUNUR




Məşhur kompüter proqramlarından olan «Google Earth»da («Google Yer kürəsi») Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı problem var. Bu proqram vasitəsilə dünyanın, demək olar, hər nöqtəsinin peykdən çəkilmiş görüntülərinə baxmaq mümkündür. «Google Earth» istifadəçilərə görüntülərinə baxdıqları yaşayış məntəqəsi barədə daha ətraflı təsəvvür yaratmaq, ora fotoşəkillər yükləmək imkanı da verir. Məsələn, istifadəçi «Google Earth»da həm Bakının küçə və meydanlarının peykdən görüntülərinə, həm də şəhərin fotoşəkillərinə tamaşa edə bilər.

«Media forum» saytının əməkdaşları «Google Earth» vasitəsilə işğal olunmuş ərazilərimizə baxanda qəribə mənzərə ilə rastlaşıblar. Məsələn, Şuşanın peykdən görüntüsünə baxanda ayrı-ayrı istifadəçilərin yüklədiyi fotoşəkillər də göz önünə gəlir. Fotoşəkillərin bir qisminin altında isə bu tipli yazılar var: «Şuşa şəhərinin küçəsi, Dağlıq Qarabağ Respublikası», «Erməni Şuşisi, Dağlıq Qarabağ Respublikası» və ya «Erməni kilsəsi, Stepanakert, 18-ci əsr, Dağlıq Qarabağ Respublikası», «Artsax Dövlət Universiteti, Stepanakert, Dağlıq Qarabağ Respublikası».

Fotoşəkilləri «Google Earth» proqramına yükləyənlərin adları da bir qayda olaraq şəkillərin altında verilir. Erməni istifadəçilərin yüklədiyi fotoşəkillərdə bu və ya digər abidənin «Dağlıq Qarabağ Respublikası»nda yerləşdiyi göstərilir. Azərbaycanlı istifadəçilərin yüklədiyi fotoşəkillərdə isə filan abidənin, yaxud bu və ya digər yerin Azərbaycan Respublikasına məxsus olduğu bildirilir.

«Google Earth» proqramına Şuşa ilə bağlı şəkillər yerləşdirən azərbaycanlı istifadəçilərdən birinin «Media forum» saytına verdiyi məlumata görə, fotoşəkilləri istənilən şəxs yükləyə bilər və buna heç bir nəzarət yoxdur. O, istifadəçilərin fotoşəkillərin altına istənilən yazını yazmaqda sərbəst olduğunu deyir.

Şəkillərlə bağlı problem öz yerində. «Media forum»un əməkdaşları «Google Earth» proqramının axtarış panelində ingiliscə «Dağlıq Qarabağ» yazıblar və bölgə ərazisinin «Dağlıq Qarabağ Respublikası» kimi göstərildiyinin şahidi olublar. «Dağlıq Qarabağ Respublikası» sözü də axtarış panelinə yad deyil. Hər iki halda axtarışın nəticəsi kimi təqdim olunan «Dağlıq Qarabağ Respublikası» sözünün üstündən vuranda isə ingilis dilində tarixi arayış çıxır və Dağlıq Qarabağın tarixən erməni ərazisi olduğu, heç vaxt Azərbaycana məxsus olmadığı, Azərbaycan tərəfindən 1918-ci ildə gənc türklərin köməyi ilə işğal edildiyi yazılır. Həmçinin Dağlıq Qarabağın bazar iqtisadiyyatına, demokratik şəkildə seçilmiş hökumətə və bütün lazımi atributlara malik de-fakto müstəqil respublika olduğu bildirilir. İstifadə etmək üçün mənbə kimi isə biri Dağlıq Qarabağ separatçılarının lideri Arkadi Qukasyana məxsus iki internet səhifəsi göstərilir (www.artsakhworld.com www.nkr.am/eng).

«Media forum» saytı məsələyə aydınlıq gətirmək üçün Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzlə əlaqə saxlayıb. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi, ictimai qurumlar bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyini «Google» şirkətinin nəzərinə çatdırmalıdır. Müsahib «Google Earth» proqramına görə şirkətlə müxtəlif ölkələr arasında problemlər yarandığını deyir: «Yadıma gəlir, Fransada «Google Earth» proqramının yayımı qadağan olunmuşdu. Buna səbəb proqrama ölkənin hərbi obyektlərinin peyk görüntülərinin yerləşdirilməsi idi». O.Gündüz tək «Google» şirkəti ilə deyil, «Yahoo» şirkəti ilə də müxtəlif məsələlər üzrə oxşar problemlərin yaşandığını bildirir.

Ekspertin fikrincə, Azərbaycan bu məsələni «Google» şirkətinin diqqətinə çatdırmaqla yanaşı proqramın imkanlarından yararlanıb daha çox məlumat vermək xətti tutmalıdır: «Özü də ilk olaraq məlumat verməliyik. Yəni ilkin mənbə bizim Xarici İşlər Nazirliyi, başqa dövlət qurumları və ictimai təşkilatlar olmalıdır».

O.Gündüz hesab edir ki, internet məkanında ortaya çıxan bu cür məsələlərdən çıxış yolu ölkəmiz barədə daha çox məlumat verməkdir: «İnternet zonası nəzarətsizdir. Tutalım, sabah filan yerin qondarma Dağlıq Qarabağ Respublikasına məxsusluğunu bildirən şəkilləri yığışdırsaq da, ermənilər yeni şəkillər yerləşdirəcəklər. Ona görə də Azərbaycan dövləti internet məkanının güclənməsini, istifadəçilərin sayının artırılmasını təmin etməlidir. Məsələn, «Vikipediya» ilə bağlı da oxşar problem var idi. Belə saytlar çoxdur və çoxalır. Bu informasiya müharibəsidir. Müharibənin də öz şərtləri var, gərək uyğunlaşasan».

 

Category: Yeni Xəbərlər | Views: 976 | Added by: admin | Rating: 0.0/0
Total comments: 1
2012-03-30
1. Loucas [Giriş ]

Visiting this site could cause harm innocent peolpe. Do you still want to enter?ეს დამიწერა და No-ს დავაჭირე, არადა მაინტერესებდა თამაში, რა პატიოსანი ვარ

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024