![](//s101.ucoz.net/t/977/1.gif) |
Sorğu |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
![](/stat/1738771526)
Cəmi online: 7 Qonaq: 7 İstifadəçi: 0
|
|
Uşaq qalmaq istəyirəm!
Ayaqlarım qanayacaq deyə ağaclara çıxmayacağamsa.... Məni isladır deyə yağışdan qorxacağamsa... Qar dənələrinin üzümə toxunmasından sevinməyəcəmsə.... Göy üzündəki ulduzlara heyran qalmayacağamsa.... Balıqlar nəfəs almadan suda necə üzdüklərinə heyrətlənməyəcəmsə.... Bir tırtılın necə kəpənək olması məni düşündürməyəcəksə... Uzun uzadı suallar verməkdən bezəcəyəmsə... Əllərim kirlənəcək deyə qumdan qala qurmayacağamsa.... Buludların məni ən uzaq diyarlara apara biləcəyinə inanmayacağamsa... Ayın sırf gecə uşaqlar qorxmasın deyə, doğduğunu düşünməyəcəmsə.... "Böyük balıqlar balaca balığları udur" sözlərini dünyanın ən dəhşətli sözləri kimi ürəyimdə tez tez təkrarlamayacağamsa... Dostlarım arasında ciblərindəki pula görə fərq qoyacağamsa... Ətrafımı şübhələr qorxular bürüyəcəksə... Haqlı da olsam susmağa səbrim olmayacaqsa...Hər gecə məni dünyanın böcəklərindən qaranlığından qorusun deyə Allaha dua etməyəcəyəmsə.. Və yanlız mənə yaxşılıq edənləri "sevəcəyəmsə"...Böyümək istəmirəm,Uşaq qalmaq istəyirəmHəm də yaşım neçə olur olsun,uşaq qalmaq istəyirəm.
|
Yazar: Xəyalə Ələkbərova | Əlavə edən: DuYqU (2008-12-12)
| Müəllif: DUYQUSAL
|
Baxış sayı: 781
| Reytinq: 5.0/1 |
|
| ![](//s101.ucoz.net/t/977/15.gif) |