Azərbaycan ulduzları 2070-ildə Xankəndinə səfər edəcəklər
Bu barədə daha ətralı dekabrın 31-də ANS TV-nin Yeni il şousunda
Yeni il gecəsi ANS TV tamaşaçılarını biri-birindən maraqlı layihələrlə seçindirəcək. Yanvarın 31-də efirdə «İvan Vasilyeviç peşəsini dəyişir» filmi əsasında «Şurikin yeni macəraları» adlı proqram nümayiş ediləcək. Filmdə maşını ixtira edən Şurik təsadüfən Azərbaycan estrada ulduzlarının yeni il şənliyinə düşür. Burada ulduzlar Şurikdən onları müxtəlif zamanlara səyahətə aparmaqların xahiş edirlər. Beləliklə onlar zaman maşını ilə müxtəlif illərə səyahət edir və tanınmış tarixi şəxsiyyətlərin rollarında çıxış edirlər. Sonda onlar 2070-ci ilə səyahət edirlər və Xankəndində, Azərbaycanın ərazi bütövlüyü əks olunan xəritə önündə xorla mahnı ifa edirlər.
Növbəti «Söylə yadındamı?» adlı layihə isə yeni ilin ilk günü, yanvarın 1-də efirə çıxacaq. Gülnarə Məmmədovanın aparıcılığı ilə baş tutacaq proqramda Azərbayan estradasının tanınmış müğənniləri retro mahnıları ifa edəcəklər. |