Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 20.32MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2007 » Dekabr » 26 » Xakerler
Xakerler
22.51
Hakerlər "OLAYLAR"ın sorğusuna müdaxilə edib
"Onlar bir provayderdən Rəsul Quliyevin 200-dən çox səsini artırmaq istəyiblər" .

"Dərhal bunun qarşısı alınıb və sorğu real səsvermə müstəvisinə qaytarılıb" .
Hakerlər "OLAYLAR" İnformasiya Agentliyinin prezident seçkiləri ilə əlaqədar siyasətçilər arasında keçirdiyi internet sorğuya müdaxiləyə cəhd ediblər. Agentliyin baş direktoru Yunus Oğuzun verdiyi məlumata görə, eks-spiker Rəsul Quliyevin tərəfdarları parolu sındıraraq eyni provayderdən "OLAYLAR"ın saytına daxil olublar və sorğunun şərtini pozaraq bir neçə dəqiqə ərzində Rəsul Quliyevə 200-dən çox səs veriblər: "Artıq iyirmi gündür ki, "OLAYLAR" İnformasiya Agentliyi internet sorğusu keçirir. Çalışırıq ki, sorğuya minimum müdaxilə olsun. Amma təəssüflər olsun ki, ötən şənbə və bazar günləri hakerlər "OLAYLAR"ın saytına girərək sorğunun nəticələrini dəyişdirmək cəhdində bulunmuşdular. Hansısa bir provayder-hazırda biz onu araşdırırıq-Rəsul Quliyevin xeyrinə xeyli səs vermək istəyib. Lakin bizim operator tərəfindən dərhal onun qarşısı alınıb və sorğu real səsvermə müstəvisinə qaytarılıb. Bəzi insanların marağındadır ki, otursun və bir provayderdən bir neçə dəqiqə ərzində kiminsə səslərini artırsın. Bizim operatorlar bu barədə məlumat vermişdilər. Amma sorğunun nəticəsini pozmaq cəhdində olanlar oldu. Rəsul Quliyevin tərəfdarları bir provayderdən bir neçə dəqiqə ərzində 200-dən çox səs verməklə onu birinci yerə çıxarmaq istəmişlər. Amma bu müdaxilələr əbəsdir". Sorğunun davam etdiriləcəyini deyən Yunus Oğuz süni səsartırma müdaxilələrinin qarşısının alınacağını bildirib: "Mümkün qədər çalışacağıq ki, internet sorğusu obyektiv keçirilsin. Biz hazırda tamamilə başqa bir proqramın üzərində çalışırıq ki, sorğuya müdaxilə tamamilə sıfra ensin. Əvvəl minimuma endirmək istəyirdik. Bundan sonra istənilən müdaxiləni sıfra endirəcəyik. Bizim sorğunun şərti belədir ki, bir nəfər bir provayderdən gün ərzində yalnız bir dəfə səs verə bilər. Amma hakerlər bir kompüterdən Rəsul Quliyevin 200-dən çox səsini artırıblar. Amma bunun qarşısı alındı və qeyri-qanuni səs verənlərin səsləri silinidi. Bu məsələlərlə məşğuluq və yəqin ki, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik".

 

Category: Yeni Xəbərlər | Views: 989 | Added by: admin | Rating: 0.0/0
Total comments: 1
2009-02-09
1. Mehriban (mehriban-p) [Giriş ]

hmmm...

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024