![](//s101.ucoz.net/t/977/1.gif) |
Sorğu |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
![](/stat/1738782192)
Cəmi online: 2 Qonaq: 2 İstifadəçi: 0
|
|
Get..
Elə bilmə dözmürəm
Sənsizlikdən ölürəm
Bax yenədə gülürəm
Səni heç düşünmürəm
Getdiyin gündən bəri
Sildim sənli günləri
Yox saydım o hissləri
Daha sevmirəm səni
Sanma ki unutmadım
Səni silib atmadım
Düşünmə ki sən getdin
Gecələri yatmadım
Hər gün dua edirəm
Olma deyə yanımda
Bilsən necə xöşbəxtəm
Sənsiz kiçik dünyamda
Elə bilmə yalandı
Aldadıram özümü
Deməki bu nifrətdi
Örtüb mənim gözümü
Gedirsən? Get! Qayıtma
Bir daha dönmə geri
Onsuzda mən unutdum
Sənlə bağlı hər şeyi
Get artıq.. nə durmusan?
Baxma nəmli gözümə
Sən ki çox alışmisan
Səssiz çıxıb getməyə
Yox! Yox, mən bacarmıram
Sənə yalan deməyi
Axı necə istiyim
Səndən çıxıb getməni
Bilsən necə əzablar
Çəkirəm hər gün sənsiz
Sən ki yaxşı bilirsən
Bu can yaşamaz sənsiz
Unutdum mən hər şeyi
Yetər ki sən dön geri
Gəl ki geri qaytarağ
Yaşanan o günləri
Uzat mənə əlini
Tutum isti əlindən
Yenə əvvəlki kimi
Zovq alaq bu sevgiden..
|
Yazar: Aydan İbrahimova | Əlavə edən: AINKA (2008-12-12)
| Müəllif: Aydan
|
Baxış sayı: 466
| Reytinq: 0.0/0 |
|
| ![](//s101.ucoz.net/t/977/15.gif) |