![](//s101.ucoz.net/t/977/1.gif) |
Sorğu |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
![](/stat/1739226237)
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
Men SEVIRDIM.... Sen BITIRDIN...
Mən həyatı sevirdim... O həyatda sən vardın Mən gülləri sevirdim.. O gülü sən dərirdin Mən tikanı sevirdim... O tikanın acısına sən qatlanırdın, Və sanki sevginin gücünü isbatlayırdın. Mən gecəni sevirdim... Hər gecə röyalarlmda səni görə bilirdim Mən günəşi sevirdim... Hər sabah günəşlə birgə yenidən doğulurdum Bağcanı sevirdim, bağı sevirdim Hetta kele kötür yolları bele sevirdim Çünki o yolları səninlə birgə gəzirdim Mən şəhərin havasını sevirdim Çünki o havayla sən yaşayırdın Və mənimlə birgə nəfəs alırdın Mən dənizi sevirdim... Dənizin sahillərini səninlə birgə gəzirdim Mən hər şeyi sevirdim... Hətta sənin görə bilmədiklərini də Bilirsən niye? Çünki mən səni sevirdim....
Bitirdin sevdiyim hər şeyi Bir göz qırpımında bitirdin Soldu sevdiyim çiçekler Hər sabah doğan günəşim Acısına qatlandığın tikanlar Indi ürəyimi sancırlar Yox oldu gördüyüm röyalar Sənsiz keçir indi axşamlar Səninlə getdiyim kələ kötür yolları O bağcanı, o bağı Sevmirəm artıq, seve bilmirəm Çünki o yolları indi sənsiz gedirəm Bir zamanlar sevdiyim o şəhərin havası Sevgimizin şahidi mavi dənizin dalğası Sıxır məni, boğur məni tənhalığın acısı Sənsiz keçən həyatıma artıq dözə bilmirəm
Sən getsən də xatirələr tərk etməyir asla məni Xəyallarda yaşayıram sənlə keçən günlərimi Ürəyimdən silib getdin, həyata olan sevgimi Sənsizliyin acısıyla yalnız qala bilmirəm Hər şey bitti desəndə sən mən yenə də sevirəm!!! Imza: Aydan
|
Yazar: Aydan İbrahimova | Əlavə edən: AINKA (2008-12-12)
| Müəllif: AİNKA
|
Baxış sayı: 573
| Reytinq: 0.0/0 |
|
| ![](//s101.ucoz.net/t/977/15.gif) |