|
Sorğu |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
MENİ UNUTMA DOSTUM…
MENİ UNUTMA DOSTUM… Forumda
yaxın uzaq yaxşı pis dostlar qazanmışıq..ama coxu VİRTUALDIR…və heçnə
olmadığı kimi Virtuallıqda daimi deyil..Forumdakı dostlardan birinə öz
ürək sözlərimi yazmaq istiyrəm ama adını deməyəcəm hər halda özü oxusa
biləcək...Ayrılıqdan danışırsan son günlər….Gedəcəksən... İllər su kimi
axıb keçəcək…. Heç darıxmayassan ??o şirin söhbətlərimizçün??hm??...bir
yuxu görürəm DOST… görüşəcik bir gün. Yaman dəyişmişmisən. Heç o
şənliyindən, şuxluğundan əsər-əlamət belə qalmayıb. Qayğılısan...
Hal-əhval tutduq, söhbətləşdik... Sən də, mən də başımıza gələnlərdən
söhbət açdıq, gah sən mənə, gah da mən sənə təsəlli verməyə çalışdıq.
Amma etibardan daha çox danışırdın, nədənsə, yanıqlıydın elə bil.
Deyəsən, daşlaşmış qəlblərlə rastlaşmışdın…. TƏZADLI insanlar çıxmışdı
qarşına… Hərdən mənə də gileylənirdin, xəstəliyin şiddətindən canı
ağrıyan adamlar kimi...HƏKİM BABA deyirdin mənə))…. Söhbətimiz o qədər
bir-birinə calanmışdı ki, yağışın yağmasını belə hiss etməmişdik. Sanki
yağışın da bizə yazığı gəlirdi, asta-asta, aramla yağırdı.
İslanmışdıq.... Artıq sükut idi…qəlbərimiz danışırdı..kirpiyim də
gözlərimə təsəlli verirdi…Gözlərimiz doluydu ama yağış sağolsun bir
birimizə hiss etdirmirdi bunu..
Belə, əziz dost... Baxışlarım
üzündə ilişib qalmışdı, özünə deməsəm də, düşünürdüm: “Çətinliklər əyib
səni, ağır günlərin daha çox olub. Saçların da dağların qarı tək
dümağdır”. Illərin izləri sifətinin cizgilərinə hopmuşdu, …Ayrılmaq,
yola düşmək zamanı idi,…. Birdən “salamat qal” deyib geri çevrildin
yenə həmişəki kimi etdin…getdin…., heçnəə demədin.. artıq gözüm sözümə
baxmırdı…..güclə inildəyə inildəyə bir kəlmə deyə bildim ancaq- MENİ UNUTMA DOSTUM…
Xancan Kərimov
|
Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14)
| Müəllif: Xancan Kerimov
|
Baxış sayı: 604
| Reytinq: 5.0/1 |
|
| |