|
Sorğu |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
Turkiye - Azerbaycan dialogu ..
Boynu bükük güdir yenə Ramazan..
Yenə gəldi yetdi Ramazan ayı..11 ayın Sultanı...ama görəsən Ramazan özü
necə ?özünü 11 ayın Sultanı kimi hiss edir?yada biz hiss etdirə
bilirikmi??Çox təəssüfki YOX...təəssüfki yox.Hamımız oruc
tutmuruq..Bəziləri bunu heç bir səbəb olmadan, bəziləri isə iman və
iradə zəifliyindən dolayı oruc tutmurlar.axı nəyə görə!?xəstədir o
kəslər??vaxtları yoxdu??ya başka səbəb??yaxşı elə olsun bəs bu
xəstəlikləri vəya o digər bəhanələri keçendən sonra oruc
tutacaqlar??yooox… həmdəki bir tərəfdəndə, belələri hər oruca görə,
fidyə verməklə yenə də oruclarını tutmanın sevincini yaşıya və özlərini
xoşbəxt hiss edə bilərlər. ama nafilə..nəinki fidyə verimirlər oruc
tutanın orucunuda pozurlar az qala..Ramazan bitir yavaş yavaş İslam
düünyasının ən böyük bayramlarından biri..Yox yox mən səhv edirəm Yeni
ilimiz Novruzumuz heçdə Ramazandan geri qalmır ..
qeyri-müsəlmanların,gavurların, bayarmlarını-yeni ili- özümüzə ən böyük
bayram etmişik..ama boynu bükük güdir yenə Ramazan…Bayramın 15 gününü
DOĞMA Vətənmi desəm nə desəm Azərbaycanda oldu digər 15 günüdə Ən böyük
islam ölkəsi sayıla biləcək Türkiyədə…hər ikisində vəziyyət bərbad..ama
öz vətənimdə dahada bərbad..Nəyə görə mənim yaşadığım evin içində 3ü
orucludu 2si yox.??? Nəyə görə yaşadığım küçədə oruc tutanlar barmaqla
göstərilir??? Nəyə görə orucluqdu ama bütün çayxanacıqlar doludu ???
Nəyə görə axı nəyə görə nə səbəbə??....görünür mənim bu suallarım daima
cavabsız qalacaq..Nəyə görə 5 yaşındakı uşaq oruc tutur ama bunu dərk
edəcək şüura sahib gənclər yox??o uşaqda nədi bu istək??maraqçün tutur
yoxsa nə?valideyin tərbiyəsi?bəs nə?sadəcə İMAN… Yaxşı oruc
tutmayanları keçək…Oruc tutanlar doğrudanda orucları qəbul olunur?onlar
sadəcə tutmaq xətrinə yoxsa Allah xətrinə oruc tuturlar??Düzdür, orucu
pozan şeylərdən uzaqlaşdıqda orucu tutmuş və borcdan qurtulmuş oluruq.
Bir də yalnız bunlarla kifayətlənməyib bəzi pis əməllərdən çəkinərək,
tutduğumuz oruc vardır. Peyğəmbərimizin (s), səhabələr və digər islam
böyüklərinin tutduğu oruc vardır. Görəsən, biz bu orucdan da nəsibimizi
ala bilirikmi? Yoxsa yalnız adi qaydada – yeməyib içməyərək, tutduğumuz
orucla kifayətlənirik? Əsl oruc isə yalnız maddi ləzzətlərdən
çəkinməklə qalmayıb bədənin digər orqanları ilə də oruc tutmaq şəklində
baş verir. Bu zaman dilimizlə, qulağımızla, əlimizlə və ayağımızla da
oruc tuturuq. Oruclu ikən əsla qeybət etməyənlər, yalan söyləməyənlər,
harama baxmayanlar və haram yola düşməyənlər belələrindəndir. Bu cür
oruc tutan şəxslər əlləri ilə haramı tutmaz, qulaqları ilə haram söz
dinləməzlər, bu günahları orucu pozan xətalar qəbul edirlər.Ən üstün
oruc isə bütün bunlarla kifayətlənməyib səviyyəni daha da yuxarı doğru
qaldıraraq fikirlərinə, düşüncələrinə və qəlbinə oruc tutduran kəsin
orucudur. Bu cür oruc tutan şəxslər qəlbləri ilə heç bir pis şey haqda
fikirləşməz, günah əməlləri xəyallarından belə keçirməzlər. Onlar belə
şeyləri orucu pozan əksiklik qəbul edərlər. Siz necə hesab
edirsiniz? Sizin orucunuz hansı növdəndir? Bir çoxları kimi adi qaydada
oruc tutacaqsınız, yoxsa tutacağınız oruc ondan daha üstündür? Bəlkə
siz artıq daha da irəli gedərək, fikirlərinizə, düşüncələrinizə,
niyyətlərinizə də oruc tutduraraq ən üstün şəkildə oruc tutmağa
çalışacaqsınız? Mən deyə bilərəmki Ramazan bayramı bir çox AC-GÖZƏ
xəstəlik gətirir…niyə?elədə olmalıdı..sadəcə göstəriş məqsədli oruc
tutubda axşam iftar süfrəsində 15 nəfərin yeməyini yeyən ac-gözələrədir
sözüm….nəysə….O hər il təm təraqla qeyd etdiyimiz YEni ilimizi hər dəgə
bizi axirətə yaxınlaşdıran lənətlənmiş bayrama dövlət sərf etdiyi
pul-paranı Ramazanda iftar süfrəsi açsaydı kaşki…kaşki… P.S. – Allah özü Dövlətin verdiyi iftar süfrəsinə oruc adıyla gəlibdə oruc olmayanların cəzasını versin.. Xancan Kərimov 24 Eylül 2:14 PM Xanbazarı…
|
Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14)
| Müəllif: Xancan Kerimov
|
Baxış sayı: 460
| Reytinq: 0.0/0 |
|
| |